İqlim dəyişikliyinin təsiri ilə Xəzər dənizində suyun səviyyəsi azalır:
Türkmənbaşı yaxınlığındakı Avazada gəmilərin yanaşdığı körpü indi quruda qalıb

“Əvvəllər Türkmənbaşıdan Xəzər şəhərinə gəmi ilə gedərdim”, - illərdir kruiz gəmilərində işləyən Batır Yusupov deyir.

Dünyanın ən böyük qapalı dənizi olan Xəzərdəki bu marşrut suyun azalmasına görə artıq istifadə oluna bilmir.

"Dənizdə ciddi lillənmə (dəniz dibində çöküntü toplanması) olduğundan bu marşrut bir ildir ki, ləğv edilib", - 36 yaşlı dənizçi Fransanın AFP xəbər agentliyinə bildirib.

Türkmənistandan başqa Azərbaycan, Rusiya, Qazaxıstan və İran da Xəzəryanı ölkədir.
Avropa ilə Asiyanı bir-birindən ayıran 371 min kvadrat kilometrlik Xəzər dənizi Almaniyadan böyükdür. Lakin onun Almaniyadan əhəmiyyətli bir fərqi var: səthi hər il azalır.

Bunun səbəbləri haqqında çox az araşdırma aparılıb. Buna görə də mütəxəssislərin fərqli nəzəriyyələri var. Ancaq səbəb nə olursa olsun, onlar iqlim dəyişikliyinin mövcud vəziyyəti daha da pisləşdirdiyi ilə razılaşırlar.

Xəzər şəhərinin peyk görüntüləri dənizin 800 metr geri çəkildiyini göstərir. Ona görə də dənizdəki bir ada getdikcə quruya birləşir.

Buna görə də Batır sərnişinləri Kızılsu yarımadasına aparır. Amma ordakı vəziyyət də o qədər yaxşı deyil. Quruda qalan gəmilər də bunun bariz göstəricisidir.

Kızılsudakı evi dalğalara qarşı qum yüksəklikləri ilə qorunan 40 yaşlı Ayça "Köhnə limanın dərinliyi kifayət etmədiyi üçün yeni liman tikilir", -deyir.

Onun sözlərinə görə, hətta tufan olanda belə artıq dalğalar onun evinə çata bilmir.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-12_1703431389_1.jpg
Qazaxıstanda öz taleyinə buraxılmış gəmilər

Dənizin geri çəkilmə səbəbləri
“Dəniz səviyyəsinin dəyişməsi dənizin dibinə təsir edən tektonik hərəkətlər və seysmik fəaliyyətlər nəticəsində baş verir”, - türkmən alimi Nəzər Mouradov deyir.

O bildirir ki, Xəzərdə suyun səviyyəsi 1930-1980-ci illərdə çəkilib, sonra yenidən artıb.

Digər tərəfdən, o, iqlim dəyişikliyinə də diqqət çəkir: “Ancaq bu dəyişikliyin iqlimlə bağlı səbəbləri də var: dəniz səviyyəsi çayların axınından asılıdır və çayların axını azalır".

"Yağışın miqdarı azaldıqca, buxarlanma sürəti artır", - o deyir.

Mərkəzi Asiya iqlim dəyişikliyindən çox təsirlənir. Bu bölgə iyirminci əsrin ən böyük ekoloji fəlakətlərindən biri olan Aral dənizinin qurumasının təsirini hələ də hiss edir.

Türkmənistanın ən böyük sahil şəhəri Türkmənbaşıda dəniz qarşısıalınmaz şəkildə çəkilir.

Xəzərdə mütəmadi üzən 35 yaşlı şəhər sakini Liyudmila Essenova dənizə girərək: “Keçən yay su çiyinlərimə qədər idi, sonra belimdən oldu, bu il dizdən aşağıdır”, - deyir.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-12_1703431459_1.jpg
Essenova indi üzə bilmək üçün dənizdə bir xeyli yeriyərək irəli getməlidir.

Ancaq lillənmə də ciddi problemlər yaradır. Ən əsas da iqtisadi problemlər...

Lillənmə Xəzər sahilindəki infrastruktura təsir etsə də, Mərkəzi Asiyanın ən böyük limanı olan və Avropa ilə Asiya arasındakı ticarətdə mühüm əhəmiyyət kəsb edən Türkmənbaşı da bundan əziyyət çəkir.

Son vaxtlarda Türkmənistanın və Xəzər dənizinin kommersiya əhəmiyyətini artıran iki hadisə baş verib.

Bunlardan biri Rusiyanın Ukraynada başlatdığı müharibə idi. Rusiyanın Ukraynaya hücumundan sonra Avropa İttifaqı (Aİ) ölkələri təbii qaz ehtiyatlarını şaxələndirmək üçün müxtəlif yollar axtararkən gözlərini Azərbaycan və Türkmənistana dikdilər.

İkinci hadisə Dağlıq Qarabağ münaqişəsinin həlli oldu.

Gələn ilin əvvəlində Azərbaycan və Ermənistan arasında imzalanması gözlənilən sülh sazişindən sonra Türkmənistanın təbii qazı Zəngəzur dəhlizi ilə Türkiyə və Avropa İttifaqına ötürülə bilər.

Ermənistanın Baş naziri Nikol Paşinyan da ölkəsinin enerji və nəqliyyat sektorunda tranzit ölkə olmaq istədiyini açıqlayıb və “Sülh qovşağı” adlı layihəsini təqdim edib.
"Ən aktual problem"
Vəziyyət o qədər ciddidir ki, adətən, qapalılığı və problemlər haqqında danışmamaları ilə məşhur olan Türkmənistan idarəçiləri bu məsələ ilə bağlı açıqlama verməyə ehtiyac duyurlar.

Karbohidrogenlərlə zəngin və avtoritar bir hakimiyyətə sahib olan Türkmənistanın xarici işlər naziri Rəşid Meredov: “Son 25 ildə Xəzər dənizi 2 metr azalıb. Bu, nəinki narahatlıq yaradır, ondan da pisdir”, - deyir.

Meredov hesab edir ki, problemin böyüklüyünə görə sahilyanı ölkələr əməkdaşlıq etməlidir:

“Xəzər dənizinin çəkilməsi bizim daha çox diqqət yetirməli olduğumuz ən ciddi problemdir”.

Sahilyanı ölkələr arasında əməkdaşlıq hələ başlanğıc mərhələsindədir. Onlar Xəzər dənizinin statusu ilə bağlı 20 ildən artıq çəkən müzakirələrdən sonra, nəhayət 2018-ci ildə razılığa gəliblər.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-12_1703431511_1.jpg
Azərbaycanda, Xəzər dənizinin əks sahilində yerləşən Kür çayı axının azalması nəticəsində dəniz suyu ilə dolaraq dayazlaşıb.

“Nadir ekosistemə malik Xəzər dənizinin ekoloji təhlükəsizliyini təmin etmək bizim ümumi maraqlarımıza uyğundur. Bu, sahilyanı ölkələrdə təbiətə və həyata təsir edir", - Qazaxıstanın bəyanatında vurğulanır.

Suyun səviyyəsinin azalması və temperaturun artması Xəzər dənizində, xüsusilə suitilərin həyatına da təsir edir.

Qazaxıstan Prezidenti Kasım Comert Tokayev suitilərin vəziyyəti ilə “şəxsən maraqlandığını” və Xəzər dənizində araşdırma aparmaq üçün tədqiqat institutu yaratdığını açıqlayıb.

Xəzər və Aral regionda quraqlıqdan əziyyət çəkən yeganə su hövzəsi deyil. İranda Urmiyə və Aydar göllərində də suyun səviyyəsi azalır.
bbc
 

Bölmənin digər xəbərləri

23 Aprel 2025 Gəncədə şagirdlər arasında mübahisə düşüb, xəsarət alan var
23 Aprel 2025 Hacıqabuldakı sel yolu UÇURDU, sakinlər çətin VƏZİYYƏTDƏ - İcr Hakimiyyətinin nəzərinə VİDEO
23 Aprel 2025 Baş Notarius VƏZİFƏSİNİ İTİRDİ — Ədliyyə Nazirliyində KORRUPSİYA ƏMƏLİYYATI?
23 Aprel 2025 Mal əvəzinə qoyun əti, qoyun əvəzinə toyuq, toyuq əvəzinə... - "İstehlakçıların aldadılması yolverilməzdir"
22 Aprel 2025 Rəşad Cəbrayılov yeni başçı təyin edilən Rüstəm Xəlilovun `saqqızını oğurlaya` bilib - İLGİNC İDDİALAR
22 Aprel 2025 “Pilot-16” qalmaqalı böyüyür – Prorab məhkəmə zalında həbs edildi
22 Aprel 2025 Azəriqazda mütəxəsis qıtlığı ,yoxsa SOCAR-çoxvəzifəlilik siyasəti davam edir
22 Aprel 2025 Şərurlu İsfəndiyarın oğlunun həbsi ilə bağlı ŞOK İDDİA – Türkiyədən…
21 Aprel 2025 ABŞ-də təyyarə qəzası: Ölənlər var
21 Aprel 2025 “EŞKİYA DÜNYAYA HÜKÜMDAR OLMAZ” HİKAYESİ…
21 Aprel 2025 Bakıda şadlıq sarayında KÜTLƏVİ DAVA: Polis müdaxilə ETDİ
21 Aprel 2025 Qəzada sağ qalan sürücünü köməyə gələn kranın trosu öldürdü
21 Aprel 2025 Bakıdakı yanğın zamanı beş avtomobil külə döndü — VİDEO
21 Aprel 2025 Uşağa pul göstərib sonra oğurlayıbmış — VİDEO
20 Aprel 2025 60-dan çox şagird bu gün keçiriləcək buraxılış imtahanında iştirak edə bilməyəcək - SƏBƏB
20 Aprel 2025 Türkiyədə turistlər üçün hazırlanmış saxta avro sikkələri müsadirə olundu
20 Aprel 2025 Bu gün Bakının 550 küçəsi yuyulub
20 Aprel 2025 32 nəfərin zəhərləndiyi "Venesiya"da bu axşam da toy var - Bir nəfər 80 manatdan başlayır
20 Aprel 2025 Adı plastik cərrahların siyahısında olmayanların aqibəti necə olacaq? - VİDEO
20 Aprel 2025 İntensiv yağıntı zamanı su altında qalan maşınların aqibəti necə olacaq? - VİDEO

Dünyapress TV

Xəbər lenti