Adrian Mutu:
"Hazırkı "Neftçi” istədiyim komandanın 60 faizi deyil”.

"Report”un məlumatına görə, bunu "Neftçi”nin baş məşqçisi Adrian Mutu Türkiyənin "Beşiktaş” klubuna qarşı keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu ərəfəsində mətbuat konfransında deyib.

Rumıniyalı mütəxəssis güclü rəqiblə qarşılaşacaqlarını bildirib: "Türkiyənin ən güclü komandalarından birinə qarşı bizi çətin oyun gözləyir. Azarkeşlərimiz əmin ola bilərlər ki, bu matçda yüz faiz gücümüzü ortaya qoymağa hazırıq. Üç gündən bir uğurlu çıxış etmək üçün komanda geniş heyətə malik olmalıdır. "Kəpəz”lə çempionat matçında yüz faiz gücümüzü ortaya qoymağa çalışdıq. Yorğunluq olsa belə, qələbə qazanmalı idik. Yəni bu səbəbin arxasında gizlənə bilmərik. "Beşiktaş”ın necə komanda olduğunu bilirik. Hər iki komanda öz ölkəsinin böyük komandasıdır. Avropa arenasında bu cür görüşlərdə hər şey baş verə bilər”.

O, yeni transferlər üzərində çalışmaların davam etdiyini vurğulayıb: "Müdafiənin sağ cinahı üçün Koffini transfer etmişdik. Təəssüf ki, ilk görüşdə gözlənilmədən zədələndi. Hazırda başqa bir neçə oyunçu ilə də danışıq aparırıq. Komandaya yeni futbolçular cəlb etməyə çalışırıq. Hər mövqedə rəqabətin artması üçün yeni transferlər lazımdır. Öncədən proqnozlaşdırılan komanda kimi görünmək istəmirik. Yerli çempionatda isə limit var, mütləq şəkildə 4 yerli çıxış etməlidir. Bunları da nəzərə alırıq”.

44 yaşlı məşqçi hücum xəttini gücləndirəcəklərini əlavə edib: "Hücumçu transferində gecikirik. Bir neçə maraqlı oyunçu ilə danışıq aparırıq. Müəyyən çətinliklər var. Ancaq hücum xəttinə də yaxşı futbolçular cəlb edəcəyik”.

Baş məşqçi azarkeşlərdən səbirli olmağı istəyib: "Neftçi” kimi böyük klubda hər məğlubiyyət komanda üzərində təzyiq yaradır. Fanatlar da başa düşməlidirlər ki, güclü komanda qurmaq istəyirik. Transferlərdə gecikmələrlə yanaşı, bəxtsizliklərlə də üzləşdik. Ömər Buludov, Eddi İsrafilov zədələndilər. Qarşıdakı görüşü buraxmalı olacaqlar. Azarkeşlər səbirli olsunlar, getdikcə daha güclü "Neftçi” olacağıq. Azarkeşlərimizin bizdən gözləntisinin çox olduğunu bilirəm. Amma vəziyyətə real baxmalıyıq. "Beşiktaş”la görüşdə də qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Reallığa baxsaq, "Neftçi” hazırda qurulmaq dönəmində olan komandadır. Biz də hər oyunda qələbə ilə azarkeşlərimizi sevindirmək istəyirik”.

Adrian Mutu təkcə Rumıniyada futbolçu axtarışında olmadıqlarını söyləyib: "Rumıniya çempionatından iki oyunçu gətirmişik. Hazırda yalnız Rumıniya bazarına köklənməmişəm. Mənim üçün ən önəmlisi odur ki, "Neftçi”yə faydalı futbolçular gətirək”.

"Neftçi”nin baş məşqçisi avrokuboklarda uğurlu çıxış üçün çempionat görüşlərinin təxirə salınmasının onlar üçün vacib olduğunu sözlərinə əlavə edib: "Sabahkı üç oyun Azərbaycana ölkə olaraq vacibdir ki, avrokuboklarda yaxşı nəticələr qazanılsın. Fürsətdən istifadə edib çempionatı təşkil edən qurumdan da anlayışlı olmağı istəyirəm ki, avrokubok oyunlarına daha enerjili hazırlaşa bilək. Avrokuboklarda uğurlu olmaq istəyiriksə, dincəlməyə də vaxt ayırmaq lazımdır”.

Qeyd edək ki, avqustun 10-da keçiriləcək "Neftçi” – "Beşiktaş” görüşü saat 21:00-da başlayacaq.
 

Bölmənin digər xəbərləri

20 Aprel 2025 "Formula-1": Səudiyyə Ərəbistanı Qran-prisinin təsnifat mərhələsinin qalibi bəlli oldu
20 Aprel 2025 Hamı bu azərbaycanlıdan danışır: Dünyada cəmi 2 nəfərdir
19 Aprel 2025 Bu gün "Qarabağ" - "Neftçi" oyunu var
19 Aprel 2025 Messi uşaqlarının sevimli futbolçularını açıqladı
18 Aprel 2025 Həftənin rəmzi komandası açıqlanıb
17 Aprel 2025 UEFA Çempionlar Liqası: Bu gün 1/4 final mərhələsinə yekun vurulub
16 Aprel 2025 AFFA-nın etirafı – Oyunları kim satır və alıcı kimdir?
15 Aprel 2025 “Qarabağ”a 14 hücumçu təklif olundu – Qurban Qurbanov neçəsini seçəcək?
14 Aprel 2025 Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionu olub
13 Aprel 2025 Keçmiş futbolçu Əliyev Kiyevdə saxlanılıb
13 Aprel 2025 “Beşiktaş” “Başakşəhər”lə bacarmadı
12 Aprel 2025 Şimali Koreya ilə qonşuluq: AFFA-nın 33 milyonu və futbolumuzun “inkişafı”
11 Aprel 2025 Alisson Bekerin Türkiyə nəhənginə transferi baş tutmadı - SƏBƏB
10 Aprel 2025 UEFA Çempionlar Liqası: PSJ və “Barselona” əzmkar qələbə qazanıblar
09 Aprel 2025 Deklan Rays "Real Madrid"ə vurduğu qollarla adını Çempionlar Liqasının tarixinə yazdırdı
08 Aprel 2025 “Sabah”da ara qarışıb: 20 min manatı kim mənimsəyib?
08 Aprel 2025 Dünya bu matçdan danışır - 120 min azarkeş
07 Aprel 2025 Mövsümün ilk qələbəsi Yaponiyada gəldi
07 Aprel 2025 Bəhram Rəcəbzadə rəqibini 3 dəfə nokdaun etdi - DÖYÜŞÜN TAM VİDEOSU
06 Aprel 2025 Mourinyonun qovulması “Fənərbağça”ya baha başa gələ bilər - Təzminat məbləği məlum oldu

Dünyapress TV

Xəbər lenti