RƏSMİ: Futbolda yeni qayda qəbul olundu
Oyun qaydaları və onların nizamlanması üzrə fəaliyyət göstərən Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) rəsmən yeni qayda qəbul edib.

Yenilik penalti yerinə yetirilərkən topa 2 toxunuşla bağlıdır.

Yeni qaydaya görə, əgər 11 metrlik cərimə zərbələri zamanı futbolçu topa bilməyərəkdən 2 dəfə toxunarsa və top qapıdan keçərsə, o zaman penalti yenidən yerinə yetirilməlidir.

Əgər təsadüfən 2 toxunuş zamanı top qapıdan keçməyibsə, müdafiə olunan komandanın lehinə sərbəst zərbə təyin olunacaq.

Bu qayda oyunsonrası penaltilər seriyasına da şamil ediləcək.

Yeni qayda 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, 2024/2025 mövsümündə oxşar vəziyyətə görə ən mübahisəli məqam "Atletiko" və "Real Madrid" arasında UEFA Çempionlar Liqasının 1/8 finalında baş verib. Həmin matçda penaltilər seriyası zamanı "Atletiko"nun üzvü Xulian Alvaresin ayağı təsadüfən 2 dəfə topa toxunduğunu görə hakimlər onun zərbəsini qol saymayıblar.

Bu səbəbdən "Atletiko" Çempionlar Liqasında mübarizəni dayandırıb. Əgər yeni qaydalar həmin vaxt tətbiq olunsaydı, Alvares zərbəni təkrarlamalı idi. \\Offsideplus.az
 

Bölmənin digər xəbərləri

05 İyun 2025 Messinin yeni klubu açıqlandı
05 İyun 2025 Almaniya - Portuqaliya matçı hava şəraitinə görə gec başlayacaq
03 İyun 2025 "Barselona"nın ulduzu "Real"a keçir? - Özündən açıqlama
02 İyun 2025 Minifutbol-2025: Azərbaycan millisi dünya çempionu oldu
01 İyun 2025 PSJ azarkeşləri Paris küçələrini YANDIRDI – VİDEO
01 İyun 2025 Xusanov "Mançester Siti"də niyə oynamırdı? - ƏSL SƏBƏB AÇIQLANDI
01 İyun 2025 16 yaşlı Murad Bundesliqada oynayacaq — FOTOLAR
01 İyun 2025 "Sabah" Azərbaycan Kubokunun qalibi olub
31 May 2025 Dünya çempionatı: Azərbaycan millisinin finaldakı rəqibi müəyyənləşib
31 May 2025 "Real Madrid"in Klublararası Dünya Çempionatı üçün futbolçulara verəcəyi mükafat bəlli olub
30 May 2025 "Real" bu məbləğ ödənilsə, onunla vidalaşacaq
30 May 2025 Minifutbol üzrə dünya çempionatı: Yarımfinal cütləri müəyyənləşib
30 May 2025 Araz Musayev danışdı, adlar çəkdi - “Killer göndərib...”
29 May 2025 “Çelsi” Konfrans Liqasının qalibi olub
29 May 2025 Azərbaycanın 6 cüdoçusu dünya çempionatında seçilmişlər ARASINDA
29 May 2025 Azərbaycanlı idmançı Türkiyədə vuruldu - VİDEO
28 May 2025 Minifutbol üzrə dünya çempionatı: 1/4 finala yüksələn 4 komanda müəyyənləşib
26 May 2025 “Krasnodar” ilk dəfə Rusiya çempionu tituluna yiyələndi
26 May 2025 “Real” yeni baş məşqçisini rəsmən açıqladı
26 May 2025 Luka Modriç və onu alqışlayan qızı...

Dünyapress TV

Xəbər lenti