Xəzərin sahilində xeyli sayda ölü suiti aşkarlanıbYaradılıb 02.05.2025 09:06 | Baxış sayı: 55Xəzər dənizinin Qazaxıstan sahilində 88 suitinin cəsədi aşkarlanıb.Bu barədə TNS "Sputnik Kazaxstan" saytına istinadla xəbər verir.Qeyd olunub ki, onların ölüm səbəblərini müəyyən etmək çətindir. Buna səbəb heyvanların ehtimal olunan ölümlərindən 2-3 həftə sonra tapılmasıdır.Bildirilir ki, bu dövrdə bölgədə qərb küləyi üstünlük təşkil edib, bu da suitilərin cəsədlərinin sahilə çıxmasına səbəb olub. Facebook-da paylaş