Bakıda şirkət təsisçisi ilə direktor arasında dava - Səbəb 90 AS 211 nömrəli avtomobil olub...
Bakıda "Enerji İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) təsisçisi şirkətin direktoru barəsində cinayət işi açdırıb və iş məhkəməyə göndərilib.

Qaynarinfo-nun məlumatına görə, şirkətin direktoru, 1979-cu ildə Qusar rayonunda doğulmuş Musayev Abubəkir Əlimurad oğluna Cinayət Məcəlləsinin 320.1, 320.2 və 322.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkədə baxılıb.

Şirkətin əsl rəhbəri Nicat adlı şəxs olsa da, "Enerji İnşaat" MMC-nin qanuni təmsilçisi və direktoru Abubəkir Musayev olub. Onlar arasında alqı-satqı müqaviləsi bağlanaraq, 2018-ci ildən 2022-cin oktyabr tarixinə kimi şirkətdə birlikdə iş aparıblar. Abubəkir Musayev direktor, Nicat isə həmin tarixə kimi şirkətin təsisçisi kimi fəaliyyət göstərib.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-01_1704983041_2.png
Lakin şirkəti şərikli idarə edən dostlar arasında 90 AS 211 nömrəli xidməti avtomobilə görə mübahisə yaranıb. Onlar sözügedən dövlət nömrəsini 2018-ci ildən 2021-ci ilə kimi "Mercedes" və həmin ildən sonra "Lexsus RX 300" markalı avtomobildə istifadə ediblər. Hər iki avtombil şirkətin balansında olub.

Abubəkir Musayev Nicatdan həmin avtomobili onun adına keçirməsini tələb edib. Lakin Nicat avtomobilin şirkətin balansında olduğunu deyib və onu direktorluqdan kənarlaşdırıb.

Abubəkir Musayev avtomobili mülkiyyətinə keçirmək məqsədi ilə direktor vəzifəsindən faktiki olaraq kənarlaşdırıldığına dair məlumatlı olduğu halda qeyd olunan şirkətə məxsus möhürün mövcud olduğunu, şirkətdə faktiki saxlanıldığını bilə-bilə Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar Bürosuna onun itməsi barədə yalan məlumat verməklə arayış almağa müvəffəq olub. Yeni möhürü aldıqdan sonra "Enerji İnşaat" MMC-ni öz adına təsis edib və sözügedən avtomobili şirkətin balansına keçirib.

Nicat hadisədən xəbər tutandan sonra hüquq-mühafizə orqanlarına şikayət edib və sonda məhkəmə məsələ ilə bağlı qərar verib. Qərara əsasən, Abubəkir Musayev MMC-nin təsisçiliyindən uzaqlaşdırılıb. Şirkət və avtomobil yenidən zərərçəkmişə qaytarılıb.

Məhkəmənin hökmü ilə Abubəkir Musayev barəsində açılmış cinayət işinin 320.2-ci maddəsi ilə olan hissəsinə xitam verilib. O, CM-nin 320.1-ci maddəsi ilə 3500 manat, CM-nin 322.1-ci maddəsi ilə 1200 manat cərimə edilib. CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla 4200 manat saxlanılıb. Onun barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-01_1704983041_3.png
Qeyd edək ki, nizamnamə kapitalı 100 manat olan şirkətin hazırda qanuni təmsilçisi Rəşad Əmirbəy oğlu Aslanovdur.
 

Bölmənin digər xəbərləri

23 Aprel 2025 Gəncədə şagirdlər arasında mübahisə düşüb, xəsarət alan var
23 Aprel 2025 Hacıqabuldakı sel yolu UÇURDU, sakinlər çətin VƏZİYYƏTDƏ - İcr Hakimiyyətinin nəzərinə VİDEO
23 Aprel 2025 Baş Notarius VƏZİFƏSİNİ İTİRDİ — Ədliyyə Nazirliyində KORRUPSİYA ƏMƏLİYYATI?
23 Aprel 2025 Mal əvəzinə qoyun əti, qoyun əvəzinə toyuq, toyuq əvəzinə... - "İstehlakçıların aldadılması yolverilməzdir"
22 Aprel 2025 Rəşad Cəbrayılov yeni başçı təyin edilən Rüstəm Xəlilovun `saqqızını oğurlaya` bilib - İLGİNC İDDİALAR
22 Aprel 2025 “Pilot-16” qalmaqalı böyüyür – Prorab məhkəmə zalında həbs edildi
22 Aprel 2025 Azəriqazda mütəxəsis qıtlığı ,yoxsa SOCAR-çoxvəzifəlilik siyasəti davam edir
22 Aprel 2025 Şərurlu İsfəndiyarın oğlunun həbsi ilə bağlı ŞOK İDDİA – Türkiyədən…
21 Aprel 2025 ABŞ-də təyyarə qəzası: Ölənlər var
21 Aprel 2025 “EŞKİYA DÜNYAYA HÜKÜMDAR OLMAZ” HİKAYESİ…
21 Aprel 2025 Bakıda şadlıq sarayında KÜTLƏVİ DAVA: Polis müdaxilə ETDİ
21 Aprel 2025 Qəzada sağ qalan sürücünü köməyə gələn kranın trosu öldürdü
21 Aprel 2025 Bakıdakı yanğın zamanı beş avtomobil külə döndü — VİDEO
21 Aprel 2025 Uşağa pul göstərib sonra oğurlayıbmış — VİDEO
20 Aprel 2025 60-dan çox şagird bu gün keçiriləcək buraxılış imtahanında iştirak edə bilməyəcək - SƏBƏB
20 Aprel 2025 Türkiyədə turistlər üçün hazırlanmış saxta avro sikkələri müsadirə olundu
20 Aprel 2025 Bu gün Bakının 550 küçəsi yuyulub
20 Aprel 2025 32 nəfərin zəhərləndiyi "Venesiya"da bu axşam da toy var - Bir nəfər 80 manatdan başlayır
20 Aprel 2025 Adı plastik cərrahların siyahısında olmayanların aqibəti necə olacaq? - VİDEO
20 Aprel 2025 İntensiv yağıntı zamanı su altında qalan maşınların aqibəti necə olacaq? - VİDEO

Dünyapress TV

Xəbər lenti