"Şikayetim Novxanıda yerləşən "La Chateau" restoranındandır. Uşağın ad günü tədbirini etdik orda..." Dia-az.İnfo xəbər verir ki, bunu "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Sevinc İbrahimova adlı istifadəçi qeyd edib.
Narazı vətəndaş daha sonra yazır: "İlk yeməyi gətirəndə ofisiant açıq-aşkar pul istədi. Hələ təzəcə süfrəyə oturmuşduq. Nəsə... yoldaşım 10 manat verdi. Yeməkləri belə də... 1-i pis... 1-i yaxşı idi... "Şah plov" od qiymətinə... amma içində ancaq düyü idi... Əti 2-3 ədəd sayıb qoymuşdu elə bil.... Yağsız-duzsuz qoydular süfrəyə... Heç kim də yemədi...
Sonda ofisiant yoxa çıxdı. Çay-su istədik... gətirən olmadı... Deyesen ofisiant 10 manatı bəyənməyib, gecdən gec də qonaqların yarısı gedəndən sonra gəldi... Stolu yığır... əlacı olsa, boşqabları başımıza çırpar... Söz deyirsən... sifət edir adama...
Sonda hesabla birce 10% xidməthaqqı da ödədik...
Başa düşmürəm o xidməthaqqı ofisianta çatmır? Xidmət bərbad... yeməklər bərbad... Üstəgəl də 10% xidmət haqqı alırlar... Ofisiantın da əlacı olsa, adamı döyər... Peşman olduq ora getməyimizə..."