Xalqımızı və dünyada yaşayan bütün soydaşlarımızı dünya müsəlmanlarının mənəvi birlik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə təbrik edirəm.
Qurban bayramı bütün dünya müsəlmanlarının mənəvi birliyinin və insanların Yaradana olan münasibətinin təcəssümüdür. Xalqımız əsrlər boyu, Qurban bayramını özünün əziz günlərindən biri kimi qoruyub saxlamışdır.
Xalqımız bu müqəddəs bayramı, işğaldan azad edilmiş, Xankəndi, Şuşa, Xocalı və diğər ərazilər də daxil olmaqla milli dövlət bayrağımızın dalğalandığı bütöv ölkə ərazisində qeyd edir.
Bu bayram, xalqımızı güclü demokratik dəyərlər və dövlətimiz adına davamlı tərəqqi uğrunda fədakarlığa, sülhə, birliyə, ədalətə, əminamanlığa səsləyir.
Hər il Mübarək Qurban Bayramı günlərində sağlam mənəvi dəyərlərə yönəlmiş minlərlə vətəndaşımızın duaları, Allah dərgahında qəbul olunur. Bu yolla xalqımız öz müqəddəs borclarını yerinə yetirirlər.
Əziz həmvətənlər! Qurban Byramı münasibətilə sizi bir daha ürəkdən təbrik edirəm.Hər günü, hər saatı, hər anı ilahi töhfə olan bu gözəl bayramda kəsdiyiniz qurbanlıqların, həmçinin, dua və niyyətlərinizin Allah dərgahında qəbul olunmasını arzu edirəm. Sizlərə, ailələrinizə sağlamlıq, xoşbəxtlik,süfrələrinizə xeyir-bərəkət , Azərbaycanımıza əmin-amanlıq, arzulayıram. Qurban bayramınız mübarək olsun!"
Mirfazil HƏMİD: Demokratik Birlik Partiyasının sədri.