Ermənistanın müxalifəti Nikol Paşinyanı sərt şəkildə tənqid edərkən, irəli sürdükləri arqumentlərlə özlərini dolaşdırırlar.
Ermənistanın müxalifət təmsilçiləri baş nazir Nikol Paşinyanı sərt şəkildə tənqid edərkən, irəli sürdükləri arqumentlərlə özlərini dolaşdırırlar. Misal üçün Ermənistanın ilk prezidenti Levon Ter Petrosyanın lideri olduğu Erməni Milli Konqres Partiyasının sədr müavini Levon Zurabyan Paşinyanı 1991-ci il Alma-Ata bəyannaməsini tez-tez hallandırmaqla sənədlə manipulyasiyada ittiham edib: “Paşinyan iddia edir ki, Levon Ter-Petrosyan 1991-ci ildə Alma-Ata bəyannaməsinə imza atmaqla Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb. Paşinyan Levon Ter-Petrosyanın həmin illərdə verdiyi müsahibəsinə istinad edərək birinci prezidentin Dağlıq Qarabağa Azərbaycan tərkibində geniş muxtariyyətə razılaşdığını bildirib. Bunlar yalandır. Levon Ter-Petrosyan ərazi bütövlüklərinin keçmiş muxtariyyətlərə dəxli olmadan bəyanatı imzalayıb”.
Zurabyan yalan danışdığını sonrakı cümləsində etiraf edib: “Levon Ter-Petrosyan 1992-ci ildə Rusiyanın “Komsomolskaya qazeta” nəşrinə verdiyi müsahibədə yüksək muxtariyyətin Dağlıq Qarabağa və Azərbaycana faydalı olduğunu bildirmişdi. Ancaq bu müsahibədən 2 ay sonra “erməni ordusu” Şuşanı “azad” etdi. Bu əməliyyat Ermənistan hakimiyyəti ilə razılaşdırılmışdı. Levon Ter-Petrosyan müsahibəsiylə əməliyyatın informasiya dəstəyini gücləndirmişdi”.
Zurabyan bu açqılaması ilə baş nazir Nikol Paşinyanı deyil, öz lideri Levon Ter-Petrosyanı zərbə altına qoyur. Çünki Levon Ter-Petrosyan Şuşanın işğalından iki ay əvvəl hansı məntiqlə Azərbaycanın ərazi bütövlüyünü tanımaqla separatçılara informasiya dəstəyi verib? İkincisi Şuşanın işğalından bir gün əvvəl Levon Ter-Petrosyan hanı məntiqlə Qarabağ münaqişəsinin nizamlanmasıyla bağlı Tehranda Azərbaycanla sazişə imza atıb? Zurabyanın məntiqi ilə çıxış etsək, Levon Ter-Petrosyan Tehrandakı sazişi də Şuşanın işğalından “diqqəti yayındırmaq” üçün imzalamışdı. Əslində separatçılar Levon Ter-Petrosyanla deyil, Rusiyadakı mərkəzlərin təlimatıyla hərəkət edirdilər. Əks halda həmin separatçılar Levon Ter-Petrosyanı devirib Ermənistana da nəzarəti ələ keçirməzdilər.
Elxan Şahinoğlu
Teref.az
 

Bölmənin digər xəbərləri

21 Aprel 2025 İtaliyada mafiyanın sonunu gətirən HADİSƏ - FOTO
21 Aprel 2025 Səmada uçan naməlum obyekt göründü - VİDEO
21 Aprel 2025 Tramp düşünür ki, Ukrayna və Rusiya bu həftə sülhə razılaşacaq
21 Aprel 2025 Kremldən türk liderə xəbərdarlıq — Putini qəzəbləndirən qərar verildi
21 Aprel 2025 ABŞ Zaporojye “AES”in ətrafındakı ərazilərə nəzarət etmək istəyir - KİV
21 Aprel 2025 Obamalar 70 milyonluq sərvəti bölə bilmirlər
20 Aprel 2025 İtaliya baş nazirinin müavini ABŞ-İran danışıqlarının keçirildiyi məkana şortla gəlib
20 Aprel 2025 2040-cı ilə qədər dünyanın bu hissələri su altında qalacaq – Alimlərdən xəbərdarlıq /XƏRİTƏ
20 Aprel 2025 Dağıstanda fövqəladə vəziyyət elan olundu
20 Aprel 2025 ABŞ-la danışıqlar alınmasa, müharibəyə hazırıq - Arakçı
20 Aprel 2025 Paşinyan artıq yeni müharibə təhlükəsindən qorxmur – Səbəb nədir?
20 Aprel 2025 Türkiyəli nazir: “Orduya göndərməyə gənclər tapmaya bilərik
19 Aprel 2025 Trampın yüksək vəzifə verdiyi Mehmet Öz kimdir?- DOSYE
19 Aprel 2025 Dmitri Qordon: "İlham Əliyev dəqiq dedi, təşəkkür edirəm" - Video
19 Aprel 2025 Bunu etmək üçün insan gərək vicdansız olsun
19 Aprel 2025 23 milyon insan təhlükədə – 8 bal gücündə zəlzələ gözlənilir
19 Aprel 2025 Bu məktəbdə təhsil haqqı 289 min manatdır
19 Aprel 2025 İmamoğlu anketinden iktidara kötü haber geldi: Halk ikna olmadı
19 Aprel 2025 Simonyana orden, sizə həbsxana: paradoks və absurd - Sibirlilərə yazığımız gəlmir, amma Moskvaya toxunmayın…
18 Aprel 2025 Yunanıstandan təxribat xarakterli xəritə: “Türkiyə üçün müharibə səbəbi!” - VİDEO

Dünyapress TV

Xəbər lenti