“Qalatasaray” öz meydanında “Bavariya”ya məğlub olub
UEFA Çempionlar Liqasında qrup mərhələsinin III turuna start verilib.

“Report”un məlumatına görə, ilk oyunlar İstanbul və Milanda keçirilib.

A qrupunda yer alan Türkiyə klubu “Qalatasaray” Almaniya nəhəngi “Bavariya”nı qəbul edib. Matçda hesabı erkən qolla qonaqlar açıblar. Kinqsli Koman 8-ci dəqiqədə adını tabloya yazdırıb. Yarım saatın tamamında Mauro İkardi penaltini dəqiq yerinə yetirərək, “status-kvo”nu bərpa edib. Buna baxmayaraq, “cim-bom” güclü rəqibindən xal almağı bacarmayıb. Əvvəlcə 73-cü dəqiqədə Harri Keyn yaxın məsafədən toru silkələməkdə çətinlik çəkməyib. 6 dəqiqə sonra isə Camal Musiala qarşılaşmada son nöqtəni qoyub.

3:1 hesablı qalibiyyət sayəsində xallarının sayını 9-a yüksəldən “Bavariya” liderliyini möhkəmlədib. “Qalatasaray” isə 4 xalla ikinci pillədə qalıb.

İtaliya “İnter”i D qrupu çərçivəsində “Cüzeppe Meatsa”da Avstriya təmsilçisi “Zaltsburq”u sınağa çəkib. Əvvəlcə 19-cu dəqiqədə ev sahiblərindən Aleksis Sançes komandasını önə keçirib. 57-ci dəqiqədə avstriyalıların heyətində Oskar Qlux fərqlənsə də, bu, komandanın səfərdə xal qazanması üçün kifayət etməyib. 64-cü dəqiqədə türkiyəli yarımmüdafiəçi Hakan Çalhanoğlu qarşısıalınmaz zərbə ilə “Zaltsburq”un ümidinin üstündən xətt çəkib. Yekunda “İnter” 2:1 hesablı qələbə qazanıb.

Hazırda “neradzurra” 7 xalla turnir cədvəlinə başçılıq edir. Hesabında 3 xal olan “Zaltsburq” isə 3-cü sıradadır.
 

Bölmənin digər xəbərləri

20 Aprel 2025 "Formula-1": Səudiyyə Ərəbistanı Qran-prisinin təsnifat mərhələsinin qalibi bəlli oldu
20 Aprel 2025 Hamı bu azərbaycanlıdan danışır: Dünyada cəmi 2 nəfərdir
19 Aprel 2025 Bu gün "Qarabağ" - "Neftçi" oyunu var
19 Aprel 2025 Messi uşaqlarının sevimli futbolçularını açıqladı
18 Aprel 2025 Həftənin rəmzi komandası açıqlanıb
17 Aprel 2025 UEFA Çempionlar Liqası: Bu gün 1/4 final mərhələsinə yekun vurulub
16 Aprel 2025 AFFA-nın etirafı – Oyunları kim satır və alıcı kimdir?
15 Aprel 2025 “Qarabağ”a 14 hücumçu təklif olundu – Qurban Qurbanov neçəsini seçəcək?
14 Aprel 2025 Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionu olub
13 Aprel 2025 Keçmiş futbolçu Əliyev Kiyevdə saxlanılıb
13 Aprel 2025 “Beşiktaş” “Başakşəhər”lə bacarmadı
12 Aprel 2025 Şimali Koreya ilə qonşuluq: AFFA-nın 33 milyonu və futbolumuzun “inkişafı”
11 Aprel 2025 Alisson Bekerin Türkiyə nəhənginə transferi baş tutmadı - SƏBƏB
10 Aprel 2025 UEFA Çempionlar Liqası: PSJ və “Barselona” əzmkar qələbə qazanıblar
09 Aprel 2025 Deklan Rays "Real Madrid"ə vurduğu qollarla adını Çempionlar Liqasının tarixinə yazdırdı
08 Aprel 2025 “Sabah”da ara qarışıb: 20 min manatı kim mənimsəyib?
08 Aprel 2025 Dünya bu matçdan danışır - 120 min azarkeş
07 Aprel 2025 Mövsümün ilk qələbəsi Yaponiyada gəldi
07 Aprel 2025 Bəhram Rəcəbzadə rəqibini 3 dəfə nokdaun etdi - DÖYÜŞÜN TAM VİDEOSU
06 Aprel 2025 Mourinyonun qovulması “Fənərbağça”ya baha başa gələ bilər - Təzminat məbləği məlum oldu

Dünyapress TV

Xəbər lenti