İslam Dövləti İrandakı ölümcül partlayışlara görə məsuliyyəti üzərinə götürüb
Dörd il əvvəl ABŞ-ın hava hücumu nəticəsində öldürülən keçmiş iranlı komandirin anım mərasimləri zamanı azı 89 nəfərin ölümü ilə nəticələnən partlayışlara görə məsuliyyəti ekstremist İslam Dövləti (İD) qruplaşması öz üzərinə götürüb. İranın daxili işlər nazirinin yanvarın 5-də verdiyi məlumata görə, hücumlarla əlaqədar çox sayda şübhəli həbs olunub.

İslam Dövləti Telegram kanalında verdiyi açıqlamada ölkənin cənub-şərqindəki Kirman şəhərində elit Qüds qüvvələrinin keçmiş komandiri Qasım Süleymaninin ölümünün ildönümü qeyd edilən vaxt iki üzvünün "partlayıcı gödəkçələrini işə saldığını" bildirib.

İsrailin Qəzza zolağında ABŞ və Avropa İttifaqı tərəfindən terror təşkilatı kimi təyin edilmiş HƏMAS-la müharibəni və İranla müttəfiq olan Yəməndəki Husi üsyançılarının Qırmızı dənizdə ticarət gəmilərinə hücumlarını davam etdirdiyi üçün insident regionda münaqişənin genişlənməsi qorxusunu gücləndirib.

Daxili işlər naziri Əhməd Vahidi dövlət televiziyası ilə çıxışında partlayışlarda əli olmaqda şübhəli bilinən bir neçə nəfərin həbs edildiyini bildirib.

"Ölkəmizin bacarıqlı kəşfiyyat orqanları Kirmandakı terror partlayışlarında iştirak edən ünsürlərlə bağlı çox yaxşı sübutlar tapıb və bu hadisədə əli olanların bir hissəsi həbs edilib" - deyə, Vahidi bildirib.

İran rəsmiləri hücumda İsrail və ABŞ-ın əli olduğunu deyərək, bunun İsrail-HƏMAS müharibəsindən qaynaqlanan daha geniş Yaxın Şərq gərginliyi ilə əlaqələndirməyə çalışıb.

Qurbanların kütləvi dəfn mərasimində danışan İran prezidenti İbrahim Rəisi və İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı Hüseyn Səlami heç bir sübut təqdim etmədən, bu kimi iddialar irəli sürüb. Toplanan izdiham "Amerikaya ölüm!" və "İsrailə ölüm!" şüarları səsləndirib.

ABŞ partlayışların arxasında İsrail və ya Vaşinqtonun olması ilə bağlı iddiaları rədd edib.

Bölmənin digər xəbərləri

23 Aprel 2025 Gəncədə şagirdlər arasında mübahisə düşüb, xəsarət alan var
23 Aprel 2025 Hacıqabuldakı sel yolu UÇURDU, sakinlər çətin VƏZİYYƏTDƏ - İcr Hakimiyyətinin nəzərinə VİDEO
23 Aprel 2025 Baş Notarius VƏZİFƏSİNİ İTİRDİ — Ədliyyə Nazirliyində KORRUPSİYA ƏMƏLİYYATI?
23 Aprel 2025 Mal əvəzinə qoyun əti, qoyun əvəzinə toyuq, toyuq əvəzinə... - "İstehlakçıların aldadılması yolverilməzdir"
22 Aprel 2025 Rəşad Cəbrayılov yeni başçı təyin edilən Rüstəm Xəlilovun `saqqızını oğurlaya` bilib - İLGİNC İDDİALAR
22 Aprel 2025 “Pilot-16” qalmaqalı böyüyür – Prorab məhkəmə zalında həbs edildi
22 Aprel 2025 Azəriqazda mütəxəsis qıtlığı ,yoxsa SOCAR-çoxvəzifəlilik siyasəti davam edir
22 Aprel 2025 Şərurlu İsfəndiyarın oğlunun həbsi ilə bağlı ŞOK İDDİA – Türkiyədən…
21 Aprel 2025 ABŞ-də təyyarə qəzası: Ölənlər var
21 Aprel 2025 “EŞKİYA DÜNYAYA HÜKÜMDAR OLMAZ” HİKAYESİ…
21 Aprel 2025 Bakıda şadlıq sarayında KÜTLƏVİ DAVA: Polis müdaxilə ETDİ
21 Aprel 2025 Qəzada sağ qalan sürücünü köməyə gələn kranın trosu öldürdü
21 Aprel 2025 Bakıdakı yanğın zamanı beş avtomobil külə döndü — VİDEO
21 Aprel 2025 Uşağa pul göstərib sonra oğurlayıbmış — VİDEO
20 Aprel 2025 60-dan çox şagird bu gün keçiriləcək buraxılış imtahanında iştirak edə bilməyəcək - SƏBƏB
20 Aprel 2025 Türkiyədə turistlər üçün hazırlanmış saxta avro sikkələri müsadirə olundu
20 Aprel 2025 Bu gün Bakının 550 küçəsi yuyulub
20 Aprel 2025 32 nəfərin zəhərləndiyi "Venesiya"da bu axşam da toy var - Bir nəfər 80 manatdan başlayır
20 Aprel 2025 Adı plastik cərrahların siyahısında olmayanların aqibəti necə olacaq? - VİDEO
20 Aprel 2025 İntensiv yağıntı zamanı su altında qalan maşınların aqibəti necə olacaq? - VİDEO

Dünyapress TV

Xəbər lenti