“Sumqayıt Aşqarlar” ASC-nin Rəhbərliyi Sizə bildirir ki, 28 sentyabr 2024-cü il tarixində, saat 10:00-da Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ünvanında yerləşən “Sumqayıt Aşqarlar” ASC-nin inzibati binasında Cəmiyyətin Səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
Dia-az.İnfo xəbər verir ki, səhmdarların növbədənkənar ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxildir:
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
1. “Sumqayıt Aşqarlar” ASC-nin Direktorlar Şurasının üzvlərinin və Direktorlar Şurasının Sədrinin seçilməsi;
2. “Sumqayıt Aşqarlar” ASC-nin Baş Direktorunun təyin olunması
Səhmdarlar növbədənkənar ümumi yığıncaqda şəxsən özü və ya notarius tərəfindən təsdiq edilmiş etibarnamə əsasında nümayəndəsi iştirak edə bilər.