Normal, vicdanlı, əxlaqlı insan üçün artıq vəkillik dözülməz bir peşəyə çevrilib - ASLAN İSMAYILOV
“Yeni ilin ilk günü Vəkil Zaur Məmmədovun intihar etməsi xəbəri bütün vəkillər kimi məni də üzdü. İlk növbədə, onun ailəsinə və əzizlərinə dərin hüznlə başsağlığı verirəm. ALLAH rəhmət eləsin!

İlk dəqiqələrdən hadisəni diqqətlə izləyirəm və bu intiharın Azərbaycan Respublikasının Vəkillər Kollegiyası-Azerbaijani Bar Association , yaxud mərhum Zaurun sağlıq durumu ilə əlaqələndirilməsi qətiyyən yolverilməzdir”.

Bunu Gununsesi.info-ya açıqlamasında tanınmış vəkil Aslan İsmayılov vəkil Zaur Məmmədovun intihar etməsi faktını şərh edərkən deyib.
Aslan İsmayılovun sözlərinə görə, son dövrlər Azərbaycanda Vəkilliyin nüfuzunun artması rüşvətxor məmur tayfası üçün ölümə bərabərdir:

“Ona görə də baş vermiş faciədən öz çirkin niyyətləri üçün istifadə etmək istəyənlər də var.Bu hadisə geci-tezi olmalı idi, çünki normal, vicdanlı, əxlaqlı insan üçün artıq vəkillik dözülməz bir peşəyə çevrilirdi. Vəkil bir tərəfdən qanunla problemi olan insanlar, digər tərəfdən isə bütün inzibati resurslara sahib hüquq-mühafizə və məhkəmə orqanları arasında qalır. Vətəndaş nəyin bahasına olursa olsun problemi onun xeyrinə həll etməyi tələb edir, digər tərəfdə isə məmur tayfası malik olduğu səlahiyyəti vəzifə borcu yox, qazanc üçün vasitə sayır. Vətəndaş da əksər hallarda tək pozulmuş hüquqlarının qorunmasını yox, həm də yol verdiyi qanun pozuntusundan boyun qaçırmaq istəyir. Xüsusilə, son vaxtlar qanunun keşiyində durmalı olan insanlar yol verdikləri qanun pozuntusunun ictimailəşməsindən belə çəkinmir və rüşvəti açıq şəkildə tələb edirlər. Ən ağrılı olan isə odur ki, bir çoxları murdar həddə çatmış rüşvətxorluğu Qarabağda gedən quruculuq işləri ilə əlaqələndirirlər”.

Aslan İsmayılov xatırladır ki, sosial şəbəkə hesabında bir neçə artıq vicdanla vəkillik etməyin qeyri-mümkün olduğunu yazıb:“22 noyabr 2023-cü il tarixli statusumda yazmışdım: Əgər 30 ildən artıq Respublika Prokurorluğunda, Prezident Administrasiyasında işləmiş bir vəkil bu cür saymamazlıqla qarşılaşırsa onda Siz yeni işə başlamış gənc vəkilin vəziyyətini təsəvvür edin. Məhz buna görə də vəkillərin bəziləri vəkilliklə yox, dəllallıqla məşğul olmağa məcbur olurlar, çünki qanuni yolla heç nə etmək mümkün olmur”. Tam məsuliyyətimlə bildirirəm ki, bu gün Azərbaycanda ən çox qazanan heç də ən savadlı, təcrübəli, zəhmətkeş vəkil deyil. Ən çox qazanan dəllalığı yaxşı bacaran, rüşvətxor məmur tayfası ilə yaxşı münasibətlərdə olan, vicdanın, əxlaqın nə olduğunu bilməyənlərdir. Bu gün mənim 1 ildə qazandığımı 1 həftədə, 1 ayda qazanan belə “bacarıqlı” vəkillər var. Vəkilə müraciət edən müştərilərin mütləq əksəriyyətinin ilk sualı problemin kimlərlə, hansı miqdarla həll ediləcəyi olur. “Qanunla bacardığımızı edəcəyik” cavabı isə demək olar ki, heç kimi qane etmir, çünki artıq vətəndaşlar da bilir ki, əksər hallarda rüşvət olmasa qanun da öz yerini tapmır. Xüsusilə, gənc vəkillər baş verənləri görürlər və bir çoxları da daha asan yolu seçməyə üstünlük verirlər.

Hazırki iş üzrə istintaq gedir və bu prosesin obyektiv araşdırılmasında Vəkillər Kollegiyası rəhbərliyinin maraqlı olmasında heç bir şübhəm yoxdur. Ancaq istintaqın obyektiv gedəcəyinə isə ciddi şübhələrim var, çünki o işin obyektiv, hərtərfli araşdırılması tək rüşvət alıb qaytarmayan müstəntiqlə yekunlşmayıb daha yuxarı mərtəbələrə gedəcəyinə əsla şübhə etmirəm. Əgər ciddi ictimai nəzarət olmasa bu hadisənin ört-basdır ediləcəyinə də şübhə etmirəm. Yox, əgər bu iş üzrə hərtərəfli, ədalətli araşdırma aparılsa bu ölkədə korrupsiyanın qarşısının alınmasında ciddi bir hadisə olacaq”.
 

Bölmənin digər xəbərləri

23 Aprel 2025 Gəncədə şagirdlər arasında mübahisə düşüb, xəsarət alan var
23 Aprel 2025 Hacıqabuldakı sel yolu UÇURDU, sakinlər çətin VƏZİYYƏTDƏ - İcr Hakimiyyətinin nəzərinə VİDEO
23 Aprel 2025 Baş Notarius VƏZİFƏSİNİ İTİRDİ — Ədliyyə Nazirliyində KORRUPSİYA ƏMƏLİYYATI?
23 Aprel 2025 Mal əvəzinə qoyun əti, qoyun əvəzinə toyuq, toyuq əvəzinə... - "İstehlakçıların aldadılması yolverilməzdir"
22 Aprel 2025 Rəşad Cəbrayılov yeni başçı təyin edilən Rüstəm Xəlilovun `saqqızını oğurlaya` bilib - İLGİNC İDDİALAR
22 Aprel 2025 “Pilot-16” qalmaqalı böyüyür – Prorab məhkəmə zalında həbs edildi
22 Aprel 2025 Azəriqazda mütəxəsis qıtlığı ,yoxsa SOCAR-çoxvəzifəlilik siyasəti davam edir
22 Aprel 2025 Şərurlu İsfəndiyarın oğlunun həbsi ilə bağlı ŞOK İDDİA – Türkiyədən…
21 Aprel 2025 ABŞ-də təyyarə qəzası: Ölənlər var
21 Aprel 2025 “EŞKİYA DÜNYAYA HÜKÜMDAR OLMAZ” HİKAYESİ…
21 Aprel 2025 Bakıda şadlıq sarayında KÜTLƏVİ DAVA: Polis müdaxilə ETDİ
21 Aprel 2025 Qəzada sağ qalan sürücünü köməyə gələn kranın trosu öldürdü
21 Aprel 2025 Bakıdakı yanğın zamanı beş avtomobil külə döndü — VİDEO
21 Aprel 2025 Uşağa pul göstərib sonra oğurlayıbmış — VİDEO
20 Aprel 2025 60-dan çox şagird bu gün keçiriləcək buraxılış imtahanında iştirak edə bilməyəcək - SƏBƏB
20 Aprel 2025 Türkiyədə turistlər üçün hazırlanmış saxta avro sikkələri müsadirə olundu
20 Aprel 2025 Bu gün Bakının 550 küçəsi yuyulub
20 Aprel 2025 32 nəfərin zəhərləndiyi "Venesiya"da bu axşam da toy var - Bir nəfər 80 manatdan başlayır
20 Aprel 2025 Adı plastik cərrahların siyahısında olmayanların aqibəti necə olacaq? - VİDEO
20 Aprel 2025 İntensiv yağıntı zamanı su altında qalan maşınların aqibəti necə olacaq? - VİDEO

Dünyapress TV

Xəbər lenti