Millimiz son dəqiqə qolu ilə Slovakiyadan qələbə ilə qayıdır - VİDEO
Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununu keçirib. “Report”un məlumatına görə, C Divizionunda yer alan Canni De Byazinin baş məşqçi olduğu komanda 3-cü qrupun V tur matçında Slovakiyanın qonağı olub. Trnava şəhərindəki Anton Malatinski stadionunda oynanılan qarşılaşma Azərbaycanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçın əvvəlləri sakit tepmdə keçsə də, tərəflər tədricən fəallığı artırıblar. Qapı istiqamətində ilk zərbəni 16-cı dəqiqədə Renat Dadaşov vurub. Amma 23 yaşlı forvard hədəfdən yayınıb. 10 dəqiqə sonra Bədavi Hüseynovun vurduğu top az fərqlə qapıdan aralı keçib. Oyuna ilk real qol vəziyyətini isə meydan sahibləri yaradıb. Erik Yirka başla boş qapını nişan ala bilməyib. 32-ci dəqiqədə Riçard Almeydanın zərbəsində dəqiqlik çatmayıb. 2 dəqiqə sonra Yirka növbəti dəfə diqqət mərkəzinə düşsə də, Şahruddin Məhəmmədəliyev onun fərqlənməsinə mane olub. 37-ci dəqiqədə Matuş Beronun qüvvətli zərbəsi zamanı qapı tiri Azərbaycan millisini xilas edib. 41-ci dəqiqədə yığma əla əks hücumu qolla tamamlaya bilməyib. Almeydanın ötürməsinə toxunan olmayıb. Lakin 3 dəqiqə sonra hesab açılıb. Ozan Can Kökçünün ötürməsini qəbul edən Dadaşov gözlənilməz zərbə ilə komandasını önə keçirib. Beləliklə, Azərbaycan yığması fasiləsə minimal hesablı üstünlüklə yollanıb.

İkinci hissəyə daha yaxşı başlayan slovakiyalılar bunun məntiqi nəticəsi kimi ardıcıl 2 epizodda qola yaxın olublar. Əvvəlcə ağ cinahdan təhlükəli hava ötürməsi zamanı, ardınca isə Beronun zərbəsindən sonra Məhəmmədəliyev rəqibin fərqlənməsinə imkan verməyib. 58-ci dəqiqədə Laslo Beneşin zərbəsi qapının üstündən keçib. 59-cu dəqiqədə qapı tiri hesabın bərabərləşməsinə mane olub. 65-ci dəqiqədə Kristian Vallonun ötürməsi təhlükəli alınsa da, topa toxunan olmayıb. 70-ci dəqiqədə David Hantskonun vurduğu top az fərqlə qapıdan aralı keçib. 79-cu dəqiqədə Ramil Şeydayev sol cinahdan sürətlə cərimə meydançasına daxil olsa da, qapı istiqamətində zərbə vura bilməyib. 88-ci dəqiqədə Samuel Mrazın başla zərbəsində dəqiqlik çatmayıb. 90-cı dəqiqədə Stanislav Lobotkanın vurduğu top qapıçıda qalıb. Buna baxmayaraq, rəqib son dəqiqələrdə hesabı bərabərləşdirib. Əsas vaxta əlavə olunmuş 3-cü dəqiqədə Yirka penaltini dəqiq yerinə yetirərək, tarazlığı bərpa edib. Buna baxmayaraq, Azərbaycan millisi əlavə olunmuş 5-ci dəqiqədə qalibiyyət qolunu vura bilib. Höccət Haqverdi künc zərbəsindən sonra topu qapıdan keçirib.

Tarixində ilk dəfə səfərdə Slovakiyaya qalib gələn Azərbaycan seçməsi bu nəticə ilə xallarını 7-yə çatdırıb və 2-ci pilləyə yüksəlib. 6 xalı olan Slovakiya isə 3-cü sırada qalıb.
Qeyd edək ki, milli komanda qrupda sonuncu oyununu sentyabrın 25-də Bakıda Qazaxıstana qarşı keçirəcək.
 
 

Bölmənin digər xəbərləri

11 Aprel 2025 Alisson Bekerin Türkiyə nəhənginə transferi baş tutmadı - SƏBƏB
10 Aprel 2025 UEFA Çempionlar Liqası: PSJ və “Barselona” əzmkar qələbə qazanıblar
09 Aprel 2025 Deklan Rays "Real Madrid"ə vurduğu qollarla adını Çempionlar Liqasının tarixinə yazdırdı
08 Aprel 2025 “Sabah”da ara qarışıb: 20 min manatı kim mənimsəyib?
08 Aprel 2025 Dünya bu matçdan danışır - 120 min azarkeş
07 Aprel 2025 Mövsümün ilk qələbəsi Yaponiyada gəldi
07 Aprel 2025 Bəhram Rəcəbzadə rəqibini 3 dəfə nokdaun etdi - DÖYÜŞÜN TAM VİDEOSU
06 Aprel 2025 Mourinyonun qovulması “Fənərbağça”ya baha başa gələ bilər - Təzminat məbləği məlum oldu
06 Aprel 2025 Mourinyonun cəzası bəlli oldu
05 Aprel 2025 UEFA Mbappeni cəzalandırdı
04 Aprel 2025 "Fənərbağça" bəyanat yaydı: Mourinyo və Okan Buruk arasında yaşananlar...
03 Aprel 2025 Azərbaycan Kuboku: "Qarabağ" ilk oyunda məğlub oldu
02 Aprel 2025 Qurban Qurbanovdan hakimə etiraz: planşeti təpiklə sındırdı - ANBAAN VİDEO
02 Aprel 2025 İngiltərə Premyer Liqası: "Arsenal" azarkeşlərini sevindirdi
01 Aprel 2025 İngiltərə Kubokunda yarımfinalçılar bəlli oldu
31 Mart 2025 İspaniya La Liqası: "Barselona" "Jirona"nı darmadağın etdi
31 Mart 2025 Ançelotti Arda Güleri təriflədi
30 Mart 2025 Dünyanın ən bahalı futbolçularından ibarət rəmzi komanda bəlli oldu
29 Mart 2025 Sanki güzgüdə özümə baxıram: Mbappedən maraqlı yanaşma - FOTO
28 Mart 2025 UEFA "Real Madrid"in oyunçuları barəsində istintaqa başladı

Dünyapress TV

Xəbər lenti