Natiq Cəfərli pivə içdi, avtomobilini itirdi
“Dünya çempionatının finalını heç vaxt unutmayacam, bir tək gözəl futbola, Argentinanın qələbəsinə görə yox, həm də ona görə ki, maşınımı itirmişdim”.

DİA.AZ pravda.az-a istinadla xəbər verir ki, bunu ekspert Natiq Cəfərli deyib.

N.Cəfərli bildirib ki, oyun bitib, "ayıq sürücü" çağırıb: "1-2 bokal pivə içmişdik, Yoldaş Məmmədovla birgə evə getmək istəyirik, sürücü ilə maşını saxladığım yerə çatdıq, maşın yoxdur. “Orada olan "stoyanşikdən" soruşdum, dedi ki, yəqin "ştrafnoya" aparıblar. Həmən "102"-yə zəng edib şikayət etdim, çünki o küçədə saxlamağı qadağan edən işərə yoxdur. Heç 3 dəqiqə keçməmiş polisdən zəng gəldi, çox ədəblə məsələni soruşdular, danışdım, dedim ki, yaxınlıqdakı bölməyə və cərimə meydançasına gedirik. Bölməyə çatdıq, çox ədəb-ərkanla qarşıladılar, operativ şəkildə polis maşını, 3 əməkdaş ayırdılar, gəldik cərimə meydançasına - maşın orda yoxdur. Polislər tez digər dayanacaqlarla, YPX əməkdaşları ilə əlaqə saxladılar - maşından xəbər yox. Düşündüm ki, maşını oğurlayıblar, bu da Messinin mənə xeyri. Tez hadisə yerinə tərəf getdik, sağ olsunlar, polis işçiləri həmən istintaqa başlamağa, kameralara baxmağa qərar verdilər”.

“Mən polislərlə onların maşınında hadisə yerinə elə təzə çatmışdıq, Yoldaş Məmmədov gülə-gülə təksidən düşdü (onlar arxada gəlirdilər) ki, maşın o biri, paralel küçədədir. İlk dəfədir o tərəflərdə - Keşlə bazarının yanı futbola baxırdıq, həmişə getdiyimiz yerlər deyil, həyacandan maşının yerini unudub insanlara da əziyyət verdim. Polislərə təşəkkür edib, onları məşğul etdiyimiz üçün üzr istəyib ayıq sürücü ilə evə gəldik. Yol boyu da Yoldaş Məmmədov mənimlə "Mimino" filmindən sitatla məzələnirdi. Bir sözlə, möhtəşəm, maraqlı, yaddaqalan final yaşadıq” – ekspert əlavə edib.

Bölmənin digər xəbərləri

02 May 2025 Paytaxtda dərs zamanı şagird vəhşicəsinə döyüldü
02 May 2025 Bakının bu əraziləri plana düşür - Komissiya yaradıldı
02 May 2025 Xəzərin sahilində xeyli sayda ölü suiti aşkarlanıb
02 May 2025 15 ildir tikilən binada bir nəfər də yaşamır - Bakıdakı sirli bina
01 May 2025 Bank mərhum qazinin borcunu övladlarından tələb edir – VAXT QOYUBLAR!
01 May 2025 Polis Türkiyəyə qaçan gənci geri çağırıb və maşnını geri qaytarıb
01 May 2025 Bakının mərkəzində dəhşətli terrorun detalları – Sifariş Ermənistandan verilib
01 May 2025 Səhiyyə Sovet dönəminə qayıdır: Təyinat veriləcək?
01 May 2025 Azərbaycanın məşhur iş adamı xeyli tələbəni aldadıb - ŞOK İDDİA
30 Aprel 2025  "İsfəndiyar Axundovun buna haqqı yoxdur, çünki bu, qeyri-qanunidir" - AÇIQLAMA
30 Aprel 2025 Jurnalistlərlə bağlı qaydaya dəyişiklik edildi
30 Aprel 2025 Veysəloğlu Şirkətlər Qrupu iki nüfuzlu mükafata layiq görüldü
29 Aprel 2025 "KUPÇA" VƏ NOTARİAL MÜQAVİLƏ TƏLƏBİ LƏĞV OLUNUR? - "Ali Məhkəmənin qərarını gözləyirik..."
29 Aprel 2025 ETX: “Azərpoçt”un adından dələduzluq edilir
29 Aprel 2025 Səssiz təhlükə böyüyür - Vətəndaşlara xəbərdarlıq
29 Aprel 2025 Sərhədlər bağlanandan sonra Azərbaycandan köçənlərin sayı kəskin artıb – Ölkələrin siyahısı
28 Aprel 2025 “Azərsun Holdinq”ə məxsus şirkətdə ciddi pozuntular aşkarlandı
28 Aprel 2025 Gəncədə Şəhid şəkillərinin söküləcəyi cəmiyyətin qəzəbinə səbəb oldu -VİDEO
27 Aprel 2025 İranda limanda partlayışda yaralıların sayı 700 keçib
27 Aprel 2025 İranda limanda partlayış nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb

Dünyapress TV

Xəbər lenti