Pekinin Tehranla ikibaşlı oyunu - .
Tehran yaxın və uzaq qonşularla münasibətlərin normallaşmasına çalışır. Tehran Səudiyyə Ərəbistanı ilə münasibətləri normallaşdırdıqdan və iki ölkənin səfirlikləri qarşılıqlı olaraq fəaliyyətə başladıqdan sonra Misirlə də yaxşı münasibətlər qurmağa çalışır. Tehran hətta ən qatı düşməni Vaşinqtonla münasibətlərin normallaşdırılması üçün də imkanlar axtarır.
Qərb mənbələri ABŞ və İran nümayəndələrinin Oman dövlətində qapalı danışıqlar apardıqlarına dair xəbərlər yayıblar. Keçmiş illərdə də belə təmaslar olub, ancaq danışıqlar nəticə verməyib. Vaşinqtonla Tehranın bir-birlərindən tələb və istəklərini bu şəkildə ümumiləşdirmək mümkündür:
Birincisi, ABŞ İranda həbsdə saxlanılan vətəndaşlarının sərbəst buraxılmasını istəyir. İranda polis rejimi xarici vətəndaşları kütləvi surətdə həbs edir. Bunların içərisində ABŞ vətəndaşları da var.
İkincisi, İrandan uranın zənginləşdirlməsinin 60 faiz həndəvərində (nüvə silahı uranın 90 faiz zəginləşdirilməsi zamanı əldə edilir) və beynəlxalq aləmin nəzarəti altında həyata keçirməsi tələb olunur. Tehranın bu məsələdə güzəştə gedəcəyi şübhə doğurur. Çünki Tehran keçmiş illərdə də uranı zənginləşdirməyəcəyini vəd etsə də, Qərb ölkələrinin kəşfiyyat strukturları İranda uranı zənginləşdirməklə məşğul olan gizli mərkəzlər aşkarlamışdılar.
Üçüncüsü, Tehrana bağlı qüvvələr Suriya və İraqda ABŞ-a bağlı qüvvələrə qarşı təxribatlara son qoymalıdırlar. İran İslam Keşikçilər Korpusu qonşu dövlətlərdə ABŞ-a aid mərkəzləri hədəf götürüb və bu siyasətindən imtina etməyib.
Dördüncüsü, İran Rusiyaya ballistik raketlər verməməlidir. İran Rusiyaya pilotsuz uçuş aparatları ilə yanaşı raketlər də verir və hərbi texnika son aylarda Xəzər dənizi üzərindən Rusiyaya çatdırılıb. Tehranın Moskva ilə bu əməkdaşlıqdan imtina edəcəyi problematiktdir.
Beşincisi, İran Amerikanın istəklərinin bir qismini nəzəri olaraq yerinə yetirəcəyi halda Qərb banklarındakı maliyyə vəsaitləri üzərindən sanskiyaların götürülməsini istəyir. Tehran ABŞ-ın ümumilikdə İrana qarşı iqtisadi sanksiyaların yumşalmasını tələb edir.
Vaşinqtonla danışıqlarda daha çox Tehran maraqlıdır. Sanksiyalar İran iqtisadiyyatını zəiflədib. Tehran yenidən Vaşinqtonla nüvə anlaşmasının imzalanmasına çalışır. ABŞ prezidenti Co Bayden də Ağ Evin keçmiş sahibi Barak Obamanın dövründə olduğu kimi Tehranla saziş imzalamağa həvəs göstərir. Ancaq Baydenin qarşısında iki güc var – ABŞ-dakı sağ mühafizəkar dairələr və Vaşinqtonun strateji müttəfiqi olan İsrail İranla istənilən razılaşmanın imzalanmasının əleyhinədirlər. Çünki, Tehran nüvə anlaşması imzaladıqdan sonra uranın zənginləşdirməsindən imtina edə bilər, ancaq bölgədəki terrorçu qrupları maliyələşdirməkdən və silahlandırmaqdan imtina etməyəcək. Bu isə ABŞ-ın bölgədəki müttəfiqlərinə, o cümlədən İsrailə təhdid yaradır.
Bu arada, İranın pilotsuz təyyarələrin tədarükünü sürətləndirmək üçün Çinin köməyindən istifadə etdiyi məlum olub. “The Wall Street Journal” qəzetində yayımlanan məqalədə Çinin İrana üç ay ərzində Rusiyaya pilotsuz uçuş aparatları istehsal etmək üçün kömək etdiyi yazılıb. Ukrayna İrana məxsus pilotsuz uçuş aparatını vurduqdan sonra onda aşkarlanan Çin hissəsinin üç ay ərzində hazırlanaraq Rusiyaya göndərildiyi aşkarlanıb. Bu ilin yazında Ukrayna səmasında vurulan İran pilotsuz uçuş aparatı araşdırılıb. “Conflict Armament Research” bununla bağlı foto dərc edib. Fotoda aprel ayında Ukrayna səmasında vurulan İran pilotsuz təyyarəsində yanvar ayında Çində istehsal edilmiş hissə təqdim olunub. Deməli, Pekin bir tərəfdən Rusiyaya silah və hərbi texnika göndərmədiyini iddia edir, digər tərəfdən İranın Rusiyanı pilotsuz uçuş aparatları ilə təhciz etmək üçün çalışmalar həyata keçirir.
“Atlas” Araşdırmalar Mərkəzi
 

Bölmənin digər xəbərləri

21 Aprel 2025 İtaliyada mafiyanın sonunu gətirən HADİSƏ - FOTO
21 Aprel 2025 Səmada uçan naməlum obyekt göründü - VİDEO
21 Aprel 2025 Tramp düşünür ki, Ukrayna və Rusiya bu həftə sülhə razılaşacaq
21 Aprel 2025 Kremldən türk liderə xəbərdarlıq — Putini qəzəbləndirən qərar verildi
21 Aprel 2025 ABŞ Zaporojye “AES”in ətrafındakı ərazilərə nəzarət etmək istəyir - KİV
21 Aprel 2025 Obamalar 70 milyonluq sərvəti bölə bilmirlər
20 Aprel 2025 İtaliya baş nazirinin müavini ABŞ-İran danışıqlarının keçirildiyi məkana şortla gəlib
20 Aprel 2025 2040-cı ilə qədər dünyanın bu hissələri su altında qalacaq – Alimlərdən xəbərdarlıq /XƏRİTƏ
20 Aprel 2025 Dağıstanda fövqəladə vəziyyət elan olundu
20 Aprel 2025 ABŞ-la danışıqlar alınmasa, müharibəyə hazırıq - Arakçı
20 Aprel 2025 Paşinyan artıq yeni müharibə təhlükəsindən qorxmur – Səbəb nədir?
20 Aprel 2025 Türkiyəli nazir: “Orduya göndərməyə gənclər tapmaya bilərik
19 Aprel 2025 Trampın yüksək vəzifə verdiyi Mehmet Öz kimdir?- DOSYE
19 Aprel 2025 Dmitri Qordon: "İlham Əliyev dəqiq dedi, təşəkkür edirəm" - Video
19 Aprel 2025 Bunu etmək üçün insan gərək vicdansız olsun
19 Aprel 2025 23 milyon insan təhlükədə – 8 bal gücündə zəlzələ gözlənilir
19 Aprel 2025 Bu məktəbdə təhsil haqqı 289 min manatdır
19 Aprel 2025 İmamoğlu anketinden iktidara kötü haber geldi: Halk ikna olmadı
19 Aprel 2025 Simonyana orden, sizə həbsxana: paradoks və absurd - Sibirlilərə yazığımız gəlmir, amma Moskvaya toxunmayın…
18 Aprel 2025 Yunanıstandan təxribat xarakterli xəritə: “Türkiyə üçün müharibə səbəbi!” - VİDEO

Dünyapress TV

Xəbər lenti