Həbs xəbəri yayılan general danışdı:
Dünən həbs xəbəri yayılan Gömrük Komitəsinin Aksizli mallar İdarəsin rəisi, general-leytenant Vəzir Həsənov iş başındadır.
DİA.AZ bildirir ki, Bakupost.az -ın əməldaşı xəbəri dəqiqləşdirmək üçün generala zəng edib.
O, yayılan məlumatın cəfəngiyat olduğunu bildirib:
“Hazırda işdəyəm. Bu gün tədbirlərimiz var, peşə bayramımıza hazırlaşırıq”.
İki gün əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi komitənin Şimal ərazi Baş gömrük İdarəsində, Cənub ərazi Baş Gömrük İdarəsində və Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində anti-korrupsiya əməliyyatı keçirib.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Bakupost.az -a verilən məlumata görə, Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi Gömrük dəyərləndirilməsi və risklərin idarə olunması şöbəsinin əməkdaşı Şahin İskəndərovun ölkəyə gətirilmiş avtomobillərə görə ödəniləcək rüsum və digər xərclərin azaldılması müqabilində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.
Habelə qeyd edilən dövlət qurumunun Şimal Ərazi Baş Gömrük İdarəsinin Şirvanlı Gömrük Postunun əməkdaşı Cavid Məmmədovun postda yoxlama tədbirlərinin səthi və sürətli aparılması müqabilində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, Cavid Məmmədovun dəfələrlə müxtəlif məbləğlərdə pul vəsaitlərini üzərində gizlədib bəyan etmədən Rusiya Federasiyasına qanunsuz keçirilməsinə köməklik göstərilməsi müqabilində vətəndaşlardan rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.
Qeyd olunan faktlar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işləri başlanıb. Şahin İskəndərov və Cavid Məmmədova Cinayət Məcəlləsinin 311.2 (rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələrilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bölmənin digər xəbərləri

30 Aprel 2025  "İsfəndiyar Axundovun buna haqqı yoxdur, çünki bu, qeyri-qanunidir" - AÇIQLAMA
30 Aprel 2025 Jurnalistlərlə bağlı qaydaya dəyişiklik edildi
30 Aprel 2025 Veysəloğlu Şirkətlər Qrupu iki nüfuzlu mükafata layiq görüldü
29 Aprel 2025 "KUPÇA" VƏ NOTARİAL MÜQAVİLƏ TƏLƏBİ LƏĞV OLUNUR? - "Ali Məhkəmənin qərarını gözləyirik..."
29 Aprel 2025 ETX: “Azərpoçt”un adından dələduzluq edilir
29 Aprel 2025 Səssiz təhlükə böyüyür - Vətəndaşlara xəbərdarlıq
29 Aprel 2025 Sərhədlər bağlanandan sonra Azərbaycandan köçənlərin sayı kəskin artıb – Ölkələrin siyahısı
28 Aprel 2025 “Azərsun Holdinq”ə məxsus şirkətdə ciddi pozuntular aşkarlandı
28 Aprel 2025 Gəncədə Şəhid şəkillərinin söküləcəyi cəmiyyətin qəzəbinə səbəb oldu -VİDEO
27 Aprel 2025 İranda limanda partlayışda yaralıların sayı 700 keçib
27 Aprel 2025 İranda limanda partlayış nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb
27 Aprel 2025  "Zəhmət olmasa, bu qurumla bağlı bir tədbir görün" - ÇAĞIRIŞ
27 Aprel 2025  Heydərov 'saman çöpü'ndən İKİƏLLİ YAPIŞIB - ARTIQ QƏRAR ANIDIR
26 Aprel 2025 Vaqif Əsədovdan maraqlı açıqlama: "Sea Breez"dən 2-3 mənzil alacam" - VİDEO
26 Aprel 2025 Azərbaycanda məktəbliləri daşıyan mikroavtobus aşdı: Çox sayda xəsarət alan var
26 Aprel 2025 SON XƏBƏRLƏR! İstanbulda güclü zəlzələ baş verib
25 Aprel 2025 Məhkumların məktəbində 63 min manat mənimsəyən direktor: - “Pulu müalicəmə xərclədim”
24 Aprel 2025 DİQQƏT! Bakıda bu binaların sakinləri köçürüləcək - Çox pul almaq üçün…
24 Aprel 2025 Naxçıvanda Hesablama Palatası DTX və Baş Prokurorluğa müraciət edib
24 Aprel 2025 Körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı- SON DƏQİQƏ

Dünyapress TV

Xəbər lenti