Ardını oxu...
Sloveniyanın Koper şəhərində keçiriləcək idman gimnastikası üzrə “Challenge” seriyasına aid Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastı bəlli olub.

Gununsesi.info xəbər verir ki, məşqçi Olqa Barkalavanın rəhbəliyi altında Nazənin Teymurova qalib adı uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, yarış mayın 30-dan iyunun 2-dək keçiriləcək.
 
Ardını oxu...
Tailandın paytaxtı Banqkokda boks üzrə II Dünya Olimpiya Təsnifat Turniri davam edir.

Bizim.Media xəbər verir ki, yarışın beşinci gününün axşam sessiyasında Azərbaycan millisinin daha 2 idmançısı rinqə çıxıb.

Şamil Əsgərov (57 kq) 1/16 final çərçivəsində Rujakran Jantronqla (Tailand) üz-üzə gəlib. Görüş boksçumuzun 3:0 (30:26, 28:28, 30:26, 29:27, 28:28) hesablı qələbəsi ilə başa çatıb. O, üçüncü döyüşündə Kaleb Tiradonu (Puerto-Riko) sınağa çəkəcək. Görüş mayın 30-da olacaq.

Zeynəb Rəhimova da adını 1/8 finala yazdırıb. 54 kq-da çıxış edən boksçumuz ilk döyüşündə İtati Zuletanı (Boliviya) mübarizədən kənarlaşdırıb. O, 5:0 (30:27, 29:28, 30:27, 29:28, 29:28) hesabı ilə qələbə qazanıb. Rəhimova növbəti görüşünü iyunun 1-də Ornella Havyarimanaya (Burundi) qarşı keçirəcək.

Qeyd edək ki, lisenziya turniri iyunun 3-də yekunlaşacaq.
 
Ardını oxu...
Maurisio Poçettino ilə yollarını ayıran "Çelsi"nin yeni baş məşqçisi müəyyənləşmək üzrədir.

Bizim.Media xəbər verir ki, yeni mövsümdə London təmsilçisini hazırda "Lester Siti"nin baş məşqçisi olan Enzo Maresnanın çalışdıracağı gözlənilir. Bu barədə Fabritsio Romano məlumat yayıb.

"Çelsi" italiyalı mütəxəssislə şərtləri razılaşdırıb. Onunla 2+1 illik müqavilə imzalanacaq. "Mavilər" 44 yaşlı məşqçinin klubu ilə təzminatla bağlı müzakirələr aparır.

Qeyd edək ki, Enzo Mareska 2023-cü ilin yayından "Lester Siti"ni çalışdırır. "Tülkülər" onun rəhbərliyi altında Çempionşipdə mövsümü lider tamamlayaraq Premyer Liqaya yüksəlib.
 
Ardını oxu...
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünə yekun vurulub.

"Cebhe.info"nun məlumatına görə, XXXVI turun sonuncu matçında çempion "Qarabağ" "Araz-Naxçıvan"la üz-üzə gəlib.

Qarşılaşma heç-heçə yekunlaşıb - 2:2.

Naxçıvan klubunda 3-cü dəqiqəsə Elvis Maşike fərqlənib. "Köhlən atlar"da Olavio Juninyo 27-ci dəqiqədə tarazlığı bərpa edib. 32-ci dəqiqədə "Araz-Naxçıvan"ın kapitanı Vadim Abdullayev avtoqol müəllifi olub. 58-ci dəqiqədə onun komanda yoldaşı Abdulla Rzayev hesabı bərabərləşdirib.

Çempion "Qarabağ" xallarının sayını 83-ə çatdırıb. "Araz-Naxçıvan" mövsümü 36 xalla 8-ci sırada bitirib.

Qeyd edək ki, günün ilk matçında "Turan Tovuz" "Kəpəz"i bir qolla üstələyib. XXXVI turun ilk oyunlarında "Sabah" "Neftçi"ni, "Sumqayıt" "Qəbələ"ni, "Zirə" isə "Səbail"i 1:0 hesabı ilə məğlub edib.
 
 
 
Ardını oxu...
Azərbaycanın daha üç sərbəst güləşçisi Bakıda keçirilən U-23 Avropa çempionatında medal qazanıb.

"Cebhe.info"nun məlumatına görə, Cəbrayıl Qadjiyev (74 kq) qızıl

Nurəddin Novruzovla (61 kq) Arseni Djioyev bürünc mükafata sahib çıxıblar.

Qeyd edək ki, sərbəst güləşçilərimizdən Kənan Heybətov (70 kq) və Ali Tsokayev (79 kq) ötən gün gümüş medal qazanıblar. Daha əvvəl 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanan yunan-Roma güləşi üzrə Azərbaycan millisi U-23 Avropa çempionatının qalibi olub. Bir dəst (1 qızıl, 1 gümüş, 1 bürünc) medal əldə edən qadınlardan ibarət yığma isə 76 xal toplayaraq ilk dəfə komanda hesabında üçüncü yeri tutub.
 
Ardını oxu...
Türkiyənin “Qalatasaray” klubunda prezident seçkiləri başa çatıb.

Gununsesi.info xəbər verir ki, prezidentlik uğrunda mübarizədə Dursun Özbək qalib gəlib.

O, bu yarışda Süheyl Batuma böyük fərqlə qalib gəlib.

Qeyd edək ki, D.Özbək üçüncü dəfədir İstanbul təmsilçisinə prezident seçilir.
 
Ardını oxu...
Azərbaycan Premyer Liqasında gümüş, bürünc mükafatçılar və avrokuboklara vəsiqə qazanan komandalar müəyyənləşib.

"Report"un məlumatına görə, buna sonuncu - XXXVI turun ilk qarşılaşmalarından sonra aydınlıq gəlib.

"Sumqayıt" "Qəbələ"ni, "Zirə" isə "Səbail"i 1:0 hesabı ilə məğlub edib. "Sabah" səfərdə "Neftçi"ni minimal hesabla üstələyib - 1:0.

Xallarının sayını 58-ə çatdıran "Zirə" həm gümüş mükafatçı olub, həm də UEFA Avropa Liqasına vəsiqə qazanıb. Eyni xala malik "Sabah" üçüncü yeri tutmaqla yanaşı UEFA Konfrans Liqasında iştirak hüququ əldə edib.

Rəqiblərindən bir xal az toplayan "Sumqayıt" dördüncü pillə ilə kifayətlənib və Konfrans Liqasında mübarizə aparacaq. "Neftçi" isə avrokuboklardan kənarda qalıb.

Xatırladaq ki, "Qarabağ" Çempionlar Liqasında çıxış edəcək.

Qeyd edək ki, Premyer Liqada mövsümə sabah keçiriləcək "Turan Tovuz" - "Kəpəz" və “Araz-Naxçıvan” - “Qarabağ” oyunları ilə yekun vurulacaq.
 
Ardını oxu...
Futbol üzrə İngiltərə Federasiya Kubokunun qalibi bəlli olub.

Finalda “Mançester Siti” və “Mançester Yunayted” komandaları üz-üzə gəlib. Görüş "qırmızı şeytanlar"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 30-cu dəqiqədə Alexandro Qarnaço açıb. Kobi Maino 39-cu dəqiqədə fərqi iki topa çıxarıb. Matçın yekun nəticəsini 87-ci dəqiqədə Ceremi Doku müəyyənləşdirib.

Bununla da "Mançester Yunayted" tarixində 13-cü dəfə Federasiya Kubokunun qalibi olub.
 
 
 
Ardını oxu...
Rusiya Premyer Liqasında mövsümün çempionu müəyyənləşib.

Sonuncu turda evdə "Rostov"u 2:1 məğlub edən "Zenit" tarixində 10-cu dəfə ölkə çempionu olub.

Qeyd edək ki, Peterburq klubu 30 turdan sonra 57 xal toplayıb.
 

Ardını oxu...
Kriştiano Ronaldo "Yuventus"dan maaşın ödənilməsi iddiasını qazanıb. Buna baxmayaraq, İtaliya klubu tələsmir və hökmdən apellyasiya şikayəti verməyi planlaşdırır.
 
Moderator.az xarici mediaya istinadla bildirir ki, Kriştiano Ronaldonun "Yuventus"dakı fəaliyyətinin bir hissəsi COVID-19 pandemiyası ilə üst-üstə düşüb. Daha sonra Portuqaliya təmsilçisi qazancının bir hissəsini təxirə salmağa razılaşıb. Həmin vaxt klub maliyyə problemləri ilə mübarizə aparıb.
 
2021-ci ildə veteran "Mançester Yunayted"ə keçsə də, məsələ yaddan çıxmayıb. “Qoca sinyora” keçmiş futbolçuya borcunu gecikdirdiyi üçün tərəflər məhkəmədə görüşüb.
 

Hələ aprel ayında arbitraj məhkəməsi Kriştiano Ronaldonun şikayətini təmin edib. Beləliklə, "Yuventus" 9,8 milyon avro və faiz ödəməli olub. Ümumi məbləğin 10 milyon avronu əhəmiyyətli dərəcədə keçməsi nəzərdə tutulub.

Ancaq indi, insayder Fabrizio Romanonun dediyi kimi, İtaliya klubunun menecerləri çəkilir. Üstəlik, apelyasiya şikayəti vermək qərarına gəliblər. “Yuventus” Ronaldoya yuxarıda qeyd olunan xərcləri ödəməmək üçün qanunla mümkün olan hər şeyi edəcək.

Portuqaliyalı oyunçunun A Seriyasında ümumi göstəriciləri 134 oyun, 101 qol və 22 məhsuldar ötürmədir. Ronaldo üç il İtaliyada oynayı

Dünyapress TV

Xəbər lenti