Azərbaycan Ermənistana yol təklif edir, İrəvan da Naxçıvan dəhlizini açır – Müqaviləsiz sülh variantı
Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın görüşü keçirildi. İndiki məqamda əsas aktual sual görüşün nəticəsinin necə olması və sülh prosesinə təsiridir.

Maraqlıdır, keçirilən görüş sülhün əldə edilməsinə təkan verəcək?

Mövzunu Globalinfo.az-a şərh edən Ümid Partiyasının sədri İqbal Ağazadə deyib ki, iki ölkənin şərti dövlət sərhədində baş tutan görüş delimitasiya və demarkasiya komissiyalarının görüşü kimi xarakterizə olunur:

İqbal Ağazadə

“Delimitasiya və demarkasiya məsələləri ölkələr arasında sürətlə həll edilən bir məsələ deyil. Misal üçün, Gürcüstan ilə Azərbaycan arasında bu məsələ hələ də tam həll edilməyib. Bu istiqamətdə işlər davam edir.

Buna görə də sərhəddə baş tutan sayca beşinci görüşdən böyük nə isə gözləmək sadəlövhlük olardı. Lakin proses başlaması müsbət məqamdır. Belə ki, bu, yeni bir platformadır və tərəflər faktiki olaraq ikili danışıqlar aparır. Həm də münasibətlərin yeni mərhələyə qədəm qoyması deməkdir. Çünki ikili danışıqlar problemlərin həll edilməsi və dialoqun qurulmasına səbəb olacaq. Lakin sülh müqaviləsindən danışmaq üçün hələ çox tezdir.

Sülh müqaviləsi imzalanmadan kommunikasiyalar açıla, münasibətlər qurula bilər. Hətta tərəflər bir-biri ilə fərqli sahələrdə ilkin münasibətlər qura bilər. Misal üçün, hava şəraiti ilə bağlı hazırda Ermənistandan Gürcüstana gedən quru yolu işləmir. Azərbaycan alternativ yol təklif edə bilər. Ermənistan da yaxşı olardı buna cavab kimi Zəngəzurdan Naxçıvana nəqliyyat vasitələrinin keçidinə icazə versin.

Yəni tərəflər sülh müqaviləsindən öncə bu prosesə hazırlaşmalı, qarşılıqlı etimad mühiti yaratmalıdır. Təcrübə göstərir ki, sülh müqaviləsi imzalansa belə ölkələr arasında müharibələr baş verir”.

Milli Məclisin deputatı Hikmət Babaoğlu isə deyib ki, heç bir vasitəçi olmadan Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiya komissiyasının birbaşa görüşünün keçirilməsi özlüyündə müsbət addımdır:

Hikmət Babaoğlu

“Bütün hallarda vasitəçilik ilə keçirilən görüşlərin qarşılıqlı etimad və etibarlılıq dərəcəsi az olur. Ermənistan bu gün həqiqətən də sülh istəyirsə, birbaşa görüşləri ənənə halına çevirməlidir.

Azərbaycan bu təşəbbüsü özü irəli sürüb və dəstəkləyir. Ermənistanın da buna dəstək verməsi vacibdir. Təkcə delimitasiya komissiyalarının deyil, həm də həmin rəsmilərin görüşünün keçirilməsi lazımdır. Yalnız bu halda sülh və yekun nəticə əldə edilə bilər”.

Politoloq Elçin Mirzəbəyli isə deyib ki, delimitasiya prosesi ilə sülh prosesini əlaqələndirmək bir qədər doğru deyil:

Elçin Mirzəbəyli

“Çünki delimitasiya prosesi uzunmüddətli bir prosesdir. Yəni sülh müqaviləsi imzalanandan sonrakı dövrdə belə delimitasiya prosesi aylarla, illərlə davam etməsi mümkündür.

SSRİ süqut edəndən sonra keçmiş sərhədlər istisna olmaqla respublikaların sərhədlərində problemlər tam öz həllini tapmayıb. Bu gün İranla Azərbaycan arasında sərhəd problemi olmasa da Rusiya ilə delimitasiya prosesinin uzun zaman ərzində həll edildiyinin şahidi olduq. Gürcüstanla münasibətlərimizin yüksək səviyyədə olmasına baxmayaraq hələ də sərhədlərin delimitasiya prosesi tam şəkildə başa çatdırılmayıb. Yəni bu misal belə özlüyündə prosesin nə qədər uzun müddət çəkdiyini izah edir.

Azərbaycan sərhədləri uzun illər Ermənistanın işğalında olub. Məhz bu fakt özlüyündə iki ölkə arasında delimitasya və demarkasiya prosesinin uzun müddət çəkəcəyini deməyə əsas verir. Digər tərəfdən, biz görüş öncəsi parlamentin spikeri Alen Simonyanın verdiyi açıqlamaları da nəzərə almalıyıq. Çünki o, faktiki olaraq hansısa mifə, əfsanəyə söykənərək Azərbaycanın nəzarətində olduğunu iddia etdi. Göründüyü kimi, Ermənistan tərəfi bu prosesin konstruktiv keçməsinə mane olur.

Sülh prosesinə gəldikdə isə rəsmi İrəvanın sərgilədiyi son mövqe Mirzoyan və Simonyanın açıqlamalarından bəllidir. Xüsusilə Mirzoyan son olaraq Azərbaycanı təcavüzdə, etnik təmizləmədə ittiham etdi. Bu, normallaşma prosesinin qısa zamanda baş tutmayacağını deməyə əsas verir. Ermənistan bundan başqa müstəqil xarici siyasət yeritmir və Qərbdən gələn tezisləri icra edir”.
 

Bölmənin digər xəbərləri

24 Noyabr 2024 Çin avtomobillərinin ölkəyə axını sürətlənib: Seçərkən nələrə diqqət etmək lazımdır?
24 Noyabr 2024 AZƏRBAYCANLI İSTANBULDA 70 KQ QIZILLA TUTULDU - Kimliyi və hadisənin detalları bilindi + VİDEO
24 Noyabr 2024 Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23 Noyabr 2024 70 kq qızılla tutulan diplomatımız bu səfirlikdə işləyir - Bakıya gətirildi
23 Noyabr 2024 Restoranlarda təklif olunan ucuz setlər təhlükəlidir? - “Belə istisnalar var”
23 Noyabr 2024 “Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
22 Noyabr 2024 Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi - BU DA BELƏ.
21 Noyabr 2024 Acun Ilıcalı barədə araşdırma başladıldı
21 Noyabr 2024 Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik - Emin Əmrullayev
20 Noyabr 2024 4 yaşlı uşağı yırtıcı parçalayıb - Ata-anası biçində olarkən...
20 Noyabr 2024 Qızını özlərindən çox gözəl olduğunu düşünən ata DNT TESTİ ETDİ
20 Noyabr 2024 Bakıda “Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi” mövzusunda panel müzakirələr keçirilib
20 Noyabr 2024 YENİ DƏLƏDUZLUQ: Smartfonlara toy dəvətnamələri göndərərək, vətəndaşları ALDADIRLAR
20 Noyabr 2024 Tramp türk həkimə yüksək vəzifə verdi
19 Noyabr 2024 COP29 çərçivəsində hansı sazişlər imzalanıb ?
19 Noyabr 2024 Dünyanın ən yaxşıları arasında Azərbaycanın hansı universitetləri var? – SİYAHI
19 Noyabr 2024 Azərbaycanlı tələbələrə böhtan: Rusiya universitetindən qovmaq istəyirlər? - VİDEO
19 Noyabr 2024 Üç yaşlı uşaq suda boğularaq ölüb
18 Noyabr 2024 Ən dadlı naringiləri necə seçmək olar?
18 Noyabr 2024 Rusiyada silsilə qətllər törədən erməni ələ keçdi

Dünyapress TV

Xəbər lenti