Ömrü boyu müxtəlif dövlət vəzifələrində, o cümlədən prezident administrasiyasında çalışan Əli Həsənovun ailəsi Dubay və ABŞ-da biznesini genişləndirir. Məlum olub ki, qızı Safiyə Möhbalıyeva Dubayda “RUMI JEWELS” adı daşıyan ikinci zərgərlik mağazası açıb, oğlu Şamxal Həsənli isə ABŞ-da “SOLIS DEVELOPMENT” şirkətini təsis edib. Heç kimə sirr deyil ki, Həsənovlar xalqdan taladığı pullarla müxtəlif ölkələrdə bir sıra mağazalar, daşınmaz əmlak alıblar və indi də bununla kifayətlənməyərək biznes fəaliyyətlərini genişləndirməyə çalışırlar. Qeyd etmək lazımdır ki, Əli Həsənov qızını Milli Məclisin deputatı, Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Möhbalıyevin oğluna ərə verib. Möhbalıyev 30 ildir ki, eyni vəzifələrdədir və bu vəzifələri gənclərə verməkdən imtina edir. Bəlkə də gözləyir ki, nəvələri böyüyüb bu vəzifələrə otursunlar. Palitra