Bakıda parkinq halında maşını vurub qaçan “Prius” sürücüsü ələ keçdi - VİDEO
Bir neçə gün öncə Bakıda parkinq edilmiş maşını vurub qaçan “Toyota Prius” sürücüsü saxlanılıb.

Teref.az xəbər verir ki, bu barədə Publika.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi vəzifəsini icra edən polis mayoru Araz Əsgərli məlumat verib.

O bildirib ki, yanvarın 23-də Abbas Səhhət küçəsində nəqliyyat vasitəsinə maddi ziyan vuran “Toyota Prius” markalı 99-PG-933 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Nəsimi rayon DYPŞ əməkdaşları tərəfindən müəyyən olunub:

“Sözügedən “Toyota Prius” markalı avtomobilin sürücüsü Sadıqov Nicat Arif oğlu hadisəni törədən zamanı nəqliyyat vasitəsini narkotik vasitənin, psixotrop və güclü təsir göstərən maddələrin, eləcə də sərxoş halda idarə edib. Sərxoş vəziyyətdə idarə etdiyi avtomobil ilə dayanmış vəziyyətdə olan “Hyundai Sonata” markalı 99-XR-434 dövlət nömrə nişanlı avtomobilə 4 dəfə vuraraq hadisə yerindən yayınıb. Aparılan araşdırma zamanı şəxsin kimliyi müəyyən edilib və onun barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.1, 333.3, 332.1 və 327.6-cı maddələrinə əsasən tərtib edilən protokol toplanan sənədlərlə birlikdə Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Onu da qeyd edim ki, sürücü Sadıqov Nicat Arif oğlunun sürücükük vəsiqəsinin 15 cərimə balı olduğu da aşkar edilib”.

“Nəsimi Rayon Məhkəməsi tərəfindən İXM-nin 333.3-cü bəndi əsas götürərək Sadıqov Nicat Arif oğlu barəsində nəqliyyat vasitəsini iki il müddətinə idarəetmək hüququnun məhdudlaşdırılması və 15 gün müddətinə inzibati qaydada həbs edilməsini tələb edilib”, – deyə A.Əsgərli qeyd edib.

Bölmənin digər xəbərləri

30 Aprel 2025  "İsfəndiyar Axundovun buna haqqı yoxdur, çünki bu, qeyri-qanunidir" - AÇIQLAMA
30 Aprel 2025 Jurnalistlərlə bağlı qaydaya dəyişiklik edildi
30 Aprel 2025 Veysəloğlu Şirkətlər Qrupu iki nüfuzlu mükafata layiq görüldü
29 Aprel 2025 "KUPÇA" VƏ NOTARİAL MÜQAVİLƏ TƏLƏBİ LƏĞV OLUNUR? - "Ali Məhkəmənin qərarını gözləyirik..."
29 Aprel 2025 ETX: “Azərpoçt”un adından dələduzluq edilir
29 Aprel 2025 Səssiz təhlükə böyüyür - Vətəndaşlara xəbərdarlıq
29 Aprel 2025 Sərhədlər bağlanandan sonra Azərbaycandan köçənlərin sayı kəskin artıb – Ölkələrin siyahısı
28 Aprel 2025 “Azərsun Holdinq”ə məxsus şirkətdə ciddi pozuntular aşkarlandı
28 Aprel 2025 Gəncədə Şəhid şəkillərinin söküləcəyi cəmiyyətin qəzəbinə səbəb oldu -VİDEO
27 Aprel 2025 İranda limanda partlayışda yaralıların sayı 700 keçib
27 Aprel 2025 İranda limanda partlayış nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb
27 Aprel 2025  "Zəhmət olmasa, bu qurumla bağlı bir tədbir görün" - ÇAĞIRIŞ
27 Aprel 2025  Heydərov 'saman çöpü'ndən İKİƏLLİ YAPIŞIB - ARTIQ QƏRAR ANIDIR
26 Aprel 2025 Vaqif Əsədovdan maraqlı açıqlama: "Sea Breez"dən 2-3 mənzil alacam" - VİDEO
26 Aprel 2025 Azərbaycanda məktəbliləri daşıyan mikroavtobus aşdı: Çox sayda xəsarət alan var
26 Aprel 2025 SON XƏBƏRLƏR! İstanbulda güclü zəlzələ baş verib
25 Aprel 2025 Məhkumların məktəbində 63 min manat mənimsəyən direktor: - “Pulu müalicəmə xərclədim”
24 Aprel 2025 DİQQƏT! Bakıda bu binaların sakinləri köçürüləcək - Çox pul almaq üçün…
24 Aprel 2025 Naxçıvanda Hesablama Palatası DTX və Baş Prokurorluğa müraciət edib
24 Aprel 2025 Körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı- SON DƏQİQƏ

Dünyapress TV

Xəbər lenti