AVRO-2024: Fransa rəqibinə 14, Niderland bir qol vuraraq üç xal qazandı - YENİLƏNİB + VİDEO
AVRO-2024-ün seçmə mərhələsində IX tura yekun vurulub.

Oxu.Az xəbər verir ki, daha 3 qrupda ümumilikdə 7 oyun keçirilib.

B qrupunda Niderland evdə İrlandiyanı məğlub etdiyi üçün final mərhələsinə yüksəlib. Fransa isə Cəbəllütariqi 14 cavabsız qolla darmadağın edib.

D qrupundakı matçlardan sonra ikinci vəsiqənin sahibinə sonuncu turda aydınlıq gələcək.

I qrupunda isə Rumıniya İsraili məğlub edib, beləliklə, digər qarşılaşmaların nəticəsindən asılı olmayaraq, Rumıniya və İsveçrə Almaniyada keçiriləcək qitə birinciliyinə vəsiqə qazanıb.

Qeyd edək ki, Fransa və Türkiyə final mərhələsinə vəsiqəni öncədən təmin ediblər.

AVRO-2024, seçmə mərhələ
18 noyabr

B qrupu
Fransa – Cəbəllütariq 14:0

Niderland – İrlandiya 1:0
Xal durumu: Fransa – 21, Niderland – 15, Yunanıstan – 12, İrlandiya – 6, Cəbəllütariq – 0.

D qrupu
Ermənistan – Uels 1:1
Latviya – Xorvatiya 0:2
Xal durumu: Türkiyə -16, Xorvatiya – 13, Uels – 11, Ermənistan – 8, Latviya – 3.

İ qrupu
Belarus – Andorra 1:0
İsrail – Rumıniya 1:2
İsveçrə - Kosovo 1:1
Xal durumu: Rumıniya – 19, İsveçrə - 17, İsrail – 12, Kosovo – 11, Belarus – 9, Andorra - 2.
23:15

Xorvatiya yığması AVRO-2024-ün seçmə mərhələsinin 9-cu turu çərçivəsində səfərdə Latviya yığması üzərində qələbə qazanıb - 2:0.

Hesabı yeddinci dəqiqədə Lovro Mayer açıb. Doqquz dəqiqədən sonra Andrey Kramaraç xorvatların üstünlüyünü iki topa çatdırıb.

Bu nəticə ilə Xorvatiya D qrupunda xalını 13-ə çatdıraraq turnir cədvəlində ikinci yerə yüksəlib. Latviya üç xalla sonuncudur.

I qrupunda Belarus Andorraya minimal hesabla qalib gəlib - 1:0. Bu nəticə ilə Belarus xalını doqquza çatdıraraq beşinci pillədə qərarlaşıb. Andorra isə iki xalla sonuncudur.

20:19

AVRO-2024-ün seçmə mərhələsinin 9-cu turu çərçivəsində Ermənistan yığması öz meydanında Uelslə heç-heçə edib – 1:1.

Hesabı beşinci dəqiqədə ev sahiblərinin yarımmüdafiəçisi Lukas Selarrayyan açıb. Uels 45-ci dəqiqədə hesabı bərabərləşdirib. Nair Tiknizyan avtoqola imza atıb.

Ermənistan səkkiz xalla D qrupunda dördüncü yerdədir. Uelsl isə 11 xalla ikinci yerdə qərarlaşıb. Qrupa 16 xalla Türkiyə liderlik edir.
 
 
 

Bölmənin digər xəbərləri

20 Aprel 2025 "Formula-1": Səudiyyə Ərəbistanı Qran-prisinin təsnifat mərhələsinin qalibi bəlli oldu
20 Aprel 2025 Hamı bu azərbaycanlıdan danışır: Dünyada cəmi 2 nəfərdir
19 Aprel 2025 Bu gün "Qarabağ" - "Neftçi" oyunu var
19 Aprel 2025 Messi uşaqlarının sevimli futbolçularını açıqladı
18 Aprel 2025 Həftənin rəmzi komandası açıqlanıb
17 Aprel 2025 UEFA Çempionlar Liqası: Bu gün 1/4 final mərhələsinə yekun vurulub
16 Aprel 2025 AFFA-nın etirafı – Oyunları kim satır və alıcı kimdir?
15 Aprel 2025 “Qarabağ”a 14 hücumçu təklif olundu – Qurban Qurbanov neçəsini seçəcək?
14 Aprel 2025 Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionu olub
13 Aprel 2025 Keçmiş futbolçu Əliyev Kiyevdə saxlanılıb
13 Aprel 2025 “Beşiktaş” “Başakşəhər”lə bacarmadı
12 Aprel 2025 Şimali Koreya ilə qonşuluq: AFFA-nın 33 milyonu və futbolumuzun “inkişafı”
11 Aprel 2025 Alisson Bekerin Türkiyə nəhənginə transferi baş tutmadı - SƏBƏB
10 Aprel 2025 UEFA Çempionlar Liqası: PSJ və “Barselona” əzmkar qələbə qazanıblar
09 Aprel 2025 Deklan Rays "Real Madrid"ə vurduğu qollarla adını Çempionlar Liqasının tarixinə yazdırdı
08 Aprel 2025 “Sabah”da ara qarışıb: 20 min manatı kim mənimsəyib?
08 Aprel 2025 Dünya bu matçdan danışır - 120 min azarkeş
07 Aprel 2025 Mövsümün ilk qələbəsi Yaponiyada gəldi
07 Aprel 2025 Bəhram Rəcəbzadə rəqibini 3 dəfə nokdaun etdi - DÖYÜŞÜN TAM VİDEOSU
06 Aprel 2025 Mourinyonun qovulması “Fənərbağça”ya baha başa gələ bilər - Təzminat məbləği məlum oldu

Dünyapress TV

Xəbər lenti