Dünyada kişi və qadınların sevdiyi və istifadə etdiyi brendlərdən biri olan L'Oréal ABŞ-da satılan Effaclar Duo adlı üz kremini geri çağırıb.
Demokrat.az xəbər verir ki, buna səbəb tərkibində kanserogen olduğu bilinən benzoil peroksid (BPO) maddəsinin olması olub. Bu kimyəvi maddə aşkar edildiyi üçün məhsullar dərhal geri çağırılıb.
Şirkət mövcud ehtiyatları pərakəndə satışdan çıxarmaq qərarına gəldiyini və yeni bir formula hazırladığını açıqlayıb. Geri çağırma yalnız ABŞ-ı əhatə edir. Kremin İngiltərə versiyası isə BPO ehtiva etmədiyi üçün geri çağırılmayıb.