Qərbi Azərbaycan Xronikası: "İrəvan xanlığı və onu idarə edənlər güclərini xalqdan alırdılar"
Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib. Jurnalist Rufik İsmayılovun müsahibi Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü İbrahim Bayramov olub.

O, Çar Rusiyasının işğal etdiyi Şimali Azərbaycan xanlıqlarından, o cümlədən ən sonda - 1828-ci ildə süqut edən İrəvan xanlığından söhbət açıb. Bildirib ki, 23 il ərzində böyük bir imperiyaya ciddi müqavimət göstərən, təslim olmayan İrəvan xanlığı və onu idarə edənlər gücü, qüdrəti xalqdan alıblar. Alimin sözlərinə görə, Çar Rusiyasına xidmət edən məmurlar həm Hüseynqulu xanı, həm də Həsən xan Qacarı müxtəlif şirnikləndirici vədlərlə ələ almağa, İrəvan xanlığını özlərinə təslim etməyə çalışsalar da, buna nail ola bilməyiblər. Yalnız 23 illik mübarizədən sonra erməni məkri və satqınlığı sayəsində çar generalları İrəvan xanlığının müqavimətini qırıb, İrəvan qalasını işğal ediblər.

Müsahibin qənaətincə, əgər o dövrdə Azərbaycan xanlıqları arasında birlik, strateji əlaqələr olsaydı, heç bir xanlıq işğala məruz qalmaz, məğlubiyyətlə üzləşməzdi. Professor deyib ki, Qərbi Azərbaycanın tarixi ərazisi Səfəvilər dövlətinə tabe olan Çuxursəd bəylərbəyliyinin, ondan sonrakı illərdə isə bu coğrafiyada yaranan İrəvan xanlığının ərazisi olub. Milli kökə bağlı olan İrəvan xanlığı Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutub.

İşğala qədər İrəvan xanlığı ərazisində yaşayan azərbaycanlıların üstünlük təşkil etməsinə, çoxsaylı maddi-mədəniyyət, tarixi-memarlıq abidələri yaratmasına diqqət çəkən İ.Bayramov vurğulayıb ki, bu abidələr, toponimlər xalqın milli kimliyi və pasportudur. Onun sözlərinə görə, ümumilikdə Qərbi Azərbaycandakı toponimlər, zəngin maddi-mədəni irs, o cümlədən İrəvan şəhərindəki məhəllə adları bu ərazilərin tarixən azərbaycanlılara məxsus olduğunu sübut edir. Alim söyləyib ki, Qərbi Azərbaycan ərazisini öyrənmək üçün "Kitabi-Dədə Qorqud" dastanı və Orxon-Yenisey abidələri ən tutarlı qaynaqdır. O, Orxon-Yenisey abidəsinə bərabər tarixi-mədəni irs nümunəsinin Meğri rayonunun Nüvədi kəndi ərazisində aşkarlandığını da dilə gətirib. Professor qeyd edib ki, ermənilər Qərbi Azərbaycanda özlərinə aid hər hansı tarixi abidə tapa bilmədikləri üçün azərbaycanlılara məxsus maddi-mədəni irsi, o cümlədən Göyçədəki Alban abidələrini zaman-zaman dağıtmaqla, məhv etməklə, saxtalaşdırmaqla məşğul olublar.

Müəllifi olduğu "Qədim Azərbaycan şəhəri İrəvan" adlı kitabından nümunələr gətirən professor İ.Bayramov bu tarixi yaşayış məntəqəsi barədə həqiqətləri geniş auditoriyaya çatdırmaq istəyindən danışıb. Bildirib ki, ermənilər İrəvan şəhərinin məhəllələrini məqsədli şəkildə məhv ediblər. O, hazırda Təpəbaşı məhəlləsinin də məhv olmaq təhlükəsi ilə üzləşdiyini, buna etiraz əlaməti olaraq bir qrup qeyri-hökumət təşkilatı sədrinin beynəlxalq təşkilatlara müraciət etdiyini, bu mövzunu yenidən gündəmə gətirdiklərini vurğulayıb.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

 
 
 

Bölmənin digər xəbərləri

21 Aprel 2025 ABŞ-də təyyarə qəzası: Ölənlər var
21 Aprel 2025 “EŞKİYA DÜNYAYA HÜKÜMDAR OLMAZ” HİKAYESİ…
21 Aprel 2025 Bakıda şadlıq sarayında KÜTLƏVİ DAVA: Polis müdaxilə ETDİ
21 Aprel 2025 Qəzada sağ qalan sürücünü köməyə gələn kranın trosu öldürdü
21 Aprel 2025 Bakıdakı yanğın zamanı beş avtomobil külə döndü — VİDEO
21 Aprel 2025 Uşağa pul göstərib sonra oğurlayıbmış — VİDEO
20 Aprel 2025 60-dan çox şagird bu gün keçiriləcək buraxılış imtahanında iştirak edə bilməyəcək - SƏBƏB
20 Aprel 2025 Türkiyədə turistlər üçün hazırlanmış saxta avro sikkələri müsadirə olundu
20 Aprel 2025 Bu gün Bakının 550 küçəsi yuyulub
20 Aprel 2025 32 nəfərin zəhərləndiyi "Venesiya"da bu axşam da toy var - Bir nəfər 80 manatdan başlayır
20 Aprel 2025 Adı plastik cərrahların siyahısında olmayanların aqibəti necə olacaq? - VİDEO
20 Aprel 2025 İntensiv yağıntı zamanı su altında qalan maşınların aqibəti necə olacaq? - VİDEO
19 Aprel 2025 Nazir müavini Saməddin Əsədovun qanunsuzluqları aşkarlandı- Tenderlərdə bu qədər vəsaiti.....
19 Aprel 2025 Qanunsuz mərc oyunları - 29 milyon dövriyyəsi olan Urfan Quliyev necə bəraət alıb?
19 Aprel 2025 Azərbaycanda “brend mallar” adı altında keyfiyyətsiz məhsullar satılır – HEÇ BİR QURUM MƏSULİYYƏTİ ÜZƏRİNƏ GÖTÜRMƏK İSTƏMİR
19 Aprel 2025 Anar Axundovla Valeh Mirzəliyevin 1.3 milyonluq vəsaiti.....-Qalmaqal
18 Aprel 2025 Bakıda həmin vaxt avtobuslardan pulsuz istifadə ediləcək?
18 Aprel 2025 İcra Hakimiyyəti məndən hər ay 500 manat istəyir
18 Aprel 2025 Təhsil Tələbə Krediti Fondu kimlərə kredit verib? - Rəsmi yoxlama aparıldı, ortaya elə faktlar çıxdı ki...
18 Aprel 2025 Bakıda təhlükəli vəziyyət: Körpünü bu balaca taxta saxlayır – FOTO

Dünyapress TV

Xəbər lenti