“ABŞ şirkətləri Ermənistana göndərişləri dayandırıblar” -
“Financial Times” qəzeti Qərbin sanksiyaları altında olan Rusiyanın idxalsız yaşamağa necə öyrəşməsindən yazıb.


“AzPolitika.info” “Azadlıq radiosunun tərcümə etdiyi məqaləyə istinadla xəbər verir ki, Qərb ölkələrindən Rusiyaya idxal azalıb, amma kəsilməyib. Məqalədə kdeyilir ki, bu ilin avqustunda İstanbulda otelə gələn, rusca danışan bir qrup kişinin beş çamadanlıq yükü Avstriyadan alınmış peşəkar elektronika məhsulları idi. Bu məhsulların istehsalçısı olan Qərb brendi Ukraynanı işğal edən Rusiyanı boykot qərarı verib.

Oteldə bu şəxsləri qarşılayan Stanislav deyib ki, həmin malların heç də hamısını şəxsi istifadəsi üçün almayıb. O, çamadanları gətirənlərlə nahar edib, daha sonra yüklə birlikdə Moskvaya yola düşüb.

Qəzet Stanislavın əslində Avropadan daha həssas məhsulları yük maşınları ilə daşımaqla məşğul olduğunu yazır. Söhbət tikinti sektorunda, ağır sənaye üçün maşınqayırmada istifadə olunan materiallardan gedir.

“Financial Times” Stanislav kimi rusiyalı idxal-ixrac mütəxəssislərinin sayının getdikcə artdığını yazır. Onlar boşluqlar taparaq məhsulları gömrükdən keçirirlər.

Bu gizli bazarın iştirakçılarını danışdıran qəzet cəlbedici, ancaq eyni zamanda proqnozlaşdırılması çətin, qeyri-sabit ticarəti üzə çıxarıb. Axı Qərbin sanksiyaları Rusiyanın təchizat zəncirini pozub. Nəticədə bir çox şirkət vacib xarici məhsulları, ehtiyat hissələri əldə etməyin yollarını axtarır.

Qəzet yazır ki, martda çox ağır sanksiyalar açıqlananda bəzi iqtisadçılar Rusiya iqtisadiyyatının sürətlə çökəcəyini, hətta 30 faizədək kiçiləcəyəni proqnozlaşdırırdılar. Ancaq bu baş vermədi, çünki ölkəyə neft-qaz gəlirləri axırdı və rubl tezliklə dirçəldi.

Ancaq qəzet fərqli bir tendensiyanın getdiyini yazır – dramatik azalma olmasa da, Rusiyanın istehsal gücü davamlı deqradasiyaya uğrayır. İqtisadçılar bunun Rusiyanı onillərlə geri atdığını deyirlər. Belə ki, ölkə müasir iqtisadiyyatı idarə etməyə çalışır, asılı olduğu komponentləri, xammalı, texnologiyaları idxal edə bilmir.

Rusiyanın ticarət tərəfdaşlarının datası müharibə başlayandan ölkənin idxalının 20-25 faiz azaldığını göstərir.
Ətraflı

“Dərman, kimyəvi məhsullar istehsalı, maşınqayırma, metallurgiya, mədən sənayesi... Rusiyada elə bir sənaye sahəsi tapmaq olmaz ki, azı 50 faiz idxaldan asılı olmasın”, – Beynəlxalq Maliyyə İnstitutunun iqtisadçısı Elina Ribakova deyib.

Sanksiyalar altında olan bir rusiyalı oliqarxın fikrincə, həyat daha sadə, pul az olacaq, adamlar daha azla işləməyi öyrənəcəklər.

“Sosiskada daha çox kağız olacaq”, – deyən oliqarx belə bir vəziyyətin 15-20 il, “Prezident Vladimir Putin ölənəcən” davam edə biləcəyini söyləyib.

Mayda ötən ilin eyni ayı ilə müqayisədə ABŞ-dan Rusiyaya ixrac 85 azalıb. Bu ilin iyun-avqust aylarında isə Rusiya 2021-ci illə müqayisədə aya 4.5 milyard dollar az idxal gerçəkləşdirib.

Ancaq bütün bunlara baxmayaraq, iqtisadiyyatla bağlı ən bədbin proqnozların düz çıxmaması ixrac gəlirlərinin güclü qalması ilə izah olunur. Rusiya getdikcə öz neftinə alternativ alıcılar tapır.

Bu il Rusiyada ÜDM-də 3.5-5.5 faizlik azalma proqnozlaşdırılır.

Məqalədə Rusiyanın indiki durumu keçmiş Sovet İttifaqı ilə müqayisə olunur. O zaman FSB casusları vasitəsilə, üçüncü ölkələrdə texnologiyanı əldə edirdi. Rusiya hökumətinin qəbul etdiyi qanun isə bəzi texnologiya məhsullarının brendin icazəsi olmadan gömrükdən keçməsinə icazə verir.

Bu il Rusiyaya bu yolla 20 milyard dollarlıq məhsul idxal oldunduğu bildirilir. Onların içində iPhone 14 də var. Sentyabrda buraxılmış bu modelin Rusiyada rəsmi satışına icazə yoxdur.

Ancaq istehsalçılar Ermənistan və Qazaxıstan kimi ölkələrin mikroçip sifarişlərinin artmasından narahatdırlar. Müharibə başlayandan bu ölkələrə böyük sayda rusiyalı IT mütəxəssisləri yığışıb.

“ABŞ-ın bəzi şirkətləri Ermənistana göndərişləri dayandırıblar. Deyirlər ki, bir il qabaq bir lisenziyamız vardı. İndi isə 100 lisenziya istəyirsiz? Cəhənnəm olun!” – bir şirkət rəhbəri söyləyib.
 
 
 

Bölmənin digər xəbərləri

20 Aprel 2025 İtaliya baş nazirinin müavini ABŞ-İran danışıqlarının keçirildiyi məkana şortla gəlib
20 Aprel 2025 2040-cı ilə qədər dünyanın bu hissələri su altında qalacaq – Alimlərdən xəbərdarlıq /XƏRİTƏ
20 Aprel 2025 Dağıstanda fövqəladə vəziyyət elan olundu
20 Aprel 2025 ABŞ-la danışıqlar alınmasa, müharibəyə hazırıq - Arakçı
20 Aprel 2025 Paşinyan artıq yeni müharibə təhlükəsindən qorxmur – Səbəb nədir?
20 Aprel 2025 Türkiyəli nazir: “Orduya göndərməyə gənclər tapmaya bilərik
19 Aprel 2025 Trampın yüksək vəzifə verdiyi Mehmet Öz kimdir?- DOSYE
19 Aprel 2025 Dmitri Qordon: "İlham Əliyev dəqiq dedi, təşəkkür edirəm" - Video
19 Aprel 2025 Bunu etmək üçün insan gərək vicdansız olsun
19 Aprel 2025 23 milyon insan təhlükədə – 8 bal gücündə zəlzələ gözlənilir
19 Aprel 2025 Bu məktəbdə təhsil haqqı 289 min manatdır
19 Aprel 2025 İmamoğlu anketinden iktidara kötü haber geldi: Halk ikna olmadı
19 Aprel 2025 Simonyana orden, sizə həbsxana: paradoks və absurd - Sibirlilərə yazığımız gəlmir, amma Moskvaya toxunmayın…
18 Aprel 2025 Yunanıstandan təxribat xarakterli xəritə: “Türkiyə üçün müharibə səbəbi!” - VİDEO
18 Aprel 2025 Ukrayna və ABŞ faydalı qazıntılarla bağlı memorandum imzalayıb
18 Aprel 2025 CHP ilə bağlı açıqlama verən jurnalist tutulub
18 Aprel 2025 Dünya "Təbii fəlakət" deyib qıraqdan baxır? - Onlar belə önləyici tədbirlər alırlar...
17 Aprel 2025 Tramp və Ərdoğan arasında strateji anlaşma: ABŞ və Türkiyə yeni qlobal güc mərkəzi qurur
17 Aprel 2025 Mirzoyandan sensasion açıqlama: Sülh müqaviləsi Azərbaycan-Ermənistan sərhədində imzalana bilər
17 Aprel 2025 Fransadan Azərbaycana böyük pislik - Bakı bağışlamayacaq!

Dünyapress TV

Xəbər lenti