“Ermənistanda hər kəs gözləyir ki, nə vaxt Paşinyanın tətili bitib ölkəyə qayıdacaq“ - Politoloqdan şərh
"Ermənistanda hər kəs gözləyir ki, nə vaxt Paşinyanın tətili bitib ölkəyə qayıdacaq"

Politoloq Zeynal Əmrəliyev bunu News365.az-a açıqlamasında deyib.

"Belarusun Ermənistandakı səfirliyi yumurta atəşinə tutulub. Buna səbəb isə bu ölkənin prezidenti Aleksandr Lukaşenkonun Ermənistan barədə dediyi sözlərdir. Belarus lideri " Ermənilər bizdən başqa kimə lazımdır ki? Heç kimə... İqtisadiyyatlarını inkişaf etdirsinlər, öz resursları ilə yaşasınlar. Fransa, yaxud da Makron? Sabah o, orada olmayacaq və hamı Ermənistanı unudacaq ” deyə bildirib. Ermənistan hökumətindən hadisə ilə bağlı hələ ki, geniş açıqlama gəlməyib. Gələ də bilməz. Çünki Ermənistan hökuməti Baş nazir Nikol Paşinyan başda olmaqla fəxri istirahətə çəkilib. Hökumətin az qala bütün üzvləri məzuniyyət hüququndan istifadə edərək vəzifələrini qoyub dincəlməyə yollanıblar və bur cür ekstimal vaxtlarda, necə deyərlər dəmiri isti - isti döyməyin lazım olduğu vaxtlarda lazımi açıqlama verilməyib. İndi Ermənistanda hər kəs gözləyir ki, nə vaxt Paşinyanın tətili bitib ölkəyə qayıdacaq, onda Lukaşenkoya cavab verəcək. Hələ ki, ermənilər öz cavablarını pomidor - yumurta ilə ifadə edirlər. Bu yaxınlarda Ermənistan və Belarus öz səfirlərini qarşılıqlı şəkildə geri çəkib və erməni tərəfi bildirmişdi ki, nə qədər ki, Lukaşenko Belarusa rəhbərlik edir, Ermənistandan heç bir vəzifəli şəxs bu ölkəni ziyafət etməyəcək. Hadisələrin kökündə dayanan səbəb isə 44 günlük müharibədən 4 il keçəndən sonra Ermənistanın Belarusu Azərbaycana yardımda ittiham etməsidir. Təbii ki, İrəvanın dərdi Minsklə deyil. Paşinyan hökumətini hələ də Rusiyadan yanıqlıdır və öz acısını Moskvadan çıxa bilmədiyi üçün Belarusdan çıxmağa çalışır. Paşinyan hakimiyyətə gələndə kimsə və onu komandasını inandırmışdı ki, Rusiya nə olur - olsun Ermənistana kömək edəcək. Buna görə də Ermənistan iqtidarı müharibədəki məğlubiyyətin əsas səbəbini məhz Rusiyanın onlara yardım etməməsində görür. Müharibədən əvvəl Ermənistan və Belarusun münasibəti olduqca yaxşı idi. Bu əlaqələr xüsusilə 2008 - 2018 - ci illərdə, Serj Sarkisyanın hakimiyyəti dövründə daha da inkişaf etmişdi. İki ölkənin irələləyən münasibətləri zamanı Belarus Ermənistanda kənd təsərrüfatının inkişafına xeyli sayda yardım göstərmişdir. Həmçinin Belarus və Ermənistan arasında turizm dövriyyəsi də sürətli şəkildə artırdı. Tarixin ironiyası ondadır ki, indi Belarusun səfirliyinə yumurta atan şəxslər məhz Sarkisyanın faktiki rəhbərlik etdiyi Respublikaçılar Partiyasının üzvləridir. Görünür ki, Lukaşenkonun dedikləri keçmiş dostunu olduqca qəzəbləndirib. Belarus prezidentinin sözlərini həmdə rəsmi Moskvanın iradı kimi də anlamaq olar. Rusiya münasibəti hər nə qədər soyuq olsa da Ermənistandan həkə ki, tam qopmağa tələsmir. Moskva inanır ki, əlaqələrin pozulmasında əsas günah məhz indiki erməni iqdidarındadır. Buna görə də müxtəlif siyasi qüvvələrlə əməkdaşlığı davam etdirir."- deyə bildirib.
 

Bölmənin digər xəbərləri

21 Aprel 2025 İtaliyada mafiyanın sonunu gətirən HADİSƏ - FOTO
21 Aprel 2025 Səmada uçan naməlum obyekt göründü - VİDEO
21 Aprel 2025 Tramp düşünür ki, Ukrayna və Rusiya bu həftə sülhə razılaşacaq
21 Aprel 2025 Kremldən türk liderə xəbərdarlıq — Putini qəzəbləndirən qərar verildi
21 Aprel 2025 ABŞ Zaporojye “AES”in ətrafındakı ərazilərə nəzarət etmək istəyir - KİV
21 Aprel 2025 Obamalar 70 milyonluq sərvəti bölə bilmirlər
20 Aprel 2025 İtaliya baş nazirinin müavini ABŞ-İran danışıqlarının keçirildiyi məkana şortla gəlib
20 Aprel 2025 2040-cı ilə qədər dünyanın bu hissələri su altında qalacaq – Alimlərdən xəbərdarlıq /XƏRİTƏ
20 Aprel 2025 Dağıstanda fövqəladə vəziyyət elan olundu
20 Aprel 2025 ABŞ-la danışıqlar alınmasa, müharibəyə hazırıq - Arakçı
20 Aprel 2025 Paşinyan artıq yeni müharibə təhlükəsindən qorxmur – Səbəb nədir?
20 Aprel 2025 Türkiyəli nazir: “Orduya göndərməyə gənclər tapmaya bilərik
19 Aprel 2025 Trampın yüksək vəzifə verdiyi Mehmet Öz kimdir?- DOSYE
19 Aprel 2025 Dmitri Qordon: "İlham Əliyev dəqiq dedi, təşəkkür edirəm" - Video
19 Aprel 2025 Bunu etmək üçün insan gərək vicdansız olsun
19 Aprel 2025 23 milyon insan təhlükədə – 8 bal gücündə zəlzələ gözlənilir
19 Aprel 2025 Bu məktəbdə təhsil haqqı 289 min manatdır
19 Aprel 2025 İmamoğlu anketinden iktidara kötü haber geldi: Halk ikna olmadı
19 Aprel 2025 Simonyana orden, sizə həbsxana: paradoks və absurd - Sibirlilərə yazığımız gəlmir, amma Moskvaya toxunmayın…
18 Aprel 2025 Yunanıstandan təxribat xarakterli xəritə: “Türkiyə üçün müharibə səbəbi!” - VİDEO

Dünyapress TV

Xəbər lenti