Şikayətim “Azərbaycan Beynəlxalq Bankı”ndandır. Bir ilə yaxındır mənim hesabıma 2 müştəri kodu açıblar – CİF kod. Bank və əməkdaşları bir ildir ki, bu müştəri kodunu birləşdirə bilmirlər.
Tribunainfo.az xəbər verir ki, bu problemlə bank müştərisi Cavid Məmmədov üzləşib. Şikayətçi bildirib ki, dəfərlərlə filiallarda olub, amma problemi həll edilmir:
“6-7 dəfə müştəri filialında olmuşam. Problemi deyirəm, müştəri kod birləşməsi üçün ərizəyə qol çəkdirirlər, deyirlər kodu birləşdirdik, problem aradan qaldırıldı. Deyirlər, mobil tətbiqdən çıxış edib təzədən daxil olun və yaxud silin təzədən yükləyin, düzələcək. Elə edirəm, bu səfər ya hansısa kartım itir mobil tətbiqdə və ya müştəri kodum görsənmir. 937 ilə əlaqə saxlayıram, deyirəm, kartım və ya müştəri kodum görsənmir, deyir sizin adınıza 2 müştəri kodu var. Deyirəm, axı indi filialdan gəlirəm, ordan mənə dedilər düzəldi. Operator cavab verir ki, xeyir, düzəltməyiblər”.