Pekin İranın yanındadır: -
"Çin İsrailin İrana qarşı hava zərbələrini sərt şəkildə tənqid edib. Çin xarici işlər naziri Van İ İranın nüvə obyektlərinə hücumun fəlakətli nəticələrə səbəb ola biləcəyini deyib. Van İ iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı zamanı İsrailin hərəkətlərinin BMT Nizamnaməsinin məqsəd və prinsiplərini, beynəlxalq münasibətlərin əsas normalarını ciddi şəkildə pozduğunu vurğulayıb. Çinin İranın suverenliyini, qanuni hüquq və mənafelərini dəstəklədiyini söyləyən Van İ İsrailin iranlı yüksək rütbəli məmurların qətlə yetirilməsini qınadığını vurğuladı.
Pekin Ermənistan və Rusiya kimi İsraillə müharibədə İranın zəif duruma düşməsini, bu ölkədə rejim dəyişikliyi istəmir. Çünki, İrəvan və Moskva kimi Pekindəki siyasilər də düşünürlər ki, İsrail ABŞ-la birgə İranda maraqlarına uyğun şəkildə rejim formalaşdırmağa çalışacaqlar."
TEREF yazır ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.
"Buna baxmayaraq, Çin İrana birbaşa hərbi dəstək verməyəcək. Pekin eyni zamanda İsraillə mübarizədə əlindəki imkanlar daxilində kəşfiyyat məlumatlarını Tehranla bölüşə bilər. Digər tərəfdən Pekin İrandakı rejimin ayaqda durması üçün beynəlxalq müstəvidə bu ölkəyə diplomatik dəstəyini artıracaq. Bütün hallarda Pekin İsrail və ABŞ-ın qələbə çalmasını müxtəlif yollarla əngəlləməyə çalışacaq.
Rusiya İranla strateji tərəfdaş olsa da, üstəgəl bu ilin əvvəlində Moskva ilə Tehran arasında müvafiq saziş imzalansa da, Kreml qonşusuna əməli dəstək verə bilməyəcək. Rusiya bütün enerjisini Ukrayna ilə müharibəyə yönəldib, Kremlin yeni cəbhədə ABŞ-İsrail ittifaqı ilə mübarizə aparmağa nə potensialı, nə də istəyi var. Ona görə də Tehranın Pekindən daha çox gözləntisi var. Tehranda hesab edirlər ki, Çin İrandakı yatırımlarını qorumalıdır. Həqiqətən Çin son illərdə İran iqtisadiyyatına milyardlarla dollar yatırım qoyub. Ancaq Çinin bu yatırımlarını qorumaq imkanı yoxdur. İsrail Çinin yatırım qoyduğu müəssisələrə də zərbələr endirməyə başlayacaq. Məqsəd İran iqtisadiyyatının gəlir gətirən sahələrini dağıtmaqdır. Bu arada, Çin İranın neftini başqa ölkələrin nefti ilə əvəz etmək məcburiyyətində də qalacaq."
TEREF

Bölmənin digər xəbərləri

16 İyun 2025 Netanyahudan ŞOK AÇIQLAMA: İsrail İran kəşfiyyatının rəhbəri Məhəmməd Kazemini zərərsizləşdirib
16 İyun 2025 Xameneinin ətrafı Rusiya ilə təmasa keçdi: Ölkədən getmək təklif edilir - Sensasiya
16 İyun 2025 İrandan güclü qaçqın axını gəlir VİDEO
16 İyun 2025 İran nüvə bombasını bu qruplara ötürmək istəyirdi - Netanyahu
16 İyun 2025 Tramp: ABŞ İsrail-İran münaqişəsinə müdaxilə edə bilər
16 İyun 2025 Polis gibi giyinmişler... ABD Minnesota Eyalet Meclisi Başkanı Hortman ve eşi öldürüldü
16 İyun 2025 Hindistanda qəzaya uğrayan təyyarənin pilotunun son sözləri: "Düşürük"
16 İyun 2025 İsraildə iki nəfər iranlılar üçün casusluqda şübhəli bilinərək həbs edilib
15 İyun 2025 Azərbaycanın sülhə nail olmaq istəyini görürük - Paşinyan
15 İyun 2025 Britaniya Yaxın Şərqdəki bazalarına əlavə döyüş təyyarələri yerləşdirəcək
15 İyun 2025 İsrail Təhlükəsizlik Kabineti fövqəladə iclas üçün yeraltı bunkerdə toplaşdı - İRAN HÜCUMA KEÇDİ
15 İyun 2025  Azərbaycan Ermənistanın yerinə Avrasiya İqtisadi Birliyinə qoşulacaq? – Rusiyadan ŞƏRH
15 İyun 2025 İran faktiki olaraq Rusiyaya silah və texnologiya verməklə bizə qarşı fəal işləyir - Zelenski
15 İyun 2025 Netanyahu: Tezliklə Tehran səmasında İsrail təyyarələrini görəcəksiniz, hər bir hədəfi vuracağıq
15 İyun 2025 İran ABŞ ilə bazar gününə planlaşdırılan nüvə sazişi danışıqlarını ləğv edib
14 İyun 2025 İsrail-İran qarşıdurmasına Bakını "çəkmək" istəyirlər: feyk xəbərləri kim və niyə yayır?
14 İyun 2025 ABŞ senatoru Sanderz: “Biz Netanyahuya görə daha bir müharibəyə cəlb oluna bilmərik”
14 İyun 2025 Netanyahu iranlılara müraciət etdi: Ayağa qalxın!
14 İyun 2025 İsrailin ordu rəhbərliyinin brifinqi yarımçıq dayandırıldı
14 İyun 2025 İran rejimi parçalanıb, çökəcək – Pəhləvi çağırış etdi

Dünyapress TV

Xəbər lenti