İmamverdi İsmayılov rəqibinin plakatlarını CIRDIRIR?
“125 saylı Zəngilan-Qubadlı seçki dairəsində təşviqatın ilk günləri müəyyən problemlər var idi. Məcbur qalıb qəfil görüşlərə üstünlük verdik. Məntəqələr üzrə yaşayan sakinlərlə qapı-qapı görüşlər keçirdik. Çünki görüşlərimizi əvvəlcədən elan etdiyimiz üçün problem yaradılırdı. Öncədən gəlib insanlara icra nümayəndələri - kiçik miqyaslı məmurlar səviyyəsində xəbərdarlıq edirdilər. Məsələn, Masazırda Zəngilan şəhərciyinə getdik. Hətta bizi “balkon”dan çəkən bir qadın var idi. Məqsədi nə idi, bilmirəm. Görüntüləri məndə var, etik səbəbdən paylaşmıram. Ümumilikdə isə təzyiq göstərilməyib. İmzatoplama kampaniyamızda seçicilərdən biri dedi ki, ilk kütləvi görüşlərimizə Sumqayıtdan başlayaq. Biz onunla görüşə gedəndə isə başqa cür danışmağa başladı. Hiss olunurdu ki, bu müddət ərzində ya öyrədilib, ya da başa salınıb. Sumqayıtda iki-üç ərazidə seçki plakatlarım yararsız hala salınıb...”

Bu sözləri Pravda.az-a açıqlamasında 1 sentyabrda Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin bitərəf namizədi, jurnalist İntiqam Alıyev (Valehoğlu) deyib.

İ.Valehoğlu sakinlərin şikayətləndikləri məsələlərə də toxunub: “Ən başlıca şikayət “deputatımızı tanımırıq”, “heç bir halda qəbuluna düşə bilməmişik” şikayətidir. Hətta Qubadlının Mahmudlu kəndindən ayaqlarının hər ikisini itirən Nihat adında 20 yaşlı gənc oğlan zamanında idmançı olub. Deyir ki, deputatımız müalicəsi üçün lazım olan 300 min manata kömək edəcəyinə söz vermişdi. 200 min manatı hansısa formada toplayıblar. Deputata müraciət ediblər ki, səndən kömək istəmirik, sadəcə, televiziya rəhbərlərinin birindən xahiş et ki, Nihat efirə çıxarılsın, pul lazım deyil, müalicəyə göndərilsin. Ailənin dediklərinə görə, laqeydlik ucbatından uşaq hər iki ayağını bud nahiyəsindən itirib... Sosial problemlər də həddindən artıqdır. Yataqxanalarda yaşayış şəraiti... 125 saylı seçki dairəsində keçmiş məcburi köçkünlər çoxdur. Onların müəyyən şəhərciklərə köçürülmələri prosesində ayrıseçkiliklərə yol verilir. Qubadlının Xanlıq kəndindən olan bir ailədə 8 nəfər 3-ün 4-ə eyni otaqda qalır. Ailədə yaşlı nənə gözdən birinci qrup əlildir. Babada isə həm görmə problemi var, həm də danışa bilmir. Nəvələri müharibə iştirakçısıdır. Dəhşətli mənzərələr var. Bir millət vəkilinə 5 il bu insanların problemlərini, sadəcə, dinləməyə yetər, hələ həllindən danışmıram. Bu isə göstərir ki, problemlər 30 ilə yaxın vaxt ərzində üst-üstə qalaqlanıb. Söz verilib, yerinə yetirilməyib. Yaxud da kim bir az çox səs-küy salıbsa, qismən ona nəsə edilib. Ən çox təəssüfləndiyim məqam isə insanlarımızın “yol-yolağa” olmasından, yəni savadsızlığından istifadə edilməsidir. Yalandan deyirlər ki, bu kağızı filan idarəyə apar. Elə bir idarə mövcuddur, ya deyil, bunu Allah bilir. Adam da məlumatsızdır ki, ünvanı “Google”a yazsa, çıxa bilər. Bu kimi süründürməçilik halları "n" qədərdir. Nömrəm açıq şəkildə hər yerə yayılıb, seçicilərə də deyilib. Məsələn, mənə mesaj gəlir ki, “biz buradayıq, sizi görürük, təəssüf ki, oğlum icra hakimiyyətində mühasib işləyir, bizi orada görsələr...” Qapalı görüşlərimizin keçirilməsi üçün nəzərdə tutulan Zəngilan şəhərciyində mədəniyyət evi – klub və məktəb bağlı idi. Bəlkə də, nə hökumətdən, nə də hakimiyyətdən belə bir tapşırıq yoxdur. İnanmıram ki, bu kimi maneələr nə dövlətin, nə də dövlət rəhbərliyinin marağında olsun. Çünki son iki parlament seçkiləri növbədənkənar keçirilir. Bu isə o deməkdir ki, parlement işə yaramayıb, işlək deyil. Əks halda, beş il müddətini tam başa vurardı. Əslində, bu, dövlət başçısının aşağı instansiyalara mesajıdır ki, qarşıdan gələn parlament seçkiləri ədalətli keçirilməlidir.

O, Zəngilan-Qubadlıdan olan seçicilərin İmamverdi İsmayılovu dəstəkləmələri barədə müraciətdən də danışıb: “İnsanların nə dediklərini ancaq eşitmək olar, onda da adam narahat olur. O da bizim bölgəmizin adamıdır, Zəngilandandır. Yəni bu cür təşəbbüs söhbəti boş şeydir. Beş-on nəfəri istənilən məntəqədə, dairədə tapmaq mümkündür. Böyük çoxluğun nə istədiyini bilmək istəyirsinizsə, ayrı-ayrı sosial şəbəkə səhifələrində minlərlə insanın, Zəngilan sakinlərinin yazdıqlarına baxın. Yeri gəlmişkən, onlayn səsvermədə böyük üstünlüklə qalib gəlmişdim. Orada da çox ciddi cəhdlər göstərildi. Müəllimlər də səfərbər edildi. Ekran görüntüləri də var. 2000 üzəri real səs yığmışam. Bunun isə bir səbəbi var. 20 illik mətbuat fəaliyyətimin 10 ildən çoxu televiziyada keçib. Sosial şəbəkələr üzərindən isə 1 milyon civarında izləyicim var. İnsanlara yalnız bir müraciətim bəs edir. Amma müəllimlərə basqı etmək... Məsələn, bu tədris ilində müəllimlər üçün tətil olmadı. Bu isə əmək hüquqlarının pozulmasıdır. Bütün yay boyu müəllimlərə ancaq “ekran tıklatdılar”. Dəhşətli bir şeydir. Məzuniyyət ərzində tapşırıqlar alırsınız, işə qayıdanda isə eyni güclə çalışa bilməyəcəksiniz. Əlavə olaraq bir sual verim. Sizcə, mənim rəqibim olmaq istəyən şəxs nəyə görə foto, video paylaşanda şərh bölməsini bağlayır? Açıq qoysa, insanların nə istədiyini bilərdi. Azərbaycanın müxtəlif bölgələrindən “sizə necə səs verə bilərik?” deyə müraciət edən insanlar hələ də var. Yəni bu dərəcədə üstünlüyümüz qalır. Allahın izni ilə, haqq-ədalət yerini tapar. Yeddi dəfə Həccə, həftədə yeddi dəfə idmana getmək olar, amma yeddi dəfə deputat olmaq olmaz”.

Bölmənin digər xəbərləri

21 Aprel 2025 ABŞ-də təyyarə qəzası: Ölənlər var
21 Aprel 2025 “EŞKİYA DÜNYAYA HÜKÜMDAR OLMAZ” HİKAYESİ…
21 Aprel 2025 Bakıda şadlıq sarayında KÜTLƏVİ DAVA: Polis müdaxilə ETDİ
21 Aprel 2025 Qəzada sağ qalan sürücünü köməyə gələn kranın trosu öldürdü
21 Aprel 2025 Bakıdakı yanğın zamanı beş avtomobil külə döndü — VİDEO
21 Aprel 2025 Uşağa pul göstərib sonra oğurlayıbmış — VİDEO
20 Aprel 2025 60-dan çox şagird bu gün keçiriləcək buraxılış imtahanında iştirak edə bilməyəcək - SƏBƏB
20 Aprel 2025 Türkiyədə turistlər üçün hazırlanmış saxta avro sikkələri müsadirə olundu
20 Aprel 2025 Bu gün Bakının 550 küçəsi yuyulub
20 Aprel 2025 32 nəfərin zəhərləndiyi "Venesiya"da bu axşam da toy var - Bir nəfər 80 manatdan başlayır
20 Aprel 2025 Adı plastik cərrahların siyahısında olmayanların aqibəti necə olacaq? - VİDEO
20 Aprel 2025 İntensiv yağıntı zamanı su altında qalan maşınların aqibəti necə olacaq? - VİDEO
19 Aprel 2025 Nazir müavini Saməddin Əsədovun qanunsuzluqları aşkarlandı- Tenderlərdə bu qədər vəsaiti.....
19 Aprel 2025 Qanunsuz mərc oyunları - 29 milyon dövriyyəsi olan Urfan Quliyev necə bəraət alıb?
19 Aprel 2025 Azərbaycanda “brend mallar” adı altında keyfiyyətsiz məhsullar satılır – HEÇ BİR QURUM MƏSULİYYƏTİ ÜZƏRİNƏ GÖTÜRMƏK İSTƏMİR
19 Aprel 2025 Anar Axundovla Valeh Mirzəliyevin 1.3 milyonluq vəsaiti.....-Qalmaqal
18 Aprel 2025 Bakıda həmin vaxt avtobuslardan pulsuz istifadə ediləcək?
18 Aprel 2025 İcra Hakimiyyəti məndən hər ay 500 manat istəyir
18 Aprel 2025 Təhsil Tələbə Krediti Fondu kimlərə kredit verib? - Rəsmi yoxlama aparıldı, ortaya elə faktlar çıxdı ki...
18 Aprel 2025 Bakıda təhlükəli vəziyyət: Körpünü bu balaca taxta saxlayır – FOTO

Dünyapress TV

Xəbər lenti