“Nar” Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini bir araya toplayıb
“Nar” 22 iyul - Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib və onlar üçün dayanıqlılıq və iqlim dəyişikliyinə yönəlmiş maarifləndirici təlim proqramının keçirilməsini dəstəklədiyini bildirir. Bu təşəbbüs dayanıqlılıq və iqlim dəyişikliyi gündəmini effektiv şəkildə idarə edə biləcək peşəkar media nümayəndələrinin inkişafına “Nar”ın dəstəyini nümayiş etdirir.

Dayanıqlılıq və iqlim dəyişikliyi sahəsində ekspert xidmətləri təqdim edən “Sustainera Solutions” şirkətinin müxətəssislərinin keçdiyi təlim çərçivəsində dayanıqlılıq və iqlim dəyişikliyinin təşviqində medianın həlledici rolu, eko piarın vacibliyi və dayanıqlılıq kommunikasiyasında tendensiyaların rolu barədə önəmli aspektlər vurğulanıb.

“Nar”ın İctimaiyyətlə Əlaqələr və Korporativ Ünsiyyət departamentinin direktoru Hökümə Kərimova media əməkdaşlarını təbrik edib və təlim haqqında fikirlərini bölüşüb: “Nar” olaraq məqsədimiz jurnalistləri həyati vacib ekoloji məsələlərlə bağlı ictimaiyyəti məlumatlandırmaq və cəlb etmək təşəbbüslərində dəstəkləmək və bununla da daha yaşıl və daha dayanıqlı dünyaya töhfə verməkdir. Bu il ölkəmizin COP29 tədbirinə ev sahibliyi edəcəyi üçün biz hesab edirik ki, jurnalistlərin dayanıqlılıq və iqlim dəyişikliyi məsələləri ilə bağlı məlumat vermək üçün zəruri biliklərlə gücləndirilməsi çox önəmlidir”.

Mətbuat gününü qeyd edən jurnalistlər üçün dayanıqlılıq və iqlim dəyişikliyi üzrə təlimdən əlavə Fibonacci intellektual oyunu da təşkil edilib. 30 media orqanını təmsil edən jurnalistlər 6 komandada biliklərini yarışdırıblar. 1, 2 və 3-cü yeri tutan qalib komandalara müxtəlif dəyərli hədiyyələr təqdim edilib. Tədbir haqqında qısa videonu buradan izləyə bilərsiniz.

Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

 

Bölmənin digər xəbərləri

21 Aprel 2025 ABŞ-də təyyarə qəzası: Ölənlər var
21 Aprel 2025 “EŞKİYA DÜNYAYA HÜKÜMDAR OLMAZ” HİKAYESİ…
21 Aprel 2025 Bakıda şadlıq sarayında KÜTLƏVİ DAVA: Polis müdaxilə ETDİ
21 Aprel 2025 Qəzada sağ qalan sürücünü köməyə gələn kranın trosu öldürdü
21 Aprel 2025 Bakıdakı yanğın zamanı beş avtomobil külə döndü — VİDEO
21 Aprel 2025 Uşağa pul göstərib sonra oğurlayıbmış — VİDEO
20 Aprel 2025 60-dan çox şagird bu gün keçiriləcək buraxılış imtahanında iştirak edə bilməyəcək - SƏBƏB
20 Aprel 2025 Türkiyədə turistlər üçün hazırlanmış saxta avro sikkələri müsadirə olundu
20 Aprel 2025 Bu gün Bakının 550 küçəsi yuyulub
20 Aprel 2025 32 nəfərin zəhərləndiyi "Venesiya"da bu axşam da toy var - Bir nəfər 80 manatdan başlayır
20 Aprel 2025 Adı plastik cərrahların siyahısında olmayanların aqibəti necə olacaq? - VİDEO
20 Aprel 2025 İntensiv yağıntı zamanı su altında qalan maşınların aqibəti necə olacaq? - VİDEO
19 Aprel 2025 Nazir müavini Saməddin Əsədovun qanunsuzluqları aşkarlandı- Tenderlərdə bu qədər vəsaiti.....
19 Aprel 2025 Qanunsuz mərc oyunları - 29 milyon dövriyyəsi olan Urfan Quliyev necə bəraət alıb?
19 Aprel 2025 Azərbaycanda “brend mallar” adı altında keyfiyyətsiz məhsullar satılır – HEÇ BİR QURUM MƏSULİYYƏTİ ÜZƏRİNƏ GÖTÜRMƏK İSTƏMİR
19 Aprel 2025 Anar Axundovla Valeh Mirzəliyevin 1.3 milyonluq vəsaiti.....-Qalmaqal
18 Aprel 2025 Bakıda həmin vaxt avtobuslardan pulsuz istifadə ediləcək?
18 Aprel 2025 İcra Hakimiyyəti məndən hər ay 500 manat istəyir
18 Aprel 2025 Təhsil Tələbə Krediti Fondu kimlərə kredit verib? - Rəsmi yoxlama aparıldı, ortaya elə faktlar çıxdı ki...
18 Aprel 2025 Bakıda təhlükəli vəziyyət: Körpünü bu balaca taxta saxlayır – FOTO

Dünyapress TV

Xəbər lenti