Sadə vətəndaşlar Laçın yolundakı aksiyaya necə qatıla bilərlər?
Artıq Şuşa-Xankəndi yolunda etiraz aksiyasının 5-ci günüdür. Aksiyada iştirak edənlərin əksəriyyəti Qeyri Hökumət Təşkilatları və onların nümayəndələri olsalar da, sadə vətəndaşlar arasında da Şuşaya getmək, yardım göndərmək, dəstək olmaq istəyənlər var. Bu barədə redaksiyamıza daxil olan çoxsaylı müraciətlərdə əsas sual “Şuşadakı aksiyaya necə qoşula bilərəm?” olub.

DİA.AZ bildirir ki, Bizim.Media ünvanlanmış müraciətlərə cavab tapmaq üçün Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə əlaqə saxlayıb.

Agentlikdən verilən məlumata görə, hələ ki, vətəndaş cəmiyyətləri üzvləri, jurnalistlər könüllü şəkildə bu aksiyaya qoşulurlar. Sadə vətəndaşların aksiyaya qoşulması barədə məlumatlı deyillər. Yardıma gəlincə isə buna hələ ki, ehtiyac olmadığını bildirdilər.

DİA.AZ-ın məlumatına görə, mövzu ilə bağlı Bizim.Media-ya danışan deputat Hikmət Babaoğlu isə bildirib ki, hazırda Xankəndi-Şuşa yolunda vətəndaş cəmiyyəti institutlarının keçirdikləri aksiya özlərinin təşəbbüsləridir:

“Düşünürəm ki, Azərbaycanın Qeyri Hökumət Təşkilatları bu aksiyaları ardıcıl və məqsədyönlü şəkildə təşkil etməyi bacarıblar. Aksiyalar özlüyündə kütləvidir, daha kütləvi olması vətəndaş cəmiyyətləri institutlarından asılıdır”.

Digər QHT nümayəndələrinin orada iştirakı ilə bağlı icazəyə qaldıqda isə deputat bildirib ki, bunun üçün standart müraciət qaydası var:

“Müvafiq qaydada müraciət etməklə digər QHT üzvlərinə yaradılmış şərtlərdən istifadə edə bilərlər”.

Sadə insanların iştirakına gəlincə, millət vəkilinin buna cavabı yoxdur. Göründüyü kimi aksiyada hələlik Qeyri Hökumət Təşkilatlarının üzvləri, media nümayəndələri və bir sıra qurumların əməkdaşları, universitet xətti ilə tələbələrin iştirakı mümkündür.

Bu aksiyalarda ən vacibi insanlarımızın təhlükəsiliyi olduğundan buraya kütləvi axınların icazə verilməsi mümkün görünmür. Ermənilər tərəfindən minalanmış ərazilərin hələ də mövcud olması kifayət qədər diqqətli olmağa sövq etdiri.

Amma hər bir vətəndaşın bu aksiyada iştirak etmək və ermənilərin törətdiyi ekofəlakətlərə qarşı etiraz hüququ olduğundan müraciətlər gələcəkdə sıra prinsipi ilə nəzərə alına bilər.

Bölmənin digər xəbərləri

02 May 2025 Paytaxtda dərs zamanı şagird vəhşicəsinə döyüldü
02 May 2025 Bakının bu əraziləri plana düşür - Komissiya yaradıldı
02 May 2025 Xəzərin sahilində xeyli sayda ölü suiti aşkarlanıb
02 May 2025 15 ildir tikilən binada bir nəfər də yaşamır - Bakıdakı sirli bina
01 May 2025 Bank mərhum qazinin borcunu övladlarından tələb edir – VAXT QOYUBLAR!
01 May 2025 Polis Türkiyəyə qaçan gənci geri çağırıb və maşnını geri qaytarıb
01 May 2025 Bakının mərkəzində dəhşətli terrorun detalları – Sifariş Ermənistandan verilib
01 May 2025 Səhiyyə Sovet dönəminə qayıdır: Təyinat veriləcək?
01 May 2025 Azərbaycanın məşhur iş adamı xeyli tələbəni aldadıb - ŞOK İDDİA
30 Aprel 2025  "İsfəndiyar Axundovun buna haqqı yoxdur, çünki bu, qeyri-qanunidir" - AÇIQLAMA
30 Aprel 2025 Jurnalistlərlə bağlı qaydaya dəyişiklik edildi
30 Aprel 2025 Veysəloğlu Şirkətlər Qrupu iki nüfuzlu mükafata layiq görüldü
29 Aprel 2025 "KUPÇA" VƏ NOTARİAL MÜQAVİLƏ TƏLƏBİ LƏĞV OLUNUR? - "Ali Məhkəmənin qərarını gözləyirik..."
29 Aprel 2025 ETX: “Azərpoçt”un adından dələduzluq edilir
29 Aprel 2025 Səssiz təhlükə böyüyür - Vətəndaşlara xəbərdarlıq
29 Aprel 2025 Sərhədlər bağlanandan sonra Azərbaycandan köçənlərin sayı kəskin artıb – Ölkələrin siyahısı
28 Aprel 2025 “Azərsun Holdinq”ə məxsus şirkətdə ciddi pozuntular aşkarlandı
28 Aprel 2025 Gəncədə Şəhid şəkillərinin söküləcəyi cəmiyyətin qəzəbinə səbəb oldu -VİDEO
27 Aprel 2025 İranda limanda partlayışda yaralıların sayı 700 keçib
27 Aprel 2025 İranda limanda partlayış nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb

Dünyapress TV

Xəbər lenti