"Mənim şikayətim Nizami rayonunda yerləşən "Boranı" restoranı ilə bağlıdır". Dia-az.İnfo bildirir ki, bu barədə Çinarə Əliyeva adlı istifadəıçi "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında giley edir.
Narazı vətəndaş daha sonra yazır: "Restorana 2 gün bundan qabag getmişdim ailəmlə. Ilk öncə qeyd edim ki, içəri daxil olanda sizi heç kim yönləndirmir. Ortada boş-boş gəzəndən sonra axırda bir yer tapıb oturduq. Yeməklər gec və soyuq servis olundu. Ədviyyatı da o qədər bol idi ki yediyim yemək idi, ya sarıkök... bilinmirdi.
Nə isə... Əsas məsələ budur ki, yoldaşım su istədi ofisiantdan, gətirib verdilər. Üstündün 30 dəqiqə keçdi, gəlib hər ikimizin stəkanını götürdülər. Biz elə bildik ki, yenə su gətirəcəklər bizə... Amma gələn-gedən yox idi. Səbəb: stəkanin çatmamasi olubmuş digər müştərilərə...
Biz də müştəriyik, biz də ödəniş edirik. Gedib mağazadan əlavə stəkan almag əvəzinə, müştərinin qabağından aparmag nə deməkdir... və nə dərəcədə düzgündür?! Əvvəllər ən sevdiyim restoranın yanından indi keçmək belə istəmirəm..."