Geosiyasi transformasiyanın MƏRKƏZİ: -
“Görüş baş tutarsa, yaxud müəyyən bir rabitə olarsa, bu, İsraillə Türkiyə arasındakı gərginliyin azalmasına böyük töhfə olacaq”.

Bunu Yenicag.az-a açıqlamasında siyasi şərhçi Rəfail Becanov deyib.

O, İsrailin baş naziri Benyamin Netanyahunun və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramının üst-üstə düşməsinin iki ölkə arasındakı münasibətlərin tənzimlənməsində Bakının mümkün vasitəçilik rolundan danışıb.

Siyasi şərhçi bildirib ki, rəsmi Bakı bir çox hallarda fərqli baxışlar, hərbi və siyasi münasibətlərin gərgin olduğu dövlətlər arasında müzakirə yeri olub:

“ABŞ və Rusiya Baş Qərargah rəislərinin də Bakıda görüşləri olub. Bu zaman iki ölkə arasında gərginliyin azaldılması, müəyyən hərbi risklərin qarşısının alınmasını müzakirə edilib. Qarşıdurmaların, hərbi eskalasiyanın artdığı müasir dünyada Bakı sülh mərkəzlərindən birinə çevrilib. Bu da Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin beynəlxalq nüfuzu, uğurlu siyasətinin nəticəsidir”.

R. Becanov xatırladıb ki, yaxınlarda İsrail və Türkiyə nümayəndələrinin iki ölkə arasında mövcud gərginliyin azaldılması ilə bağlı Bakıda görüşləri keçirilib, danışıqlar aparılıb:

“Antalya Diplomatik Forumunda da Azərbaycanın İsraillə Türkiyə arasında vasitəçiliyinin olması səsləndirildi. Türkiyə və İsrail arasında gərginliyin azalması, iki ölkənin maraq toqquşmalarının fikir uzlaşması ilə əvəz olunması bir ölkə olaraq maraqlarımıza cavab verir.

Türkiyə və Azərbaycan “bir millət, iki dövlət” prinsipi ilə hərəkət edir. Bizim münasibətlərimiz müttəfiqlikdən də ötədir. Bütün məsələlərdə eyni hərəkət edirik.

İsrail də Azərbaycanın ən yaxın dostu, haqq işimizdə yanımızda olan ölkədir. Bizi dəstəkləyir, münasibətlər isə çox yüksək səviyyədə qurulub. Bu baxımdan, təbii ki, iki ölkə arasında münasibətlərin normallaşması, gərginliyin azalması, fikir ayrılıqlarının uzlaşdırılması maraqlarımıza daxildir”.

Analitikin fikrincə, Netanyahu və Ərdoğanın səfərlərinin üst-üstə düşməsində bir mistika yoxdur:

“Azərbaycan qlobal dünyada əsas söz sahiblərindən birinə çevrilən ölkədir. Bu imici qazanmaq uğurlu diplomatiyanın, qarşılıqlı etimad əsasında formalaşan münasibətlərin nəticəsidir. Azərbaycan Şərqlə Qərb, Cənubla Şimal arasında birləşdirici və əsas təkanverici ölkə statusundadır.

Reallıqdır ki, bu gün Azərbaycan artıq dünyanın sülh mərkəzlərindən birinə çevrilib. Eyni zamanda, regional lider dövlət olaraq, yaxın və uzaq regionda baş vermək ehtimalı olan qarşıdurmaların danışıqlar yolu ilə həll olunmasında əsas vasitəçilərdən biridir. Danışıqlar, görüşlər üçün əlverişli məkan olmasının digər mühüm səbəblərindən biri də sülhün qorunması, gərginliklərin azaldılması üçün vasitəçilik səylərinin uğurla aparılmasıdır”.

“Bakıda Ərdoğanla Netanyahu arasında publikaya açıq olub-olmamasından asılı olmayaraq, görüşün olması ehtimalı mümkündür. Təbii ki, bunu daha dəqiq protokol bilir.

Lakin görüşün olub-olmamasından asılı olmayaraq, müəyyən bir rabitənin olacağı ehtimalı daha çoxdur. Görüş baş tutarsa, yaxud müəyyən bir rabitə olarsa, bu, İsraillə Türkiyə arasındakı gərginliyin azalmasına böyük töhfə olacaq”, – deyə o fikirlərini yekunlaşdırıb.

Bölmənin digər xəbərləri

02 May 2025 Bakıda “atəşkəs kimi” anlaşma
02 May 2025 Xəzər sahilində sensasion görüş iddiası - 10 mayda nə olacaq?
02 May 2025 Trampın dövründə ABŞ-də mətbuat azadlığı məhdudlaşdırılır
01 May 2025 Siyasi dialoq: qazanan kimdir? - TƏHLİL
01 May 2025 ABŞ və Ukrayna faydalı qazıntılara dair sazişi imzaladılar
01 May 2025 Netanyahunun Bakı səfərində qəribə detal – 400 illik proqnoz üzə çıxdı…
30 Aprel 2025 Avropa liderləri Zelenskinin təklifinə "yox" dedilər
30 Aprel 2025 İran və Azərbaycan bütün kommunikasiyaların kəsişə biləcəyi yol ayrıcındadır - IRNA
30 Aprel 2025 İsraildən ŞOK: “Netanyahu 4 gün Bakıda qalacaq” – Səfərin ilginc DETALLARI
29 Aprel 2025 ABŞ-da siyasi fırtına: Demokratlar Trampa qarşı impiçment prosesinə start verdi
29 Aprel 2025 TBMM sədri Numan Kurtulmuş: "Yeni konstitusiyanı gecikdirmədən qəbul etmək lazımdır"
29 Aprel 2025 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
29 Aprel 2025 Çin-Azərbaycan əlaqələrində Moskva detalı – Rusiya arxa plana keçdi
28 Aprel 2025 İlham Əliyevin Məsud Pezeşkianla geniş tərkibdə görüşü başlayıb
28 Aprel 2025 Prezidentlərin məhdud tərkibdə görüşü oldu
28 Aprel 2025 İlham Əliyev Pezeşkianı qarşıladı
28 Aprel 2025 İlham Əliyev Qlobal Cənub QHT Platformasının təsis konfransının iştirakçılarına müraciət ünvanlayıb
28 Aprel 2025 Kanadada növbədənkənar parlament seçkiləri keçiriləcək
28 Aprel 2025 Çin Pakistanı həmişə dəstəkləyir - Yi
27 Aprel 2025 Kallas Ermənistan Prezidenti ilə danışıqlar apardı

Dünyapress TV

Xəbər lenti