Baku TV-nin Ermənistandan hazırladığı reportaj qalmaqal yaratdı - FOTO/VİDEO
Baku TV-nin Ermənistandan hazırladığı reportaj “daşlar diyarı”nda böyük səs-küyə səbəb olub və qonşu ölkənin dövlət təhlükəsizlik sisteminin zəifliyini göstərib.

Teref.az caliber.az-a istinadən xəbər verir ki, “Hraparak” nəşri “Eko-Media” qeyri-hökumət təşkilatının təsisçisi Narine Kirakosyanın bəyanatını dərc edib.

Kirakosyan Ermənistanda Azərbaycan kanalının çəkilişinə bir neçə yerli ekoloqun kömək etdiyini, onların müsahibə verdiyini və Zəngəzur mis-molibden kombinatı və digər yerli mədən şirkətləri barəsində danışdığını bildirib.

Məqalədə deyilir ki, Baku TV-nin jurnalistləri erməni toponimlərindən istifadə etmədən erməni ekoloqlarını yerli mədən şirkətlərinin Zəngəzurda baş verən ekoloji fəlakətin günahkarları olduğunu deməyə məcbur ediblər.

“Bilmirəm, Ermənistan Milli Təhlükəsizlik Xidməti videoda iştirak edən şəxsləri dindirib, onlardan bu Azərbaycan kanalına necə və niyə müsahibə verib-vermədiklərini soruşubmu?” - deyə Narine Kirakosyan yazıb.

Bundan əlavə Narine Kirakosyan deyir ki, o, artıq üç nəfərdən Baku TV-yə niyə rus dilində müsahibə verdiyini soruşub.

Cavabında “Ecolur” ictimai təşkilatının rəhbəri İnqa Zarafyan bildirib ki, azərbaycanlı jurnalistlər ona özlərini Rusiyanın Bloknot.ru redaksiyasının müxbirləri kimi təqdim edib və ilkin olaraq elektron sorğu ediblər. Bundan sonra onlarla görüşüb və müsahibə verib.

Erməni nəşri xəbər verir ki, yerli sakin Albert Atayan və Qafan rayonunda hamının tanıdığı ekoloji ictimai təşkilatın rəhbəri Vladik Martirosyan da Azərbaycan telekanalına müsahibə verib.

Vladik Martirosyandan Baku TV-yə müsahibə verməyi xahiş edən məhz Albert Atayan olub. Atayanın dediyinə görə, Baku TV-nin müxbirinin yanında erməni oğlan olub, o da özünü “Mir” telekanalının operatoru Tiqran kimi təqdim edib.

Biz də Ermənistana girib, bu ölkənin xüsusi xidmət orqanlarını hərifləyib, yerli ekoloqları həm yerli əhalini, həm də bütün bölgə əhalisini yavaş-yavaş öldürən Qafan və Qacaranın mədən sənayesinin səbəb olduğu ekoloji fəlakətin miqyası barədə bütün həqiqəti söyləməyə məcbur edən Baku TV-dən olan həmkarlarımızın yüksək məharətini qeyd edirik.
“İnformasiya sahəsində Ermənistan milli təhlükəsizlik sisteminin sıradan çıxması, daha doğrusu, bütün mövcud resursların bir şəxsin fiziki təhlükəsizliyinə və onun hakimiyyətinin saxlanmasına yönəldilməsi səbəbindən məğlubiyyətə uğrayır”, - deyə nəşr yekunlaşdırıb.
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2023-08_1692461072_2.jpg
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2023-08_1692461073_3.jpg

 

Bölmənin digər xəbərləri

21 Aprel 2025 İtaliyada mafiyanın sonunu gətirən HADİSƏ - FOTO
21 Aprel 2025 Səmada uçan naməlum obyekt göründü - VİDEO
21 Aprel 2025 Tramp düşünür ki, Ukrayna və Rusiya bu həftə sülhə razılaşacaq
21 Aprel 2025 Kremldən türk liderə xəbərdarlıq — Putini qəzəbləndirən qərar verildi
21 Aprel 2025 ABŞ Zaporojye “AES”in ətrafındakı ərazilərə nəzarət etmək istəyir - KİV
21 Aprel 2025 Obamalar 70 milyonluq sərvəti bölə bilmirlər
20 Aprel 2025 İtaliya baş nazirinin müavini ABŞ-İran danışıqlarının keçirildiyi məkana şortla gəlib
20 Aprel 2025 2040-cı ilə qədər dünyanın bu hissələri su altında qalacaq – Alimlərdən xəbərdarlıq /XƏRİTƏ
20 Aprel 2025 Dağıstanda fövqəladə vəziyyət elan olundu
20 Aprel 2025 ABŞ-la danışıqlar alınmasa, müharibəyə hazırıq - Arakçı
20 Aprel 2025 Paşinyan artıq yeni müharibə təhlükəsindən qorxmur – Səbəb nədir?
20 Aprel 2025 Türkiyəli nazir: “Orduya göndərməyə gənclər tapmaya bilərik
19 Aprel 2025 Trampın yüksək vəzifə verdiyi Mehmet Öz kimdir?- DOSYE
19 Aprel 2025 Dmitri Qordon: "İlham Əliyev dəqiq dedi, təşəkkür edirəm" - Video
19 Aprel 2025 Bunu etmək üçün insan gərək vicdansız olsun
19 Aprel 2025 23 milyon insan təhlükədə – 8 bal gücündə zəlzələ gözlənilir
19 Aprel 2025 Bu məktəbdə təhsil haqqı 289 min manatdır
19 Aprel 2025 İmamoğlu anketinden iktidara kötü haber geldi: Halk ikna olmadı
19 Aprel 2025 Simonyana orden, sizə həbsxana: paradoks və absurd - Sibirlilərə yazığımız gəlmir, amma Moskvaya toxunmayın…
18 Aprel 2025 Yunanıstandan təxribat xarakterli xəritə: “Türkiyə üçün müharibə səbəbi!” - VİDEO

Dünyapress TV

Xəbər lenti