b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_e620fcdb840916603a229820303a7e7a.jpg
  

Azərbaycan və Gürcüstan arasında dəmir yolu ilə sərnişindaşıma mayın 1-dən bərpa ediləcək.

Bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb.

Hazırda sosial şəbəkələrdə müzakirə olunan məsələlərdən biri də Gürcüstandan sonra digər qonşu ölkələrlə də quru yolunun açılıb-açılmayacağıdır. Bakı–Tiflis istiqamətində qatar reyslərinin fəaliyyətə başlaması iki ölkə arasında nəqliyyat əlaqələrinin gücləndirilməsi baxımından vacib addımlardan biridir.

Maraqlıdır, Gürcüstandan sonra hansı ölkələrlə sərnişindaşıma prosesi bərpa oluna bilər?

Musavat.com xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin deputatı Naqif Həmzəyev News24.az-a açıqlamasında bildirib ki, qonşu ölkələrlə quru sərhədlərinin açılması hər kəs üçün mühüm əhəmiyyət kəsb edir.

O, xüsusilə qatar sərnişindaşımalarının bərpasının vacibliyini vurğulayıb:

"Bizim vətəndaşlar üçün ən çox maraq doğuran məsələlərdən biri qonşu ölkələrlə dəmir yolu nəqliyyatının bərpa olunmasıdır. Artıq verilən rəsmi açıqlamalardan belə görünür ki, Bakı–Tiflis qatar reysi yaxın zamanda fəaliyyətə başlayacaq. Bunun may ayında reallaşması gözlənilir və ümid edirik ki, bu, tezliklə həyata keçiriləcək. Hazırda Azərbaycanın bir çox rayonlarından Gürcüstana sərnişin daşınması həyata keçirilir. Bu tendensiya davam edərsə, gələcəkdə digər qonşu ölkələrlə də bu əlaqələrin genişlənəcəyini proqnozlaşdıra bilərik".

Deputat həmçinin vurğulayıb ki, Gürcüstanla sərnişindaşımanın bərpasından sonra Bakı-Moskva və Bakı-Qars istiqamətlərində də qatar reyslərinin fəaliyyətə başlaması mümkün ola bilər:

"Böyük ehtimalla, Gürcüstandan sonra Rusiya ilə, ən azından Bakı-Moskva qatar reysinin bərpası gündəmə gələcək. Əgər proseslər planlaşdırıldığı kimi gedərsə və təhlükəsizlik məsələləri tam həll olunarsa, bu istiqamətdə də addımlar atıla bilər. Əvvəllər bu reyslər fəaliyyət göstərirdi, indi isə onların yenidən işə düşməsi gündəmdədir".

Deputat Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin hazırda əsasən yük daşımaları üçün istifadə edildiyini qeyd edərək, bunun gələcəkdə sərnişindaşıma məqsədilə də aktivləşdirilə biləcəyini bildirib:

"Bakı–Tiflis–Qars dəmiryolu xətti əsasən yükdaşımalar üçün istifadə olunur. Amma gələcəkdə sərnişindaşımaların da burada işə düşməsi planlaşdırılır. Əgər Gürcüstanla sərnişindaşıma uğurlu alınarsa, növbəti addım olaraq həm Rusiya, həm də Türkiyə istiqamətində qatar reyslərinin bərpası mümkün olacaq. Bu proses tədricən həyata keçiriləcək və ümid edirik ki, bu il ərzində ən azı Gürcüstanla sərnişindaşıma tam gücü ilə bərpa olunacaq".

Naqif Həmzəyev əlavə edib ki, Bakı–Tiflis reysinin açılması ilə vətəndaşlar daha rahat və sərfəli nəqliyyat imkanlarına sahib olacaq:

"Hazırda avtobus və şəxsi avtomobillərlə səfər edən sərnişinlər üçün qatar nəqliyyatı daha təhlükəsiz və komfortlu alternativ olacaq. Bundan əlavə, gələcəkdə Bakı-Moskva və Bakı-Qars reyslərinin bərpa olunması turizm və ticarət sahəsində də müsbət dəyişikliklərə yol aça bilər".

Bölmənin digər xəbərləri

12 Mart 2025 “Bolt” sürücüləri kütləvi blokladı – TAKSİ QİYMƏTLƏRİ ARTACAQ?
12 Mart 2025 Adil Əliyevlə Qarabağ veteranı arasında nə baş verir? - İCRA BAŞÇISI CEYHUN AĞAYEVİ MƏHKƏMƏYƏ VERİB
12 Mart 2025 Qurban Yetirmişlidən zəlzələ ilə bağlı PROQNOZ – “Tez də ola bilər, gec də...”
11 Mart 2025 UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin məzunu ABŞ-ın Massaçusets Texnologiya İnstitutuna qəbul olub
11 Mart 2025 Maliyyə Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub - Cavanşir Yusifov YOLA SALINDI
10 Mart 2025 “Tahir Əmiraslanovu Şuşadan qovdu”
10 Mart 2025 Dumanlı hava şəraiti gözlənilir
10 Mart 2025 Tovuzdan ACI XƏBƏR - Ölən var
09 Mart 2025 İmişlidə bir ailənin 3 üzvü dəm qazından boğularaq ölüb
09 Mart 2025 Dələduzluğun yeni növü yayılıb - Diqqətli olun! VİDEO
09 Mart 2025 Gürcüstanda daha bir zəlzələ
09 Mart 2025 Eks-spikerin qardaşı AXTARIŞA VERİLDİ - Başqasının əmlakını talayıb
08 Mart 2025 “Biz bura ilk gələndə çox pis gündə idi, buranı gözəlləşdirən biz olmuşduq”
08 Mart 2025 Yataqxanada güclü yanğın: sakinlər xüsusi texnika ilə xilas edildilər - VİDEO
07 Mart 2025 Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşları qəzaya düşdü – Ölən var
07 Mart 2025 Jurnalist Mayis Əlizadə Türkiyədə vəfat etdi
07 Mart 2025 "Zorla əfv ərizəsi yazdırırdı, amma…" - Aldanmışlar, təhqir edilmişlər və satılmışlar
06 Mart 2025 Təyyarə Bakıya qayıtmaq istəyəndə vurulub - Faktlar açıqlandı
05 Mart 2025 Mal əti adıyla at ətindən dönər hazırlanırmış - Fotolar
05 Mart 2025 “KÖHNƏ QVARDİYA”DAN KİMLƏR QALIR? - Yeni kadrlar çoxalsa da, köhnələrin bəziləri öz yerini qoruyur

Dünyapress TV

Xəbər lenti