Politoloq: “Qafan aeroportu Bakı ilə İrəvan arasında normallaşmanı ləngidən yeni təxribatdır”
“Qafan hava limanının açılması Azərbaycanla sülh danışıqları prosesini çətinləşdirən növbəti erməni təxribatıdır. Sərhəddən belə yaxın məsafədə havaya qalxan Ermənistan təyyarələrinin Azərbaycanın hava məkanını pozması qaçılmazdır”.

Bunu “Report”a açıqlamasında britaniyalı politoloq və jurnalist Nil Vatson deyib.

Politoloqun fikrincə, Ermənistan bu hava limanını işə salmaq imkanını nəzərdən keçirməzdən əvvəl Azərbaycanla məsləhətləşməli idi.

“Eurocontrol” bu məsələdə vasitəçi ola bilər, çünki onlar Azərbaycanın milli aviadaşıyıcısından (AZAL) Ermənistanın hava məkanı üzərindən Naxçıvana uçuşlar üçün ödəniş tələb edirlər. Bundan əlavə, Ermənistan təyyarələrinin hərbi məqsədlər üçün istifadə oluna biləcəyi ilə bağlı ciddi narahatlıqlar var. Bu isə işğaldan azad edilmiş Zəngilan ərazisi üçün birbaşa təhlükədir. Müvafiq tədbirləri görən Azərbaycan qonşu ölkənin hava məkanını pozmamaq üçün Ermənistanla sərhəddən xeyli aralıda Zəngilan aeroportunu tikib”, - N.Vatson bildirib.
Ekspert hesab edir ki, Qafan hava limanının açılması ilə bağlı qərar Ermənistanı dəstəkləyən ölkələrin iştirakı ilə verilib:

“Ermənistan heç vaxt təkbaşına hərəkət etmir. Görünür, Rusiya və İran bu təxribatı bəyəniblər və hava limanının tikintisini yəqin ki, beynəlxalq erməni diasporu maliyyələşdirib. Nikol Paşinyan yaxşı bilir ki, sülh sazişi imzalanmalıdır. Lakin hava limanının tikintisinə icazə öz ölkələrindəki qruplaşmaları və nüfuzlu beynəlxalq erməni diasporunu sakitləşdirmək üçün alınıb. Bu addım Paşinyanın lider kimi səmərəsiz fəaliyyətinin növbəti təsdiqidir”.
 

Bölmənin digər xəbərləri

21 Aprel 2025 İtaliyada mafiyanın sonunu gətirən HADİSƏ - FOTO
21 Aprel 2025 Səmada uçan naməlum obyekt göründü - VİDEO
21 Aprel 2025 Tramp düşünür ki, Ukrayna və Rusiya bu həftə sülhə razılaşacaq
21 Aprel 2025 Kremldən türk liderə xəbərdarlıq — Putini qəzəbləndirən qərar verildi
21 Aprel 2025 ABŞ Zaporojye “AES”in ətrafındakı ərazilərə nəzarət etmək istəyir - KİV
21 Aprel 2025 Obamalar 70 milyonluq sərvəti bölə bilmirlər
20 Aprel 2025 İtaliya baş nazirinin müavini ABŞ-İran danışıqlarının keçirildiyi məkana şortla gəlib
20 Aprel 2025 2040-cı ilə qədər dünyanın bu hissələri su altında qalacaq – Alimlərdən xəbərdarlıq /XƏRİTƏ
20 Aprel 2025 Dağıstanda fövqəladə vəziyyət elan olundu
20 Aprel 2025 ABŞ-la danışıqlar alınmasa, müharibəyə hazırıq - Arakçı
20 Aprel 2025 Paşinyan artıq yeni müharibə təhlükəsindən qorxmur – Səbəb nədir?
20 Aprel 2025 Türkiyəli nazir: “Orduya göndərməyə gənclər tapmaya bilərik
19 Aprel 2025 Trampın yüksək vəzifə verdiyi Mehmet Öz kimdir?- DOSYE
19 Aprel 2025 Dmitri Qordon: "İlham Əliyev dəqiq dedi, təşəkkür edirəm" - Video
19 Aprel 2025 Bunu etmək üçün insan gərək vicdansız olsun
19 Aprel 2025 23 milyon insan təhlükədə – 8 bal gücündə zəlzələ gözlənilir
19 Aprel 2025 Bu məktəbdə təhsil haqqı 289 min manatdır
19 Aprel 2025 İmamoğlu anketinden iktidara kötü haber geldi: Halk ikna olmadı
19 Aprel 2025 Simonyana orden, sizə həbsxana: paradoks və absurd - Sibirlilərə yazığımız gəlmir, amma Moskvaya toxunmayın…
18 Aprel 2025 Yunanıstandan təxribat xarakterli xəritə: “Türkiyə üçün müharibə səbəbi!” - VİDEO

Dünyapress TV

Xəbər lenti