Ermənistan-ABŞ münasibətlərinin istiləşməsi Ağ Evin Bakı ilə əlaqələrinə necə təsir göstərəcək?
Son günlər Ermənistan baş naziri Nikol Paşinyanın Rusiya əleyhinə bəyanatlar verməsi və ABŞ-la birgə təşkil etdiyi təlimlər İrəvanın Moskvadan tamamilə üz döndərdiyini deməyə əsas verirr. İki ölkə arasındakı gərgin vəziyyət getdikcə daha da ağır xarakter alır. Paşinyanın bir neçə gün bundan öncə səsləndirdiyi “daha Moskvaya öz təhlükəsizliyimizin qarantı kimi arxalana bilmərik” bəyanat isə bardağı daşıran son damla oldu. O da diqqətçəkən məqamdır ki, ABŞ rəsmiləri Ermənistanın Moskvaya qarşı bəyanatlarınl açıq çəkildə dəatəkləyir və Ermənistanı sona qədər müdafiə edəcəklərini bildirirlər. Maraqlıdır, Rusiyadan imtina edən Nikol Paşinyana ABŞ-ın sahiblənməsiAzərbaycana nə vəd edir? Ümumiyyətlə Ermənistan-ABŞ münasibətlərinin istiləşməsi Ağ Evin Qarabağla bağlı mövqeyinə və Bakı ilə münasibətlərinə nə kimi təsirlər göstərə bilər?
Mövzu ilə bağlı Missiya.Az-ın sualını cavablandıran siyasi ekspert Asif Nərimanlı bildirib ki, ABŞ Senatında keçirilən müzakirələrə və dövlət katibinin köməkçisi Yuri Kimin açqlamalarına nəzər yetirdikdə Vaşinqtonun hansı addım atacağı fikri yaranır:
“ABŞ açıq şəkildə elan etdi ki, Laçın yolu indi açılmalıdır və Qarabağda erməni əhalisinə qarşı hücuma dözməyəcəklər. Müzakirələrin detallarında da Vaşinqtonun mövqeyinin səbəbi ortaya çıxır, çünki Yuri Kim bildirir ki, Ermənistan hakimiyyəti Rusiyaya qarşı mövqe sərgilədiyi üçün onu dəstəkləmək niyyətindədirlər. Belə görünür ki, ABŞ Ermənistanı qazanmaq üçün Qarabağ məsələsində ermənilərin mövqeyinə üstünlük verəcək”.
Ekspert qeyd edib ki, bu mövqeyin praktikada nə qədər nəticəyə təsir edəcəyi isə sual altındadır:
“Çünki Qarabağın Azərbaycan ərazisi olduğunu hər kəs qəbul edir, orada separatçıların keçirdiyi sonuncu qondarma “seçki” də beynəlxalq müstəvidə inkar edildi. Azərbaycan əməliyyat keçirərsə, separatçılara qarşı olacaq və bunun üçün yetərli qədər səbəb var. Laçın yolu məsələsi də Bakının istəyinin əksinə olacağını düşünümrəm, çünki Azərbayca alternativ yol təklif edir, bu alternativ olmasaydı, o zaman, təzyiq üçün əsasları olardı. ABŞ-ın mövqeyinin daha çox bəyanatlardan ibarət olacağını düşünürəm, bunun praktiki müstəvidə nəticəyə təsir edə biləcəyi ehtimalı azdır”.
Asif Nərimanlı hesab edir ki, Vaşinqtonun məqsədi Ermənistanda Rusiyaya qarşı güclənməkdir və bu məqsədlə müəyyən fikirlər irəli sürə bilərlər.
Daşqın Həsənov
Missiya.Az

Bölmənin digər xəbərləri

21 Aprel 2025 İtaliyada mafiyanın sonunu gətirən HADİSƏ - FOTO
21 Aprel 2025 Səmada uçan naməlum obyekt göründü - VİDEO
21 Aprel 2025 Tramp düşünür ki, Ukrayna və Rusiya bu həftə sülhə razılaşacaq
21 Aprel 2025 Kremldən türk liderə xəbərdarlıq — Putini qəzəbləndirən qərar verildi
21 Aprel 2025 ABŞ Zaporojye “AES”in ətrafındakı ərazilərə nəzarət etmək istəyir - KİV
21 Aprel 2025 Obamalar 70 milyonluq sərvəti bölə bilmirlər
20 Aprel 2025 İtaliya baş nazirinin müavini ABŞ-İran danışıqlarının keçirildiyi məkana şortla gəlib
20 Aprel 2025 2040-cı ilə qədər dünyanın bu hissələri su altında qalacaq – Alimlərdən xəbərdarlıq /XƏRİTƏ
20 Aprel 2025 Dağıstanda fövqəladə vəziyyət elan olundu
20 Aprel 2025 ABŞ-la danışıqlar alınmasa, müharibəyə hazırıq - Arakçı
20 Aprel 2025 Paşinyan artıq yeni müharibə təhlükəsindən qorxmur – Səbəb nədir?
20 Aprel 2025 Türkiyəli nazir: “Orduya göndərməyə gənclər tapmaya bilərik
19 Aprel 2025 Trampın yüksək vəzifə verdiyi Mehmet Öz kimdir?- DOSYE
19 Aprel 2025 Dmitri Qordon: "İlham Əliyev dəqiq dedi, təşəkkür edirəm" - Video
19 Aprel 2025 Bunu etmək üçün insan gərək vicdansız olsun
19 Aprel 2025 23 milyon insan təhlükədə – 8 bal gücündə zəlzələ gözlənilir
19 Aprel 2025 Bu məktəbdə təhsil haqqı 289 min manatdır
19 Aprel 2025 İmamoğlu anketinden iktidara kötü haber geldi: Halk ikna olmadı
19 Aprel 2025 Simonyana orden, sizə həbsxana: paradoks və absurd - Sibirlilərə yazığımız gəlmir, amma Moskvaya toxunmayın…
18 Aprel 2025 Yunanıstandan təxribat xarakterli xəritə: “Türkiyə üçün müharibə səbəbi!” - VİDEO

Dünyapress TV

Xəbər lenti