AZAL-a məxsus təyyarənin Aktauda qəzaya uğramasından sonra xəsarət alan şəxsin azərbaycanlı olduğu müəyyən edilib."DogruXeber.az" Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Manqistau vilayəti Səhiyyə Nazirliyi məlumat yayıb.O indi xəstəxanadadır. Qeyd edilib ki, 20 xəstə müşahidə altındadır, onlardan altısı reanimasiyadadır.