Ardını oxu...
“Krasnodar”ın futbolçusu Kadi Borjes “Qarabağ”dan təklif alıb.

Tribunainfo.az xəbər verir ki, bu haqda futbolçunun meneceri Xelsio Alisk bildirib.

“Qarabağ” həqiqətən də Kadiyə görə “Krasnodar”a təklif göndərib. Amma bundan artıq nəsə deyə bilmərəm. “Krasnodar”ın qərarını gözləyirik” – deyə o qeyd edib.

Kadi 2023-cü ilin yanvarında “Krasnodar”a “Qarabağ”dan keçib. O, 2023/24 mövsümü Rusiya klubunun tərkibində bütün turnirlərdə 33 oyun keçirib, 4 qol vurub, 3 qolun isə ötürməsini edib.
 
Ardını oxu...
Beynəlxalq İdman Araşdırmaları Mərkəzi "CIES Football Observatory" 2024-cü il Avropa çempionatında qələbəyə dörd əsas iddiaçının adını açıqlayıb.

Favoritləri müəyyən etmək üçün milli komandaların tərkibinə əsasən bir sıra mürəkkəb düsturlar, indekslər və hesablamalardan istifadə edilib.

Beləliklə, CIES-in məlumatına görə, AVRO-2024-ün favoritləri Fransa, İngiltərə, Almaniya və İspaniya komandalarıdır.

Xatırladaq ki, 2024-cü ildə Avropa çempionatı Almaniyada baş tutacaq. Turnir iyunun 14-dən iyulun 14-dək keçiriləcək. Qruplarda birinci və ikinci yerləri tutan komandalar, həmçinin dörd ən yaxşı üçüncü yeri tutan komandalar 1/8 finala yüksələcəklər. Turnirin pley-off oyunları olimpiya sistemi üzrə uduzan komandaların turnirdən kənarlaşdırılması prinsipi ilə keçiriləcək.

Mənbə: championat.com
 
Ardını oxu...
Futbolçularımız xarakter nümayiş etdirdi.

Report xəbər verir ki, bunu Azərbaycan milli komandasının məşqçisi Arif Əsədov Qazaxıstan ilə keçirilən yoldaşlıq görüşündən sonra baş tutan mətbuat konfransında deyib.

53 yaşlı mütəxəssis qarşılaşmanın çətin keçdiyini söyləyib: “Futbolçularımı təbrik edirəm. Mövsümün sonu olduğundan, həm psixoloji, həm də fiziki yorğunluq var. Buna baxmayaraq, oyunçularımız xarakter nümayiş etdirərək, geridönüş etməyi bacardılar. Təəssüf ki, ilk standart vəziyyətdən qol buraxdıq. Ardınca rəqib əks-hücumdan daha bir dəfə fərqləndi. Ancaq komandamız toparlanaraq qələbə qazandı. Albaniya ilə görüşü də yaxşı keçirmişdik. Ən azı heç-heçəyə layiq idik. Həmin matçdan sonra da görürdük ki, azarkeşlər və ictimaiyyət komandaya inanır. Bu amil futbolçulara müsbət təsir göstərmişdi”.

Qeyd edək ki, Azərbaycan – Qazaxıstan görüşü yığmamızın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
 
Ardını oxu...
Azərbaycan millisinin kapitanı Emin Mahmudov Qurban Qurbanovun 20 illik rekordunu yeniləyib.

Qol.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi buna Qazaxıstanla yoldaşlıq matçında nail olub. O, 50-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Nəticədə Emin millidə vurduğu qolların sayını 14-ə çatdırıb. Bununla da o, Qurban Qurbanovun 20 illik rekordunu təkrarlayıb.

Qeyd edək ki, Q.Qurbanov 1992-2005-ci illərdə Azərbaycan millisinin formasını geyinib. Emin isə 2016-cı ildən yığmamızın üzvüdür.
 
Ardını oxu...
Azərbaycan Premyer Liqasında may ayının ən yaxşı qolu müəyyənləşib.

Tribunainfo.az xəbər verir ki, “Neftçi”nin futbolçusu Qara Qarayevin qolu ən yaxşı seçilib. O, səsvermədə “Sabah”dan Ayaz Quliyev və Anatoli Nuriyev, “Neftçi”dən Brayan Moreno, “Qəbələ”dən isə Əyyub Allaşı qabaqlayıb.

Ona mükafatları qurumun prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov təqdim edib. Ayın ən yaxşı qoluna görə ona PFL tərəfindən 1000 manat mükafat verilib.

 
 
 
Ardını oxu...
Türkiyə millisinin futbolçusu Arda Güler ​​"Real Madrid"də nadir hallarda meydana çıxsa da, özünü müsbət mənada doğruldub.

Transfermarkt onun bazar dəyərini 100 faiz artıraraq 30 milyon avroya çatdırıb. Futbolçunun qiyməti cəmi iki ay ərzində iki dəfə artıb.

Madrid klubunun 20 milyon avroya aldığı Ardanın yenidən qiymətləndirilməsi onun oyun göstəricilərinə əsaslanır. Futbolçu bu qısa müddətdə 432 dəqiqə meydanda olub və beş qol vurub.

O, hər qol üçün üç milyon avro əlavə dəyər qazanıb. Ardanın dəyəri meydanda qaldığı hər dəqiqə demək olar ki, 44 min avro artıb. Onun çərçivəyə gedən bütün zərbələri qol olub - altı zərbədə altı qol.

Mənbə: Haber Global
 
Ardını oxu...
"Qarabağ" klubu Fabiyan Buntiçin transferini rəsmən açıqlayıb.

Referans.az xəbər verir ki, xorvat qapıçı nəinki qolu tutur, həm də topu qapıya göndərə bilir.

27 yaşlı qolkiper karyerasına başladığı Almaniyanın “İnqolştadt” klubunda qol vurub. Buntiçin "Köln" qapısından keçirdiyi qolu təqdim edirik:

 
Ardını oxu...
Ülker Stadionunda keçirilən qurultayda verilən 27 min 489 səsdən 26 min 947-si etibarlı sayılıb.

Üzvlərin böyük marağına səbəb olan ümumi yığıncaqda səsvermə saat 10:00-da başlayıb və saat 17:00-dək davam edib.

Daha sonra Baş Assambleya Şurasının sədri Vəfa Kiçikin rəhbərliyi ilə səslərin sayılması prosesi başlayıb.

Hürriyyət.az xəbər verir ki, təxminən 3 saat ərzində hesablanan səslər nəticəsində Küçük nəticəni açıqladı.

Əli Koç 16 min 464 səs, Əziz Yıldırım isə 10 min 483 səs yığıb.

Nəticədə Əli Koç 3-cü dəfə komanda lideri seçilib.
 
 
 
Ardını oxu...
“Bavariya”nın və Niderland millisinin müdafiəçisi Matteys De Liqt evlənib.

KONKRET.az xəbər verir ki, futbolçunun ailə qurduğu xanım 18 yaşından bəri tanıdığı və uzun müddətdir sevgilisi olan Anneki Molenaardır.

Mərasim iyunun 7-də yalnız qohumlarının və bir neçə şahidin iştirakı ilə baş tutub.

Toydan sonra axşam de Liqt Avro 2024-ə hazırlığı davam etdirmək üçün Niderland millisinin düşərgəsinə qayıdıb.
 
Ardını oxu...
Qadınlar arasında keçirilən 3x3 basketbol üzrə Avropa Kubokunun təsnifat mərhələsində, yarımfinal oyununa çıxıb.

“Qafqazinfo”nun məlumatına görə, görüşə fəal başlayan qızlarımız, Malta üzərində 15-10 hesablı qələbə qazanaraq, finala vəsiqə qazanıb.

Millimizin finaldakı rəqibi Lüksemburq - Kipr cütünün qalibi olacaq.

Qeyd edək ki, final oyunu Bakı vaxtı ilə saat 21:50-də baş tutacaq.
 

Dünyapress TV

Xəbər lenti