Ardını oxu...
Bu gün Bakı İdman Sarayında yunan-Roma güləşi üzrə Dünya Kubokuna start veriləcək.

“Report”un məlumatına görə, ilk yarış günündə A və B qrupunda qarşılaşmalar təşkil olunacaq.

İlk olaraq A qrupunda Türkiyə və İran seçmələri üz-üzə gələcəklər.

Daha sonra saat 16:00-da turnirin açılış mərasimi baş tutacaq.

Saat 17:00-dan A qrupunun İran-Qırğızıstan, Qırğızıstan-Türkiyə və B qrupunun Azərbaycan-Dünya yığması görüşləri keçiriləcək.

B qrupunda mübarizə aparmalı olan Serbiya kollektivi koronavirusa kütləvi yoluxma səbəbindən Dünya Kubokunda iştirak etməyəcək.

Qeyd edək ki, yarışa noyabrın 6-da yekun vurulacaq.
 
Ardını oxu...
Paurliftinq üzrə dünya və Avropa çempionu, əməkdar idman ustası İsrafil Məmmədov sərbəst buraxılıb.

APA xəbər verir ki, Qazax Rayon Məhkəməsinin qərarı ilə İsrafil Məmmədova 50 manat cərimə cəzası verilib.

***

Saat 17:30

Paurliftinq üzrə dünya və Avropa çempionu, əməkdar idman ustası İsrafil Məmmədov saxlanılıb.

APA xəbər verir ki, Qazax rayon sakini olan İsrafil Məmmədov barəsində qazi Polis Şöbəsinə şikayət edib.

Qazax rayon Polis Şöbəsinə dəvət olunan İsrafil Məmmədovun bölmənin fəaliyyətini pozduğu, polisin qanunu tələblərinə riayət etməyərək xırda xuliqanlıq etdiyi bildirilir. Xəbərə görə, İsrafil Məmmədov buna görə saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov APA-ya faktı təsdiqləyib. Bildirib ki, İsrafil Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 535 (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) və 510-cu (Xırda xuliqanlıq) maddələri protokol tərtib edilərək baxılması üçün Qazax rayon Məhkəməsinə göndərilib.

***

Saat 17:30

Paurliftinq üzrə dünya və Avropa çempionu, əməkdar idman ustası İsrafil Məmmədov saxlanılıb.

APA xəbər verir ki, Qazax rayon sakini olan İsrafil Məmmədov barəsində qazi Polis Şöbəsinə şikayət edib.

Qazax rayon Polis Şöbəsinə dəvət olunan İsrafil Məmmədovun bölmənin fəaliyyətini pozduğu, polisin qanunu tələblərinə riayət etməyərək xırda xuliqanlıq etdiyi bildirilir. Xəbərə görə, İsrafil Məmmədov buna görə saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov APA-ya faktı təsdiqləyib. Bildirib ki, İsrafil Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 535 (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) və 510-cu (Xırda xuliqanlıq) maddələri protokol tərtib edilərək baxılması üçün Qazax rayon Məhkəməsinə göndərilib.
 
Ardını oxu...
UEFA İcraiyyə Komitəsi Olimpiya Oyunlarının təsnifat turnirinə çevriləcək, həmçinin Avropa və Dünya Çempionatlarına vəsiqə qazanılmasına təsir göstərəcək qadınlar arasında Millətlər Liqası turnirini təsis edib.

Yarışın ilk püşkatma mərasimi 2023-cü ilin payızında olacaq. Turnirdə dörd ildən bir Olimpiya Oyunlarına gedəcək üç Avropa komandası müəyyənləşəcək.

Millətlər Liqasının yekun reytinqi, eləcə də pley-off mərhələsi komandaların Avropa təsnifat mərhələsində start mövqeyini müəyyən edəcək.

Yarış tamamlandıqdan sonra hansı komandaların Avropa və Dünya çempionatlarına birbaşa çıxacağını və Avropa təsnifat mərhələsinin pley-off qarşılaşmalarında iştirak edəcəyini müəyyənləşdirən yekun reytinq tərtib olunacaq.

Mənbə: sport24.ru
 
 
 

“İstəyimiz çox idi. Təəssüf ki, qələbə qazana bilmədik. Bunu bacara da bilərdik, az qalmışdı. Cari mövsüm avrokuboklardakı matçlara görə futbolçularıma təşəkkür edirəm. Oyunlarımızın hamısında yaxşı mübarizə, inam gördüm. Azərbaycanda futbola maraq olan, oyunların hər gün, hər saniyə gözləndiyi bir il oldu. Restoranlarda böyük monitorlarda oyunlarımıza baxıldığını eşidirdik. Ümumi bir futbol ili oldu. Bütün azərbaycanlılara təşəkkür edirəm”.

Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda evdə “Frayburq”la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

“Başda mən olmaqla hər birimiz xalqımızı düşündük. Çalışdıq ki, onları sevindirək, yaxşı oyun göstərək. Nə qədər alınıb-alınmadığını deyə bilmərəm. Mən komandamdan çox razı qaldım. Qarşıda istirahət üçün vaxıtmız da yoxdur. 2-3 gündən bir oynamalıyıq. Futbolçular çox yorğundurlar. Bu il futbolun dadını tam hiss etdik. Bu il bizim və Azərbaycan futbolu üçün böyük təcrübə oldu” – deyə o bildirib.

Mütəxəssis “Frayburq”la oyundakı hakimlik barədə bunları söyləyib: “Həmin epizodda bəlkə də oyundan kənar vəziyyət var idi. Amma ondan əvvəl Yankoviçin ayağına zərbə dəymişdi. Ofsaydı göstərmirlər, xətt çəkilmir. Penalti epizoduna da baxılmadı. Bilmirəm, hakimlər barədə danışmağın faydası var, ya yox. İndi VAR sistemi daha ön plandadır. Nə istəyirlər, edirlər. Bəlkə özlərinə sərf etdikləri kimi qərarlar qəbul olunur. Bütün oyunlarda xətt qoyulursa, burada da göstərilməlidir. Hamıya eyni gözlə baxılmalıdır. Nəticəyə nə qədər təsir etdiyini deyə bilmərəm. Qol sayılsaydı, komanda daha istəkli olardı. Bəlkə, qırmızı vərəqə də almazdıq. Bu hallar da futbolun sevilən tərəflərindəndir. 10 nəfərlə qol vurmaq, mübarizə və s. Çox danışmaq olar. Nə qədər təsir etdiyini bilmirəm. Görünən odur ki, qərar nəticəyə təsir etdi”.

Q.Qurbanov kobud oynamamaqla bağlı futbolçularla söhbət etdiklərini vurğulayıb: “Hər oyundan sonra futbolçulara bu barədə xəbərdarlıq edirik. Bəhlul və Kevin o epizodlara görə daha diqqətli olmalıdır. Bu turnirdə sürət tam başqadır. Çempionatımızda belə sürət nadir hallarda olur. Əlbəttə ki, daha soyuqqanlı olmaq lazımdır. Oyundan əvvəl hamıya tapşırmışdım ki, aqressiv olmalıyıq. İlk dəqiqələrdəki aqressiyanı sona qədər davam etdirdik. Bundan razıyam”.

“Qarabağ”ın baş məşqçisi ictimaiyyət arasında Konfrans Liqasının perspektiv baxımından Avropa Liqasından daha yaxşı olması ilə bağlı fikirlər səsləndirilməsinə belə münasibət bildirib: “Biz istəmişik ki, şansımızdan istifadə edək. Çempionlar Liqasının qrupunu istəyirdik. Avropa Liqasında davam etməyi düşünürdük. Bunun üçün mübarizə apardıq, il boyu çalışdıq. İstənilən rəqibə qarşı yaxşı oyun göstərmək istəyirdik. Əminəm ki, bunu bacardıq. Nəticə belə oldu. Düzgün, vicdanla işləmək borcumuzdur. Bunu edirik. Nəticə bu oldusa, razılaşmalıyıq. Gələn il də avrokubok həyəcanı yaşayacağıq. İstəyimiz 2-ci yeri tutmaq, Avropa Liqasında davam etmək idi. Alınmadı. Bunun üçün meydanda maksimum gücümüzü qoyduq. Çox da təəssüflənmirəm. Heç bir rəqibə əzilmədik, aciz qalmadıq. Əksinə onların üzərinə getməyə çalışdıq. Elə oyunlar oldu ki, böyük risklər etdik. Böyük hesablı məğlubiyyətləri də gözə alırdıq. Hər şey heç də pis getmədi. Futbolçularımız çəkinmədi. İnanıram ki, bunun əvəzi nə vaxtsa veriləcək”.

 
Ardını oxu...
 
 
 
 
 
Ad - 00:15

O, daha sonra deyib: “Üstünlüyü çox da rəqibə vermədik. Qarşımızdakı komandanı düzgün qiymətləndirməliyik. Baxmalıyıq ki, hansı çempionatdan gəlib, hansı təcrübədədir. Nadir hallarda bir komanda 90 dəqiqə dominantlıq edir. Belə bir şey yoxdur. Qarşımızda böyük beşlik liqası komandası idi. Bundesliqada 3-cüdür. Rəqib ciddidir. Heç nədən penalti oldu. Bəzi epizodlarda onların gücü tam istədiyimiz hücumların alınmasına imkan vermədi”.

Q.Qurbanov iki tur əvvəldən Konfrans Liqasının pley-offuna vəsiqə təmin etmələrinin növbəti matçlara təsiri olub-olmadığı ilə bağlı söyləyib:” Bilmirəm, nə qədər təsiri oldu. Amma oyunlarımıza baxanda rahatlıq görünmədi. Əksinə, hər iki matçda qələbə qazanmağa çalışdıq. Ola bilər, rəqiblər daha ciddi oldular. Bizim üçün nəticə və oyun baxımından ciddi təsir olmadı”.


“Ayntraxt”ın baş məşqçisi Kristian Ştrayx Avropa Liqasının qrup mərhələsinin son turunda “Qarabağ”la 1:1 hesablı heç-heçə etdikləri oyun haqda danışıb.

Almaniyalı mütəxəssis Bakıda baş tutan qarşılaşmanın ardından mətbuat konfransında bu fikirləri səsləndirib:

“Bu gün güclü rəqibə qarşı oynadıq. Heyətdə rotasiya elədim. Sonlarda bəxtimiz gətirdi. “Qarabağ” çox gözəl futbol nümayiş etdirdi, işimizi çətinləşdirdi. Qurban müəllim burada möhtəşəm iş görüb. Rəqib gözəl futbol oynadı. Komandamın bu gün bəxti gətirdi ki, buradan 1 xalla qayıdırıq”.

Ardını oxu...
İspaniya "Real Madrid"inin futbolçusu Luka Modriç Türkiyə millisinin sabiq üzvü Burak Yılmazın UEFA Çempionlar Liqasındakı rekordunu yeniləyib.

Xorvatiyalı yarımmüdafiəçi buna evdə Şotlandiya "Seltik"inə qarşı keçirdikləri qrup mərhələsinin VI tur oyununda penaltidən fərqlənməklə nail olub.

6-cı dəqiqədə adını tabloya yazdıran Modriç turnirdə 11 metrlik cərimə zərbəsindən qol vuran ən yaşlı oyunçu ünvanını ələ keçirib. Təcrübəli futbolçu penaltini dəqiq yerinə yetirərkən 37 yaş 54 günlüyündə olub. Burak Yılmazda isə bu göstərici 36 yaş 244 gündür.

Qeyd edək ki, hazırda ilk hissəsi davam edən matçda hesab "Real Madrid"in xeyrinədir - 2:0.
 
Ardını oxu...
"Formula 1" üzrə Braziliya Qran-prisi ləğv edilə bilər.

"Report"un məlumatına görə, bu barədə "PitLane" telekanalının əməkdaşı Pedro Fermin Flores paylaşım edib.

O bildirib ki, prezident seçkilərindən sonra ölkədə baş verən iğtişaşlar yarışın baş tutmasını sual altına salıb.

İddiaya görə, "Formula 1" və Beynəlxalq Avtomobil Federasiyasının (FIA) rəhbərliyi yaranmış vəziyyətdən narahatdır. Qran-pri ilə bağlı yekun qərar ümumi durum qiymətləndirildikdən sonra veriləcək.

Qeyd edək ki, Braziliya Qran-prisi 11 - 13 noyabrda keçirilməlidir.
 
Ardını oxu...
Dünya Çempionatına ev sahibliyi etməyə hazırlaşan Qətər yeni ideya həyata keçirməyə başlayıb.

Aut.Az xəbər verir ki, təşkilatçılar muzdlu azarkeş yığır.

Qətər bir neçə ölkədən 1600 azarkeş “almağı” planlaşdırır. Niderland millisinin azarkeşlərinin nümayəndəsi Leon van der Vilk məlumatı təsdiqləyib: “Açılış matçı ilə bağlı planımız var. Bundan başqa, mütəmadi olaraq Qətərin müxtəlif yerlərində formalarımızla tədbirlərə qatılacaq, ölkəni təbliğ edəcəyik. Bunun üçün ərəblər ödəniş ediblər”.

Məlumatda qeyd olunur ki, Qətər bu addımı DÇ-də azarkeş qıtlığı yaranacağından ehtiyat etdiyi üçün atmır. Ərəblər muzdlu azarkeşin qalma və digər xərclərini təbliğat məqsədi ilə ödəyir. Bunun müqabilində qonaqlar sosial şəbəkələrdə bu ölkəni tanıtmalı və reklam etməlidir. Onlar mundial və təşkilatçılar haqqında müsbət təbliğat aparmalı, sosial şəbəkələrdə təhqiredici məzmunlu paylaşımlarla bağlı məlumat verməli, təşkilat komitəsinin xəbərlərini paylaşmalı və açılış matçında iştirak etməlidir”.

Qeyd edək ki, Qətərin artıq belə təcrübəsi var. Belə ki, Qətər 2015-ci ildə ev sahibliyi etdiyi həndbol üzrə Dünya Çempionatında ispaniyalı azarkeşləri “alıb”.
Ardını oxu...
Zədə səbəbi ilə 2022-ci Qətərdə keçiriləcək Dünya Çempionatından kənarda qalan futbolçuların sayı artmaqdadır.

Teleqraf.com "DÇ 2022"dən kənarda qalan 10 məhşur oyunçunu təqdim edir:

10. Pol Poqba

Mövsümün əvvəlində bud nahiyəsindən zədə alan fransız yarımmüdafiəçi əməliyyat olunmaqdan imtina etmişdi lakin, ötən həftə keçirilən müayinələrdən sonra onun zədəsinin ciddi olduğu aşkarlandı və dünya çempionatına qatılmayacağı dəqiqləşdi.

9. Nqolo Kante
Mundialdan kənarda qalan daha bir fransız oyunçu "Çelsi"nin yarımmüdafiəçisi Nqolo Kantedi. Uzun müddətdir ki, xroniki zədədən əziyyət çəkən futbolçu əməliyyat olunduqdan sonra 4 ay futbol oynaya bilməyəcək.

8. Ris Ceyms

22 yaşlı sağ cinah müdafiəçisi keçən ay "Çelsi"nin heyətində "Milan"a qarşı oyunda dizindən zədələnmişdi. Bərpa prosesinin 8 həftə çəkəcəyini nəzərə alsaq onun da mundialdan kənarda qalması dəqiqləşib.

7. Dieqo Jota

"Liverpul"un və Portuqaliya millisinin hücumçusu Dieqo Jota "Mançester Siti" ilə matçda baldır nahiyəsindən zədələndi. Baş məşqçi Yurgen Klopp oyunçunun zədəsinin ciddi olduğunu və dünya çempionatında iştirak etməyəcəyini bildirdi.

6. Rafayel Varan

Son aylarda Ten Haqın rəhbərliyi altında yavaş-yavaş əvvəlki formuna qayıdan fransız müdafiəçi "Çelsi"yə qarşı oyunda topuğundan zədələndi və meydanı göz yaşları ilə tərk etdi.

5.Kayl Uolker

"Mançester Siti"nin müdafiəçisi oktyabrın əvvəllərində zədəndi və əməliyyat keçirdi. 32 yaşlı oyunçunun DÇ-dan kənarda qalması böyük ölçüdə dəqiqləşib.

4. Kalvin Filips

Bu ilin yayında "Lids"dən "Siti"yə keçən 26 yaşlı dayaq yarımmüdafiəçisi mövsümun əvvəlində çiynindən zədəndi. Oyunçu sağalacağına ümid etsə də yekun nəticə həkimlərin qərarından sonra bilinəcək.

3. Ronald Arauxo

"Barselona"nın gənc müdafiəçisi sentyabrın sonlarında bud nahiyəsindən zədələndi və əməliyyat olundu. Mundialda iştirakı isə böyük sual altındadır.

2. Paulo Dibala

"Roma"nın argentinalı hücumçusu "Leççe"yə qarşı oyunda penalti zərbəsini yerinə yetirən zaman əzələsini dartdı. Baş məşqçi Joze Mourinyo oyundan Dibalanın zədəsinin çox ciddi olduğunu təsdiqlədi.

1. Romelu Lukaku

Uzun müddəli zədə səbəbi ilə "İnter"in heyətindən kənarda qalan belçikalı hücumçu ötən həftə "Viktoriya" ilə matçda iştirak etsə də yenidən əzələsini dartdı. Onun da nə vaxt heyətə qayıdacağı dəqiq bilinmir.

 

“Mənim işim yalnız günəş parlayanda və kimsə bizə kubok verəndə burda olmaq deyil. Hər şeyi düzəltmək üçün əlimdən gələni edəcəyəm, hətta mümkünsə daha çox”.

Qol.az xəbər verir ki, bu sözləri “Liverpul”un baş məşqçisi Yurgen Klopp Britaniya mətbuatına açıqlamasında deyib.

Almaniyalı mütəxəssis “Liverpul”dan mümkün gedişi haqda sualı da cavablandırıb:”Düşünürəm ki, bu məsələ ilə bağlı qərar mövsümün sonunda veriləcək. Və ya, bəlkə, mövsümün sonunda bir-birimizə deyəcəyik: “Yaxşı, indi bu komandanın və bu baş məşqçinin sonu oldu”. Sual o zaman verilməlidir. Lakin hazırda komandanı yüz faiz ədalətli mühakimə etmək mümkün deyil, çünki bizim ixtiyarımızda heç vaxt tam heyət, bütün oyunçular olmayıb. Əvvəllər heyətdə dəyişiklik edirdik, indi bunu edə bilmirik. Bu problem uzun müddətdir yarımmüdafiə xəttində var”.

Dünyapress TV

Xəbər lenti