b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_61f1d44fc3cf10f745a19ddf2df8a891.jpeg

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də BMT Baş Assambleyasının 79-cu sessiyasının Prezidenti Filemon Yanq ilə görüşüb. Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yüksək səviyyədə keçirilməsi müxtəlif ölkələri təmsil edən qonaqlar, rəsmi şəxslər, media nümayəndələri və ekspertlərlə yanaşı, dünya liderləri tərəfindən də qiymətləndirilir, tədbirlərin səviyyəsindən məmnunluq ifadə olunur. Yüksəksəviyyəli rəsmi nümayəndələr COP29 çərçivəsində keçirilən plenar iclaslarda, eləcə də digər tədbir və görüşlərdə, müsahibələrdə Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyətini, qonaqpərvərliyini və peşəkarlığını təqdir edir, COP29 danışıqlarının uğurla nəticələnəcəyinə ümidvarlıqlarını bildirirlər.

COP29-un plenar iclasında çıxış edən Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Bakıda iqlim sammitinin uğurla keçirilməsi münasibətilə Əziz Qardaşım adlandırdığı Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib. Pakistan hökumətinin başçısı əminliklə bildirib ki, COP29 mütləq tarixə düşəcək. Misir Ərəb Respublikasının Baş naziri Mustafa Mədbuli yüksək təşkilatçılığa görə Azərbaycana təşəkkür edib və uğurlar arzulayıb. Hökumət başçısı iqlim maliyyələşməsinin vacibliyini vurğulayaraq ölkəsinin bu istiqamətdə gördüyü işlərdən danışıb.

İtaliyanın Baş naziri xanım Ciorcia Meloni Azərbaycanı sülh naminə iqlim təşəbbüsünün bir hissəsi kimi qiymətləndirilən COP29-un Prezidenti kimi görməkdən çox məmnun olduğunu bildirib və COP29-un təşkilinə görə ölkəmizə təşəkkürünü ifadə edib. Gürcüstanın Baş naziri İrakli Kobaxidze də yüksək təşkilatçılıq səviyyəsinə görə Azərbaycan Prezidentinə dərin minnətdarlığını bildirib. COP-un Qafqazda ilk dəfə ölkəmizdə keçirildiyini xüsusi vurğulayan Baş nazir bu mötəbər beynəlxalq tədbirə peşəkarlıqla ev sahibliyi edən Azərbaycana uğurlar arzulayıb.

Konqo Demokratik Respublikasının Baş naziri Cudit Suminva Tuluka Bakının bütün bəşəriyyət üçün belə mühüm tədbirə ev sahibliyi etdiyinə görə Azərbaycana və şəxsən dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığını bildirib. "Ola bilsin ki, yalnız gələcək nəsillər bu gün burada etdiklərimizin və müzakirə etdiyimiz məsələlərin tam mənasını anlayacaqlar. Amma, ilk növbədə, biz nəticələr əldə etməliyik", - deyə Baş nazir COP29-un mühüm əhəmiyyətini bir daha vurğulayıb. Moldovanın Prezidenti Maya Sandu da çıxışında COP29-un Bakıda keçirilməsinə görə Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə dərin minnətdarlığını bildirib.

Dünya liderlərinin inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində çıxış edən rəhbər şəxslər də COP29-un təşkilinə görə Azərbaycana minnətdarlıq ifadə edib, iqlim dəyişmələrinin böyük fəlakətlərə səbəb olduğu bu ölkələr üçün iqlim maliyyələşməsinin və uğurlu danışıqların əhəmiyyətini vurğulayıblar. Onlar COP29 çərçivəsində kiçik ada dövlətlərinin problemlərinin müzakirə olunduğu yüksəksəviyyəli tədbirin təşkilinin önəmini xüsusilə qeyd ediblər.

Sakit Okean Adaları Forumunun sədri, Tonqa Krallığının Baş naziri Siaosi Sovaleni sammitdəki çıxışında səmimi qonaqpərvərliyə və kiçik Okeaniya ölkələrinin problemlərini və mövqeyini dünya ictimaiyyətinə çatdırmaq imkanına görə Azərbaycan Prezidentinə və xalqına minnətdarlıq edib.

Millətlər Birliyi təşkilatının (Commonwealth) Baş katibi Patrisia Skotlend Azərbaycan hökumətinin və "Azərkosmos"un təmsil etdiyi təşkilatla imzaladığı iki memoranduma görə təşəkkürünü bildirib. Qrenadanın Baş naziri, Karib Ölkələri Birliyinin (CARICOM) sədri Dikon Mitçell COP29-un "Yaxşı COP" kimi yadda qalacağına əminliyini ifadə edib.

Yaşıl İqlim Fondunun (Green Climate Fund) icraçı direktoru Mafalda Duarte rəhbərlik etdiyi fonda əlçatanlığın təmin olunması istiqamətində ciddi tədbirlər gördüklərini diqqətə çatdırıb. İtki və Zərərlərə Cavab Fondunun icraçı direktoru İbrahima Şeyx Dionq Fondun fəaliyyətə başlamasında Azərbaycanın liderliyini vurğulayıb və ölkələr tərəfindən yeni maliyyə öhdəliklərinin götürüldüyünü diqqətə çatdırıb.

TVMusavat-ın bu gün saat 11:30-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi ekspert Elşad Paşasoyla COP29 gündəmini dəyərləndirir.

https://www.youtube.com/@musavattv

https://www.facebook.com/tvmusavat

 
 
 

Bölmənin digər xəbərləri

14 Noyabr 2024 Şahzadə Harri Trampdan qaçmaq üçün Portuqaliyada ev aldı
14 Noyabr 2024 Beqlaryanın ortaqları kimlər olublar? - Dəhşətli faktlar ortaya çıxdı
14 Noyabr 2024 Fransa və Aİ-nin COP29 uğursuzluğu
14 Noyabr 2024 İmamoğludan Bakıdan yeni PAYLAŞIM
14 Noyabr 2024 Bakıdan qayıdan Ərdoğan təyyarədə bunları açıqladı
14 Noyabr 2024 Mariya Zaxarova: “ABŞ və Aİ daha bir gərginlik mənbəyi yaratmaq istəyir
14 Noyabr 2024 Ermənistandan COP29 üçün kim müraciət edib? - Mirzoyan
14 Noyabr 2024 Qreta Tunberq iqlim məsələlərinin müzakirəsi üçün yer seçimindən heç nə anlamır - Boris Titov
13 Noyabr 2024 Fransızlara "dağ çəkən" məşhur fırıldaqçı: Eyfel qülləsini "metallom" kimi satdı
13 Noyabr 2024 Braziliyanın vitse-prezidenti: COP29 sammiti yüksək səviyyədə təşkil olunub
13 Noyabr 2024 Şavkat Mirziyoyev: İqlim dəyişikliyi geosiyasi gərginliyi artıran əsas qlobal çağırışdır
13 Noyabr 2024 Türkiyə Türkmənistan qazının Azərbaycan ərazisindən tranzitini mümkün hesab edir
13 Noyabr 2024 Qırğızıstanda dövlət çevrilişinin qarşısı alınıb
13 Noyabr 2024 Maya Sandu: Moldova üçün iqlim dəyişikliyi xəyali təhlükə deyil
13 Noyabr 2024 Beynəlxalq Ədalət Məhkəməsindən Azərbaycanla bağlı ƏDALƏTSİZ QƏRAR
12 Noyabr 2024 Çində TERROR AKTI: Ölən və yaralananlar var – VİDEO
12 Noyabr 2024 Sudja sakinləri aksiya keçiriblər: “Donduğumuza əhəmiyyət vermirik”
12 Noyabr 2024 Şolz onu axmaq adlandıran Maska cavab verdi
12 Noyabr 2024 Kolumbiyada daşqınlar səbəbindən fövqəladə vəziyyət elan edilib
12 Noyabr 2024 Firma üzr istədi, oyuncaq qutularda uşaqları pozan…

Dünyapress TV

Xəbər lenti