Tramp Zükerberqi ömürlük həbslə hədələdi
ABŞ-ın keçmiş prezidenti Donald Tramp “Amerikanı xilas etmək” adlı yeni kitab yazıb. Orada o, Meta şirkətinin rəhbəri Mark Zükerberq haqqında da yazıb. Tramp onu 2020-ci il seçkilərində saxtakarlığa cəhddə günahlandırır. Prezidentliyə namizəd biznesmeni həbslə hədələyir.
“Politico” xəbər verir ki, kitab sentyabrın 3-də çıxacaq.
Nəşr kitabın bəzi hissələini dərc edib. Orada Donald Tramp yazır ki, prezidentlik müddətinin sonunda Mark Zükerberq həyat yoldaşı Prissilla Çanla birlikdə Ağ Evə gəlib. Eks-prezidentin sözlərinə görə, sahibkar “bacardığı qədər özünü yaxşı” göstərməyə çalışıb. Siyasətçinin sözlərinə görə, Zükerberq artıq o zaman “prezidentə qarşı sui-qəsd” hazırlayırdı.
Sui-qəsd dedikdə, o, iş adamı və həyat yoldaşının 2020-ci ildə federal və yerli hökumətlərə seçkilərin keçirilməsi üçün 420 milyon dollar ianəni nəzərdə tutur. Həmin pullar səslərin hesablanması və poçtla səsvermənin təşkili üçün yeni avadanlıqların alınmasına xərclənib. Respublikaçılar ianəyə qarşı çıxıblar. Onlar hesab edirdilər ki, sahibkar bununla seçkilərin gedişinə təsir etmək və Co Baydenin qələbəsini təmin etmək istəyib. Onlar bu pulu “Zükerbaks” adlandırıblar.
“Biz onu (Mark Zükerberq – red.) yaxından izləyirik və əgər o, bu dəfə qeyri-qanuni bir iş görsə, 2024-cü il prezident seçkilərində saxtakarlıq edənlər kimi ömrünün qalan hissəsini həbsxanada keçirəcək”, – Donald Tramp yeni kitabında yazır. O, 2020-ci il seçkilərindəki məğlubiyyətini heç vaxt açıq şəkildə etiraf etməyib.
Xatırladaq ki, Donald Tramp respublikaçıların prezidentliyə namizəd kimi qeydiyyata alınıb. Hazırkı vitse-prezident Kamala Harris Demokratlar Partiyasından namizədliyini irəli sürüb. ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.
 

Bölmənin digər xəbərləri

21 Aprel 2025 İtaliyada mafiyanın sonunu gətirən HADİSƏ - FOTO
21 Aprel 2025 Səmada uçan naməlum obyekt göründü - VİDEO
21 Aprel 2025 Tramp düşünür ki, Ukrayna və Rusiya bu həftə sülhə razılaşacaq
21 Aprel 2025 Kremldən türk liderə xəbərdarlıq — Putini qəzəbləndirən qərar verildi
21 Aprel 2025 ABŞ Zaporojye “AES”in ətrafındakı ərazilərə nəzarət etmək istəyir - KİV
21 Aprel 2025 Obamalar 70 milyonluq sərvəti bölə bilmirlər
20 Aprel 2025 İtaliya baş nazirinin müavini ABŞ-İran danışıqlarının keçirildiyi məkana şortla gəlib
20 Aprel 2025 2040-cı ilə qədər dünyanın bu hissələri su altında qalacaq – Alimlərdən xəbərdarlıq /XƏRİTƏ
20 Aprel 2025 Dağıstanda fövqəladə vəziyyət elan olundu
20 Aprel 2025 ABŞ-la danışıqlar alınmasa, müharibəyə hazırıq - Arakçı
20 Aprel 2025 Paşinyan artıq yeni müharibə təhlükəsindən qorxmur – Səbəb nədir?
20 Aprel 2025 Türkiyəli nazir: “Orduya göndərməyə gənclər tapmaya bilərik
19 Aprel 2025 Trampın yüksək vəzifə verdiyi Mehmet Öz kimdir?- DOSYE
19 Aprel 2025 Dmitri Qordon: "İlham Əliyev dəqiq dedi, təşəkkür edirəm" - Video
19 Aprel 2025 Bunu etmək üçün insan gərək vicdansız olsun
19 Aprel 2025 23 milyon insan təhlükədə – 8 bal gücündə zəlzələ gözlənilir
19 Aprel 2025 Bu məktəbdə təhsil haqqı 289 min manatdır
19 Aprel 2025 İmamoğlu anketinden iktidara kötü haber geldi: Halk ikna olmadı
19 Aprel 2025 Simonyana orden, sizə həbsxana: paradoks və absurd - Sibirlilərə yazığımız gəlmir, amma Moskvaya toxunmayın…
18 Aprel 2025 Yunanıstandan təxribat xarakterli xəritə: “Türkiyə üçün müharibə səbəbi!” - VİDEO

Dünyapress TV

Xəbər lenti