Ardını oxu...
Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə kəmər sahibi rusiyalı Həbib Nurməhəmmədov Fələstin-İsrail savaşını dayandırmağı ABŞ-ın sabiq prezidenti Donald Trampdan xahiş edib.

Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər İnstagram-da yer alıb.

Mənbə yazır ki, Ağ evin keçmiş sahibi dağıstanlı idmançıya savaşı dayandırmağa söz verib.

 
Ardını oxu...
Futbol üzrə Azərbaycan Premyer Liqasında yaranan yay fasiləsi ilə əlaqədar klublar transfer çalışmalarına start verib. "Transfer pəncərəsi"nin vaxtı rəsmən açıqlanmasa da, artıq futbolçu keçidləri müşahidə olunmaqdadır.

Fanat.Az elita təmsilçilərinin transfer bazarındakı fəaliyyətini təqdim edir:

"Qarabağ"

Gələnlər:
Gedənlər:
Müqavilə müddətini artıranlar: Bəhlul Mustafazadə, Nəriman Axundov

"Zirə"

Gələnlər:
Gedənlər:
Müqavilə müddətini artıranlar:

"Sabah"

Gələnlər:
Gedənlər:
Müqavilə müddətini artıranlar:

"Sumqayıt"

Gələnlər:
Gedənlər: Erik Sorqa
Müqavilə müddətini artıranlar:

"Neftçi"

Gələnlər:
Gedənlər: Miodraq Bojoviç (baş məşqçi), Ömər Buludov ("Araz-Naxçıvan")
Müqavilə müddətini artıranlar:

"Turan Tovuz"

Gələnlər: Elçin Qasmov (icarədən qayıdıb, "Şamaxı")
Gedənlər: Ayxan Abbasov (baş məşqçi), Tərlan Əhmədli ("Araz-Naxçıvan")
Müqavilə müddətini artıranlar:

"Səbail"

Gələnlər:
Gedənlər:
Müqavilə müddətini artıranlar: Şahin Diniyev (baş məşqçi)

“Araz Naxçıvan"

Gələnlər: Urfan Abbasov ("Qəbələ"), Ülvi İsgəndərov ("Qəbələ"), Ömər Buludov ("Neftçi"), Tərlan Əhmədli ("Turan Tovuz")
Gedənlər:
Müqavilə müddətini artıranlar: Elmar Baxşıyev (baş məşqçi), Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson, Elçin Mustafayev

"Kəpəz"

Gələnlər:
Gedənlər:
Müqavilə müddətini artıranlar:

"Şamaxı"

Gələnlər:
Gedənlər: Əkpər Vəliyev, Süleyman Damadayev ("Qəbələ"), Elçin Qasmov ("Turan Tovuz"), Əbil Əbilov
Müqavilə müddətini artıranlar:
 
 
 
Ardını oxu...
Səudiyyə Ərəbistanı çempionatında çıxış edən portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldu Kazemiro və Naço Fernandesin “Əl-Nəsr”ə keçməsini istəyir.

Fanat.az xəbər verir ki, informasiyanı “Marca” yayıb.

Xəbərə görə, Ronaldu artıq hər iki futbolçu ilə danışıb. O, Səudiyyə Ərəbistanı Liqasında çempion olmaq üçün özünü yüksək keyfiyyətli oyunçularla əhatə etmək istəyir.

Xatırladaq ki, Naço bu mövsüm İspaniya çempionatında 29 oyunda iştirak edib, 1 məhsuldar ötürmə edib. Kazemiro isə Premyer Liqada 25 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.
 
Ardını oxu...
Məşhur futbolçu Lionel Messinin də formasını geyindiyi “İnter Mayami” MLS-də 18-ci tur oyununa çıxıb.

Qol.az xəbər verir ki, komanda evdə “Sent Luis Siti”ni qəbul edib. Görüş 3:3 hesabı ilə yekunlaşıb.

Matçda “İnter Mayami”nin ulduzları Lionel Messi, Luis Suares və Jordi Alba fərqləniblər.

Hazırda “İnter Mayami” Şərq Konfransında 35 xala liderdir. “Sent Luis Siti” isə Qərb Konfransında 17 xalla 11-cidir.

“İnter Mayami” – “Sent Luis Siti” – 3:3

Qollar: Lionel Messi, 25, Luis Saures, 45+2 Jordi Alba, 85 – Kris Darkin, 15, İndiana Vasilev, Luis Suares-avtoqol, 68
 
Ardını oxu...
Azərbaycanın qadın voleybolçulardan ibarət millisi bu gün Qızıl Avropa Liqasında III turun görüşünə çıxıb.

"Report" xəbər verir ki, Gənclər və İdman Nazirliyinin voleybol mərkəzində baş tutan matçda Estoniya ilə qarşılaşan yığmamız 3:0 (25:21, 25:12, 25:20) hesablı qələbə qazanıb.

Qeyd edək ki, bundan əvvəl Xorvatiyanı 3:0 hesabı ilə məğlub edən qadın voleybolçularımız Slovakiya (1:3), Rumıniya (0:3) və İsveçə (0:3) məğlub olub. Yığma iyunun 2-də Avstriya ilə qarşılaşacaq.
 
Ardını oxu...
“Fənərbaxça” baş məşqçisi İsmail Kartalla yollarını ayırıb.

Bu barədə İstanbul təmsilçisinin saytı məlumat yayıb. Klub mütəxəssisə göstərdiyi xidmətlərə görə təşəkkür edib.

Qeyd edək ki, “Fənərbaxça” Türkiyə Superliqasında 2023/24 mövsümünü 99 xalla 2-ci pillədə başa vurub.

Xatırladaq ki, yeni baş məşqçi vəzifəsinə Joze Mourinyonun gətiriləcəyi iddia olunur. \\Savaş.org
 
 
 

 

 

Ardını oxu...

 

UEFA Konfrans Liqasında kubok sahibinin adına aydınlıq gəlib.

Final görüşündə "Olimpiakos"la (Yunanıstan) "Fiorentina" (İtaliya) klubları qarşılaşıblar.

Afinada baş tutan matçı portuqaliyalı hakimlər briqadası idarə edib.
Görüşün əsas vaxtı qolsuz bərabərliklə başa çatdığından, qalibi müəyyən etmək üçün əlavə vaxta ehtiyac yaranıb.
Artırılmış 30 dəqiqənin 26-ci dəqiqəsində "Olimpiakos"un mərakeşli futbolçusu Əyyub əl-Kaabinin dəqiq zərbəsi yunan klubuna mükafatı qazandırıb.

 

Gundemxeber.az

Ardını oxu...
UEFA Konfrans Liqasının qalibi bəlli olub.

Finalda Yunanıstanın "Olimpiakos" və İtaliyanın "Fiorentina" klubları üz-üzə gəlib.

Afinadakı "AEK Arena"da baş tutan qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

UEFA Konfrans Liqası

Final

23:00. "Olimpiakos" - "Fiorentina" 0:0 (Birinci hissə)

Qol: Eyyub El Kaabi 116

Baş hakim: Artur Diaş

"AEK Arena"

Qeyd edək ki, bu, yunan klubunun avrokuboklar tarixində ilk qələbəsidir.

 
 
 

Dünyapress TV

Xəbər lenti