FUTBOL CAMEƏSİNDƏKİ “GİZLİ FOND” QALMAQALI BÖYÜYÜR –
Məşhur futbolçular Fernando Muslera, Selçuk İnan, Emre Çolak və meneceri Musa Mert Çetin “gizli fond” adı altında aldadıldıqları bank müdiri Seçil Erzan, Ali Yörük, Atilla Yörük, Nazlı Can və “Denizbank”la bağlı məhkəməyə şikayət ərizəsi ünvanlayıblar.

“AzPolitika.info” Türkiyə mətbuatına istindla xəbər verir ki, futbolçular vəkilləri Rezan Epözdemir vasitəsilə İstanbul Məhkəməsinə təqdim etdikləri ərizədə bank müdiri Seçil Erzanın tələsinə necə düşdüklərini izah ediblər.

Müraciətdə Seçil Erzanın “Denizbank”ın Florya şöbə müdiri vəzifəsində işlədiyi vaxtdan “Qalatasaray” klubunun futbolçuları və işçiləri ilə tanış olduğu bildirilir.

Qeyd olunur ki, sözügedən fondda menecer Mert Çetin 75 min dollar, “Qalatasaray” klubunun qapıçısı Fernando Muslera 1 milyon 200 min dollar, “Qalatasaray”ın keçmiş futbolçuları Selçuk İnan 1 milyon 535 min dollar, Emre Çolak isə 3 milyon 250 min dollar vəsait itirib.

Vəkilin ərizəsində qeyd olunub ki, Seçil Erzan müştərilərinə “Denizbank”ın çox gəlirli bir gizli fondu olduğunu və bu fondda hər kəsin deyil, yalnız yüksək səviyyəli insanların iştirak etdiyini deyərək, onların güvənini qazanıb:“Seçil Erzan, məşqçi Fatih Terimin də bu fondda olduğunu və bu fonddan çoxlu qazanc əldə etdiyini bildirib. Beləcə Fernando Muslera, Selçuk İnan, Emre Çolak, Musa Mert Çetin, Fatih Terim və Arda Turan, eləcə də bir çox məşhur iş adamını bu fonda daxil olmağa təşviq edib. Daha sonra isə onların pullarını mənimsəyib”.

Vəkil Epözdemir ərizəsində Seçil Erzan və digər müttəhimlərin məqsədinin fonda cəlb olunan məşhur şəxslərin mal varlıqlarını ələ keçirmək olduğunu bildirib və bunları deyib:“Bu cinayətin təkcə Seçil Erzan tərəfindən törədilməsi mümkün deyil. Əldə edilən məlumata görə, Erzan ifadə verməzdən əvvəl “Denizbank”ın baş direktoru Hakan Ateş, İdarə Heyətinin üzvü Mehmet Aydoğdu və bankın digər yüksək vəzifəli şəxsləri tərəfindən necə ifadə verəcəyinə dair təzyiqlərə məruz qalıb. Ona görə də sözügedən hadisədə “Denizbank” məsuliyyət daşıyır. Cinayətin mütəşəkkil surətdə törədildiyini nəzərə alaraq, bu dəyən zərərin ekspertiza vasitəsi ilə fiziki şəxslərin təqsiri ilə müəyyən edilib hesablanması, ciddi qanun pozuntusuna yol vermədən mümkün olacağı üçün qeyri-müəyyən debitor borcları ilə bağlı iddia qaldırmışıq”.

Vəkil əlavə edib ki, “Denizbank”, Seçil Erzan. Ali Yörük, Atilla Yörük və Nazlı Can tərəfindən müştərilərə zərər vurulduğuna görə, hələlik hər birinin 10 min dollar ödəmələri tələbi ilə məhkəməyə müraciət edilib.

Qeyd edək ki, müdiri Seçil Erzan futbol adamlanlarından yüksək məbləğdə pul alaraq onlara geri ödənişi faizi ilə qaytaracağını vəd etsə də, bu vədinə əməl etməyib. Adıçəkilən futbolçularla yanaşı bu fondda Arda Turan 13 milyon 900 min dollar, Fatih Terim 300 min dollar, Emre Belözoğlu 5 milyon dollar vəsait itirib.

Hazırda məsələ ilə bağlı məhkəmə prosesi davam edir.

“AzPolitika.info”

Bölmənin digər xəbərləri

20 Aprel 2025 "Formula-1": Səudiyyə Ərəbistanı Qran-prisinin təsnifat mərhələsinin qalibi bəlli oldu
20 Aprel 2025 Hamı bu azərbaycanlıdan danışır: Dünyada cəmi 2 nəfərdir
19 Aprel 2025 Bu gün "Qarabağ" - "Neftçi" oyunu var
19 Aprel 2025 Messi uşaqlarının sevimli futbolçularını açıqladı
18 Aprel 2025 Həftənin rəmzi komandası açıqlanıb
17 Aprel 2025 UEFA Çempionlar Liqası: Bu gün 1/4 final mərhələsinə yekun vurulub
16 Aprel 2025 AFFA-nın etirafı – Oyunları kim satır və alıcı kimdir?
15 Aprel 2025 “Qarabağ”a 14 hücumçu təklif olundu – Qurban Qurbanov neçəsini seçəcək?
14 Aprel 2025 Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionu olub
13 Aprel 2025 Keçmiş futbolçu Əliyev Kiyevdə saxlanılıb
13 Aprel 2025 “Beşiktaş” “Başakşəhər”lə bacarmadı
12 Aprel 2025 Şimali Koreya ilə qonşuluq: AFFA-nın 33 milyonu və futbolumuzun “inkişafı”
11 Aprel 2025 Alisson Bekerin Türkiyə nəhənginə transferi baş tutmadı - SƏBƏB
10 Aprel 2025 UEFA Çempionlar Liqası: PSJ və “Barselona” əzmkar qələbə qazanıblar
09 Aprel 2025 Deklan Rays "Real Madrid"ə vurduğu qollarla adını Çempionlar Liqasının tarixinə yazdırdı
08 Aprel 2025 “Sabah”da ara qarışıb: 20 min manatı kim mənimsəyib?
08 Aprel 2025 Dünya bu matçdan danışır - 120 min azarkeş
07 Aprel 2025 Mövsümün ilk qələbəsi Yaponiyada gəldi
07 Aprel 2025 Bəhram Rəcəbzadə rəqibini 3 dəfə nokdaun etdi - DÖYÜŞÜN TAM VİDEOSU
06 Aprel 2025 Mourinyonun qovulması “Fənərbağça”ya baha başa gələ bilər - Təzminat məbləği məlum oldu

Dünyapress TV

Xəbər lenti