Petrosyanın sensasion çıxışı niyə indi yayıldı? –
Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın 31 il öncəki qalmaqallı açıqlamasının nədən indi ictimailəşdirilməsi bir sıra suallara yol açır. İrəvanın Azərbaycan torpaqlarına hüquqi və tarixi baxımdan əsassız iddialarını alt-üst edən videogörüntülərin üzə çıxarılmasında məqsəd nədir? Yaxud bu, Ermənistanın daxili siyasi həyatındakı mübarizə kontekstində kimin maraqlarına cavab verir?

Videogörüntüləri kim üzə çıxarıb?

1993-cü ilin iyuluna, Ağdam şəhərinin işğalı dövrünə təsadüf edən kadrları özünün səhifəsində erməni jurnalist Tatul Akopyan yerləşdirib. Ter-Petrosyanın çıxışını erməni dilindən tərcümə edən bloger Albert İsakovun sözlərinə görə, T.Akopyanın kanalında keçmiş prezidentin videogörüntülərinə təsadüfən rast gəlib, çünki erməni jurnalistin paylaşımları əksər hallarda diqqətdən kənarda qalır. Bununla belə, qeyd etmək lazımdır ki, Akopyan erməni siyasi fikir və media mühitində kölgədə qalan sima deyil. Vaxtilə onun 44 günlük müharibənin nəticələrini İrəvanın buraxdığı səhvlər kontekstindən tənqidi yorumu həm Nikol Paşinyan hakimiyyəti, həm də Qarabağ klanının hədəfinə çevrilməsinə səbəb olub. Hətta 2021-ci ildə ABŞ-da səfərdə olarkən “Ermənistandakı bəzi qüvvələr və dispor dairələri tərəfindən” təhdid edildiyini də yazıb. T.Akopyan 2023-cü ilin antiterror əməliyyatı ərəfəsində Xankəndidəki separatçı xunta rəhbərliyini israrla Azərbaycanla danışıqlara getməyə çağırıb.

Ermənistan Jurnalistlər İttifaqının 2021-ci ildə Akopyanın müdafiəsi məqsədilə yaydığı bəyanatda onun hakimiyyətin də təzyiqinə məruz qaldığı vurğulanır. Bəyanatda qeyd olunur ki, son 3,5 il ərzində mediaya basqıların səviyyəsi yüksəlib. Paşinyanın 2018-ci ildə hakimiyyətə gəlişini nəzərə alsaq, bəyanat müəlliflərinin mediaya təzyiqlərdə kimi suçladığı bəlli olur.

Digər tərəfdən, T.Akopyan Ermənistanda I Qarabağ savaşının salnaməçisi olan jurnalist kimi tanınır. O, mütəmadi şəkildə Azərbaycanın işğal edilmiş əraziərində olub. İnternetdə axtarış zamanı jurnalistin hətta Ağdam məscidinin minbərindəki şəkillərinə də rast gəlmək olar. İşğal dövründə bunu separatçı xuntanın razılığı olmadan etmək mümkünsüz idi. Akopyanın işlədiyi media orqanlarından biri – “Azq” qəzetinin daşnak təfəkkürlü “Rankavar azatakan” partiyasına məxsusluğunu nəzərə alsaq, jurnalistin sülh mələyi olmadığı qənaətinə də gələ bilərik.

Paylaşımın hədəfi

Siyasi maraqların və təəssübkeşliyin xüsusilə Ermənistan kimi ölkələrdə sabit anlayış olmadığını nəzərə alsaq, Akopyanın paylaşımı Paşinyanın istəyi ilə etdiyi istisna deyil. Hədəfin “siyasi meyit” - yaşlı Ter-Petrosyanın olduğu ikinci dərəcəli məsələdir. Paylaşım hansısa şəxsə, konkret olaraq Ter-Petrosyana qarşı yönəlməyib. Məqsəd L.Ter-Petrosyanın ekstremist və şovinist çıxışı fonunda “miatsum” ideologiyasının Ermənistan cəmiyyətinin yaşadığı acıların və hazırda düşdüyü mürəkkəb vəziyyətin başlıca səbəbi olduğunu göstərməkdir.

Sabiq erməni prezident açıq şəkildə etiraf edir ki, Azərbaycan torpaqlarının ilhaqına 1988-ci ildən start veriblər, bundan əvvəl isə prosesin ideoloji əsaslarını hazırlayıblar. Müharibələrin ağrılı nəticəsi olan insan köçünə məhz Ermənistanda başlanılıb və 200 minlik azərbaycanlı əhali zorla o vaxtkı sovet respublikasından deportasiya edilib. Üstəlik, İrəvandakılar məqsədlərinə çatmaq yolunda keçmiş Azərbaycan SSR-də yaşayan etnik ermənilərin həyatlarını qurban verməkdən çəkinməyiblər. Ter-Petrosyanın üzə çıxan açıqlamaları Azərbaycanın ərazi bütövlüyünü tanıdığına görə tənqid edilən, “türk” adlandırılan Paşinyandan çox kimə sərf edə bilər? Zəngəzur dəhlizinin açılışını əsaslandırmaq üçün bundan yaxşı arqument?

Paşinyanın əks-həmləsi

Təqribən bir ay öncə Paşinyan öncəki Ermənistan liderlərini televiziyada canlı yayımda Qarabağ mövzusunda siyasi polemikaya dəvət etdi. Təşəbbüsün səbəbi aydın idi: baş nazir göstərmək istəyirdi ki, İrəvan öndan öncəki rəhbərlərinin heç birinin dövründə Azərbaycanla qarşıdurmada hüquqi üstünlüyə malik olmayıb. N.Paşinyanın fikrincə, Robert Köçəryan Dağlıq Qarabağın müstəqil tərəf kimi danışıqlardan çıxarılmasında, Serj Sərkisyan isə “Madrid prinsipləri”ni qəbul etməkdə günahkardır. Ter-Petrosyan da məlum olduğu kimi, problemin mərhələli həll variantına razılıq verdiyinə görə devrilib.

Paşinyanın bu təklifinə hər üç eks-prezident cəbhəsindən rədd cavabı gəldi. Köçəryanla Sərkisyanın reaksiyası gözlənilən idi, ancaq Ter-Petrosyanın “Paşinyan əvvəl özü özü ilə danışsın” məzmunlu cavabı xüsusi maraq doğururdu. Birincisi ona görə ki, Levon Qarabağ problemi müstəvisində Köçəryan və Sərkisyandan fərqli olaraq maksimalist mövqedən çıxış etməməklə tanınıb. İkincisi isə Paşinyan vaxtilə onun ən yaxın silahdaşlarından biri olub, faktiki olaraq Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Ümummilli Hərəkatının şinelindən çıxıb. Bu baxımdan, çox böyük ehtimalla, yayılmlş video “Paşinyan erməni dövlətçiliyini məhv edib” deyən Levona Nikolun cavabı ola bilər.

Ter-Petrosyanın uzaq 1993-cü ilə aid çıxışının üzə çıxması dövlətlərarası münasibətlərin qurulması, yekun sülh müqaviləsi və Zəngəzur dəhlizinin açılması kontekstində olduqca maraqlıdır. 30 illik tarixi olan paylaşım hansı hadisələrin müjdəçisidir?

Bölmənin digər xəbərləri

20 Aprel 2025 İtaliya baş nazirinin müavini ABŞ-İran danışıqlarının keçirildiyi məkana şortla gəlib
20 Aprel 2025 2040-cı ilə qədər dünyanın bu hissələri su altında qalacaq – Alimlərdən xəbərdarlıq /XƏRİTƏ
20 Aprel 2025 Dağıstanda fövqəladə vəziyyət elan olundu
20 Aprel 2025 ABŞ-la danışıqlar alınmasa, müharibəyə hazırıq - Arakçı
20 Aprel 2025 Paşinyan artıq yeni müharibə təhlükəsindən qorxmur – Səbəb nədir?
20 Aprel 2025 Türkiyəli nazir: “Orduya göndərməyə gənclər tapmaya bilərik
19 Aprel 2025 Trampın yüksək vəzifə verdiyi Mehmet Öz kimdir?- DOSYE
19 Aprel 2025 Dmitri Qordon: "İlham Əliyev dəqiq dedi, təşəkkür edirəm" - Video
19 Aprel 2025 Bunu etmək üçün insan gərək vicdansız olsun
19 Aprel 2025 23 milyon insan təhlükədə – 8 bal gücündə zəlzələ gözlənilir
19 Aprel 2025 Bu məktəbdə təhsil haqqı 289 min manatdır
19 Aprel 2025 İmamoğlu anketinden iktidara kötü haber geldi: Halk ikna olmadı
19 Aprel 2025 Simonyana orden, sizə həbsxana: paradoks və absurd - Sibirlilərə yazığımız gəlmir, amma Moskvaya toxunmayın…
18 Aprel 2025 Yunanıstandan təxribat xarakterli xəritə: “Türkiyə üçün müharibə səbəbi!” - VİDEO
18 Aprel 2025 Ukrayna və ABŞ faydalı qazıntılarla bağlı memorandum imzalayıb
18 Aprel 2025 CHP ilə bağlı açıqlama verən jurnalist tutulub
18 Aprel 2025 Dünya "Təbii fəlakət" deyib qıraqdan baxır? - Onlar belə önləyici tədbirlər alırlar...
17 Aprel 2025 Tramp və Ərdoğan arasında strateji anlaşma: ABŞ və Türkiyə yeni qlobal güc mərkəzi qurur
17 Aprel 2025 Mirzoyandan sensasion açıqlama: Sülh müqaviləsi Azərbaycan-Ermənistan sərhədində imzalana bilər
17 Aprel 2025 Fransadan Azərbaycana böyük pislik - Bakı bağışlamayacaq!

Dünyapress TV

Xəbər lenti