Ardını oxu...
Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili avqust müharibəsi işi üzrə Haaqa məhkəməsinin qərarına münasibət bildirib.

“Haaqa mənə tam bəraət verdi və Gürcüstan məhkəməsi mənə ölüm hökmü verə bilər”, deyə o, bildirib.

Musavat.com xəbər verir ki, bu barədə “apsny.ge” saytı məlumat yayıb.

Mixail Saakaşvili onu və Gürcüstanə satmayan və onun əleyhinə ifadə verməyən bütün hərbçilərə təşəkkür edib.

“Gürcülərə qarşı Haaqa istintaqı süni şəkildə 2015-ci ildə Gürcüstan Ədliyyə Nazirliyi tərəfindən başladılıb. 2012-ci ildə bütün prosedurları tamamladıqdan sonra işi yenidən açdılar. 2015-ci ildə bunu eşidəndə şoka düşdüm. Bundan sonra gürcü hərbçiləri əleyhimə ifadə verməyə məcbur etmək istədilər. Cavab olaraq, mən dünyanın bir qrup aparıcı hüquqşünasını bir araya gətirdim və 2020-ci ildə biz məhkəməyə alternativ hesabat təqdim etdik və sənəddəki arqumentlər sonda prokuror tərəfindən paylaşıldı.

Əslində, hakimiyyətin bütün nümayəndələri də Rusiyanın tapşırığını yerinə yetirmədilər. Özü Abxaziya qaçıqını olan Ədliyyə nazirliyinin müşaviri Qoça Lortkipanidze özünü çox vətənpərvər və fədakar apardı. Bir sözlə, Haaqa mənə tam bəraət verdi, lakin Gürcüstan məhkəməsi mənə ölüm hökmü verə bilər.

Haaqa məhkəməsinə gəlincə, general Mamuka Kuraşviliyə, Zaza Qoqavaya və böyük təzyiqlərə baxmayaraq, mənə qarşı ifadə verməyən bütün hərbçilərə sağ olun deyirəm. Sizin cəsarətiniz tarixə düşəcək”, - dey Saakaşvili Facebook səhifəsində yazıb.
Ardını oxu...
Gürcüstanda sabiq Prezident Mixeil Saakaşviliyə növbəti dəstək aksiyası keçirilib.

TNS xəbər verir ki, aksiya Gürcüstanın Gürcü Arzusu Partiyasının qurucusu, ölkənin sabiq baş naziri Bidzina İvanişvilinin evinin qarşısında keçirilib.

Mitinqdə Vahid Milli Hərəkat Partiyasının üzvləri və tərəfdarları iştirak edib.

Aksiya iştirakçıları bildiriblər ki, bugünkü hərəkətlə onlar Bidzina İvanişviliyə konkret mesaj veriblər: “Məhkəmə Saakaşvilini ən pis vəziyyətdə həbsxanada saxlasa, bu, onun üçün ölüm hökmü olacaq. Bu halda Bidzina İvanişvilinin evləri etirazın mərkəzinə çevriləcək. Aksiyalar intensiv hal alacaq”.

Qeyd edək ki, növbəti mitinq dekabrın 22-nə planlaşdırılır.
 
 
 
Ardını oxu...
Belçika Krallığı öz vətəndaşlarını, o cümlədən ikili vətəndaşlığı olanları İranı tərk etməyə və bu ölkəyə lazımsız səfərlərdən çəkinməyə çağırıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik vurğulayıb ki, İranda olan Belçika vətəndaşlarının həbs və əsassız məhkum edilmə riski yüksəkdir.

“Bu risk hətta İranda turizm məqsədi ilə olan şəxslərə də şamil edilir. Vətəndaşlarımız həbs olunarsa, onların insan hüquqları təmin edilə bilməz”, - bəyanatda deyilir.

Qeyd olunub ki, İrandakı Belçika səfirliyinin konsulluq dəstəyi göstərmək imkanları son dərəcə məhduddur.
 
Ardını oxu...
Post-müharibə dövründə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində erməni ekoterrorizminə və təbii sərvətlərimizin qeyri-qanuni istismarına etiraz edən soydaşlarımız Haaqada etiraz aksiya və yürüş keçiriblər.

“Report” xəbər verir ki, Niderland-Azərbaycan təşkilatının təşəbbüsünə qoşulan azərbaycanlılar ermənilər tərəfindən ölkəmizin təbii sərvətlərinin qeyri-qanuni istismarının daha da gücləndiyi, həmin ərazidə monitorinq keçirmək cəhdlərimizə imkan verilmədiyi barədə məlumatları Avropa ictimaiyyətinin diqqətinə çatdırıblar.

Ekoloji terrorizmə qarşı şüarlar səsləndirn, çağırışlar edən aksiya iştirakçıları Qarabağa toplaşan azərbaycanlı etirazçıların tələblərinin haqlı olduğunu, onları dəstəklədiklərini bildiriblər.

Soydaşlarımız ermənilərin uzun illərdir həyata keçirdikləri ekoloji terrorizmin bütün regionu təhdid etdiyini vurğulayıb, siyasətçiləri, beynəlxalq təşkilatları məsələyə adekvat reaksiya göstərməyə, bu cür cinayət halları qarşısında susmamağa, daha həssas davranmağa çağırıblar.

 
Ardını oxu...
Ötən cümə günü Rusiya telekanallarından birinin efirində Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuun Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin aparıcı eksperti vəzifəsini tutan M.Aleksandrov sərsəm açıqlamalar vermişdi və Rusiya ilə Azərbaycan arasındakı münasibətləri, Rusiyanın qonşu dost dövlətə qarşı siyasətinin məqsəd və vəzifələrini kobud şəkildə təhrif etmişdi.
Aleksandrovun hərəkətlərinin MDBMİ əməkdaşı statusuna uyğun gəlməməsi, habelə onun xidməti vəzifələrinə hədsiz laqeyd yanaşması ilə bağlı müəyyən edilmiş faktlar əsasında İnsitutun rektoru Anatoli Torkunov əmək münasibətlərinə xitam verilməsi və M. Aleksandrovun universitetdən xaric edilməsi haqqında əmr imzaladı.
Rektor Anatoli Torkunova ədalətli mövqeyinə görə dərin təşəkkür edirəm.
İşsiz gücsüz qalan M.Aleksandrov və onun kimi Azərbaycan haqqında pis fikirlərə düşənlər unutmasın: Bizə söz atanının dişini və dilini dibindən çıxarıb başına çırpa bilirik. Anlamasa, dilinə sahib çıxa bilməyən boş başı əzə də bilərik.
Tam bekar Aleksandrov artıq əməkdaşlıq etmək üçün 24 saatdır ki, Kursk vağzalında sahibsiz it axtarır. Cəhdlər nəticəsizdir.
Ədalət Verdiyev
Teref.az
Ardını oxu...
Azərbaycanın işğaldan azad edilən ərazilərində yerləşən Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərinə Azərbaycan Ekoloqlarının‚ Televiziya jurnalistlərinin‚ ictimaiyyət nümayəndələrinin və həmçinin Qeyri Hökumət Təşkilatları təmsilçilərinin buraxılmaması qanunsuz hərəkətdir və bunu özbaşınalıq olaraq xarakterizə edirik. Rusiya sülhməranlı kontingentinin müvəqqəti məskunlaşdığı ərazilərdə qanunsuz erməni hərbi birləşmələrinin və erməni separatçılarının ekoloji terror törətməsi‚ Azərbaycan ərazilərindəki təbii sərvətləri talayaraq istismar etməsi növbəti hərbi cinayət halıdır. Ermənistan hərbi birləşmələrinin ekoloji terror törətməsi faunanı və atmosferi məhv etməkdir. Dünya ictimaiyyəti və aidiyyatı beynəlxalq təşkilatlar məsələyə biganə qalmamalı‚ aidiyyatı təşkilatlar bölgəyə səfər edərək məsələni araşdırmalıdır. Ekologiyanı çirkləndirmək cinayətdir. Qarabağdakı qanunsuz erməni separatçı qüvvələri‚ İran rejiminə bağlı olan şirkətlər və şəxslərin özbaşına olaraq mütamadi Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Azərbaycan ərazilərinə gələrək bu ərazilərdəki Azərbaycana məxsus yeraltı və yürüstü təbii sərvəti talan etməsi ilə Azərbaycan iqtisadiyyatına ağır maddi zərər dəyib. İran rejiminə bağlı şirkətlərin‚ SEPAH və ETTEELAAT-ın Qarabağdakı erməni separatçılarının olduğu və rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdəki yeraltı və yerüstü bütün təbii sərvətləri talayaraq terrora‚ silah‚ Nüvə proqramını genişləndirməyə sərf edir. Son zamanlar Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə edilən qanunsuz səyahətlər və qanunsuz‚ özbaşına keçidlər rus sülhməramlılarının qanunsuz fəaliyyətindən və özbaşınalığından xəbər verir. Üstəlik Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının bölgədə yoxlama və təftiş aparmasına‚ azərbaycanlı jurnalistlərin öz dədə-baba torpaqlarında çəkilişlər etməsinə və sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərə gələn azərbaycanlıların ərazilərə daxil olmasına ciddi cəhdlə mane olmaq və öz nəzarətlərində olan yerlərə buraxmamaq‚ artıq özbaşınalığın ən kobud halıdır. Belə sülhməramlı missiyası ola bilməz. Hadisələrdən açıq görünür ki‚ Rus sülhməramlıların əməlləri rəsmən Azərbaycan ərazilərinin növbəti dəfə qəsb olunması faktıdır. Rusiya sülhməramlı kontingentinin fəaliyyəti sadəcə ərazinin təhlükəsizliyini təmin etməli olduğu halda‚ bunun əksini etməkdədir.

Beynəlxalq qanunlara görə sülhməramlı statusunu yalnız BMT verir. Heçbir ölkə‚ heçbir zaman özbaşına sülhməramlı statusu daşıya bilməz. Bunun üçün həmin ölkənin BMT-dən mandatı olmalıdır. Yalnız BMT. T.Ş sülhməramlı olacaq ölkə və ölkələrə sülhməramlı mandatı təqdim edir. Eyni zamanda sülhməramlı missiyasında bir ölkə yox‚ bir neçə ölkə iştirak edir. BMT tərəfindən mandat verilərək bir neçə ölkənin hərbi qulluqçusu sülhməramlı qismində BMT bayrağı altında bölgəyə yerləşdirilir və regionda sülhün qorunmasına xidmət edir. Beləcə‚ bir neçə ölkə sülhməramlı mandatı ilə‚ BMT bayrağı altında birgə fəaliyyət göstərir. Sülhməramlının fəaliyyəti və missiyası sadəcə ərazinin təhlükəsizliyini təmin etmək‚ hər hansı təxribat‚ pozuculuq və terror hadisələrinin qarşısını almaq‚ ərazidə sabitliyi qorumaq‚ insanların və mülki sakinlərin rahat və maneəsiz gediş-gəlişini təmin etməkdir.
Niyyəti sülh olmayan rus sülhməramlılarının isə BMT-dən heçbir sülhməramlı mandatı yoxdur. Yəni Rusiyanın sülhməramlı missiyası beynəlxalq qanunlarla və BMT Nizamnaməsi ilə tənzimlənmir və heçbir BMT mandatına sahib deyil. Rusiyanın Qarabağdakı sülhməramlı missiysı BMT və beynəlxalq ictimaiyyət tərəfindən tanınmır. Görünən odur ki‚ hazırda Rusiyanın Qarabağdakı fəaliyyəti‚ yuxarıda qeyd olunan sülhməramlılıq anlayışının və prinsiplərinin əksinə olaraq sülhməramlılıq yox‚ ermənilərə dəstək olmaq‚ Azərbaycan razilərindəkii təbii sərvətləri talamaq‚ İran və Ermənistana sözügedən bölgədə şərait yaratmaq‚ erməni maraqlarını müdafə etməkdir. Azərbaycan dövlət orqanlarının fəaliyyətinə‚ mətbuatın çəkiliş aparmasına‚ ictimaiyyət nümayəndələrinin hərəkətinə ciddi cəhdlə mane olmaq‚ Azərbaycan torpaqlarınıı qəsb etmək‚ mənimsəmək anlamındadır. İran və bir çox yerdən sülhməramlıların yerləşdiyi ərazilərə özbaşına və gizlin səfərlər edilməsi‚ Azərbaycana məxsus yeraltı və yerüstü sərvətlərin İrana daşınması və üstəlik buna sülhməramlıların şərait yaratması‚ Azərbaycanlıları və xüsusən Media nümayəndələrini isə əraziyə buraxmamaq özbaşınalığın ən üst həddidir.
Azərbaycan Qeyri Hökumət Təşkilatları və media mənsublarının Qarabağda aksiya keçirtməsi haqq-ədalətin bərpa edilməsinə xidmət edir. Azərbaycan Qeyri Hökumət Təşkilatları və media nümayəndələrinin Laçın-Xankəndi magistral dəhlizini bağlaması‚ aksiyanın daha da genişlənməsi doğru və haqqlı addımdır. Azərbaycan haqqlı tərəfdir‚ işğala və əraziləri talana‚ özbaşınalığa və ərazisindəki təbii sərvətləri istismara məruz qalan tərəfdir. Beynəlxal hüquq Azərbaycanın tərəfindədir. Qanunsuz erməni birləşmələri və erməni separatçıları Azərbaycan torpaqlarını tərk etməlidir. Ermənistan tərəfi ekoloji terroru və Azərbaycan ərazilərinin gizli talamağı dayandırmalıdır. Açıq aşkar görünür ki‚ rus sülhməramlı qüvvələrinin dəstəyi ilə hazırda yerləşdikləri ərazilərdə talançılıq və istismarçılıq fəaliyyəti ilə məşğuldur. Qanunsuz erməni qüvvələrinin Azərbaycan ərazilərindəki yeraltı və yerüstü təbii sərvətlərinin istismar edilərək talanması işinə İranı və SEPAH-ı da cəlb edib. Rusiya sülhməramlılarının isə buna şərait yaratması beynəlxalq hüququ pozmaq‚ özbaşınalıq və qəsbkarlıqdır. Azərbaycana məxsus yeraltı və yürüstü təbii sərvətlərinin‚ xüsusən qızıl-gümüş‚ digər qiymətli metalların və qiymətli təbii sərvətlərin talan edilərək gizli şəkildə məhz İrana daşınması‚ bu marşurut xətti ilə İran rejiminin kirli‚ mənfur siyasətini icra edən SEPAH və ETTEELAAT tərəfindən gizli şəkildə narkotik daşınması beynəlxalq miqyaslı cinayətdir. Rus sülhməramlıları buna şərait yaratdıqları üçün ərazini qapalı rejimdə saxlamağa çalışırlar. Bu səbəbdən sülhməramlıların müvəqqəti yerləşdikləri ərazilərə Azərbaycanlıların daxil olmasına maneçilik törədilir.

Bütün bu səbəblərə görə Xankəndi-Şuşa istiqamətində Azərbaycan Qeyri Hökumət Təşkilatlarının və Media nümayəndələrinin aksiya keçirtməsi zəruri və lazımlı addımdır.
Biz‚ aksiyanın keçirilməsinə‚ aksiyaya gələn hər kəsə öz dəstəyimizi ifadə edirik. Azərbaycanın haqqlı mövqeyini‚ beynəlxalq ictimaiyyət və BMT tərəfindən tanınan ərazi bütövlüyünü‚ suverenliyini dəstəkləyirik və bütün təhlükə və təhdidlərə‚ təxribat və siyasi hücumlara qarşı hər zaman Azərbaycan dövlətinin və xalqının yanında olduğumuzu bəyan edirik.



İsrail Təhlükəsizlik Akademiyasının
Azərbaycan Respublikasındakı
Nümayəndəliyi
 
Ardını oxu...
Qarabağda Ermənistanın təxribatı yenidən davam edir. Ermənistanın Azərbaycana verdiyi mina xəritələrinin doğruluq göstəricisinin olduqca az olması erməni millətçilərinin məqsədyönlü şəkildə törətdiyi təxribatların yeni mərhələdə davam etməsi deməkdir. Minalanmış ərazilərin təmizlənməsi külli miqdarda vəsaitin və vaxtın sərf olunmasına gətirib çıxarır ki, bütün bunlar da böyük qayıdış prosesini ləngidir. Minaların təmizlənməsi zamanı hərbçilər minaya düşərək həlak olurlar. Belə bir halda dünya ictimaiyyəti susmamalı, əksinə kütləvi şəkildə öz etirazını dilə gətirərək Ermənistana qarşı təzyiqləri artırmalıdır.
Ermənistanın təxribatına dair digər bir məqam isə Qarabağda yerləşdirilən rusiyalı “sülhməramlılar”ın heç də sülh tərəfdarı kimi davranmamalarıdır. “Sülhməramlılar”ın Qarabağa təyin olunduqları müddət ərzində regionda ciddi pozuntu halları müşahidə olunub ki, bu da bir növ erməni vandalizminin sübutudur. Çünki insanlıqdan kənar olan bu cür davranışlar yalnız erməni vandalizminə xas ola bilər. Həqiqət onu göstərdi ki, Qarabağdakı “sülhməramlılar” əslində erməni revanşistlərinə onların istədikləri şəraiti yaradırlar. Azərbaycanlı mütəxəssislərin Qızılbulaq və Dəmirli mədənlərinə “sülhmərmalılar” tərəfindən buraxılmaması açıq-aşkar Ermənistanın Azərbaycanın təbii sərvətlərini ələ keçirmək üçün atdığı düşünülmüş addımdan xəbər verir. Belə olduğu halda isə Azərbaycan ictimaiyyəti bu haqsızlığa göz yummayaraq öz etirazını aksiyalarla bildirməyə davam edir. Laçın-Şuşa yolundakı aksiyada iştirak edən Azərbaycan könüllüləri ilə yanaşı, ekoloqların, qeyri-hökumət təşkilatlarından olan nümayəndələrin və jurnalistlərin də onlarla bir amal uğrunda birləşməsi Ermənistana Azərbaycanın dəmir yumruğunun yenidən yerində olması mesajını verir.
Erməni mətbuatı keçirilən aksiya ilə bağlı feyk xəbərlər və məlumatlar paylaşaraq guya Azərbaycanın aksiya keçirilən zonada yolu bağlamasını qeyd edir ki, bu da açıq-aşkar dezinformasiyadır. Aksiya iştirakçıları sadəcə hazırkı vəziyyətdən xəbərdar olmaq üçün Azərbaycanın təbii sərvətləri sırasında yer alan - Qızılbulaq qızıl mədən yatağına və Dəmirli mis-molibden yatağına daxil olmaq istəyirlər. Ermənistan isə həmişə olduğu kimi bu dəfə də Azərbaycana qarşı təxribatlar törədərək feyk xəbərlərlə böhtanlar yağdırmağa davam edir.
Qeyd etmək lazımdır ki, Qarabağdakı “sülhməramlılar”ın davranışları tanınmış ekspertlərin diqqətindən də kənarda qalmır və onlar məsələ ilə bağlı öz fikirlərini caliber.az informasiya agentliyinə bildiriblər. Rusiyalı ekspert Aleksandr Jukovskinin qənaətinə görə, rusiyalı “sülhməramlılar” qoyulan qaydalara, əldə olunan razılıqlara məhəl qoymayaraq vəziyyəti çətinləşdirirlər ki, bu da Rusiya tərəfindən kortəbii davranış təəssüratını yaradır. A.Jukovski, mərkəzin baxışlarının və siyasətinin qeyri-müəyyən olduğunu və onların bunu başa düşmədiyini qeyd edib. Gürcü politoloqu Gela Vasadzenin qənaətinə görə, Rusiya hərbi kontingentinin Azərbaycanda erməni əhalisinin yaşadığı ərazilərə nəzarət etməsi, hərbi kontingentin Bakı üzərində təzyiq vasitəsi kimi saxlamaq üçün düşünülmüş ümumi planın bir elementidir. “Biz gördüklərimizi görürük. Fərqli ola bilərmi? Əgər kimsə Volkovun müstəqil fiqur ola biləcəyi təəssüratına malikdirsə, o, dərindən səhv edir”, - deyə G.Vasadze bildirib [1].
Qazaxıstanlı politoloq Nurlan Munbayevin qənaətinə görə, Qarabağdakı Rusiya “sülhməramlılar”ının erməni separatçılarına qarşı laqeydliyi, o cümlədən Qazaxıstan cəmiyyətində ciddi narahatlıq doğurur və bu, Rusiyanın regionda sülhməramlı qüvvələrinin birbaşa vəzifə və funksiyalarının pozulmasından başqa bir şey deyildir. N.Munbayevin sözlərinə görə, Rusiya “sülhməramlılar”ının hərəkətləri istər-istəməz təəccüblənməyə vadar edir. “Rusiyanın siyasi qruplarının ambisiyalarına son qoymaq və ona başqa bir dövlətin daxili işlərinə qarışmamaq prinsiplərini xatırlatmaq lazımdır. Müvafiq olaraq, Azərbaycan ərazisində olan bütün sərvətlər ölkənin xalqına və gələcək nəslinə məxsusdur. Mümkündür ki, Rusiya sülhməramlılarının Azərbaycan yataqlarında qoyduğu maneələr strateji xarakter daşıyır və çox güman ki, bunun arxasında başqa dövlətin hərbi-iqtisadi maraqları dayanır”, - deyə N.Munbayev bildirib [1].
Sonda belə bir nəticəyə gələrək hesab edirik ki, Rusiya hərbi kontingenti danışıqlar zamanı əldə olunan razılıqlara əməl etməli, Rusiya hərbi kontingentinin köməyindən öz məkrli məqsədi üçün istifadə edən Ermənistan isə Azərbaycanın təbii sərvətlərini talan etmək niyyətindən əl çəkməlidir. Xatırlatmaq istəyirik ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən qalib çıxan ölkədir və bu müharibənin məntiqi yekunu olaraq Azərbaycanla Rusiya və Ermənistanın arasında “üçtərəfli bəyanat” imzalandı. Azərbaycan öz hüquqlarını yaxşı bilir. Ermənistan isə hələ də Rusiya hərbi kontingentinin köməyindən istifadə edərək qaydaları pozmağa davam edir.

İstifadə olunan mənbə:
1. «Москва должна дать исчерпывающие ответы о миротворческой миссии в Карабахе» /13.12.2022/ https://caliber.az/print/130099/
Kamal Salayev
AMEA-nın Qafqazşünaslıq İnstitutunun
Gürcüstanşünaslıq şöbəsinin kiçik elmi işçisi
Teref.az
 
 
 
Ardını oxu...
Teref.az yazır ki, 1954-1962-ci illərdə Əlcəzair xalqı Fransa işğalından qurtulmaq üçün Əlcəzair Milli Qurtuluş Cəbhəsinin liderliyində azadlıq savaşı verdi.
1962-ci ildə Əlcəzair müstəqil oldu.
Həmin savaşda azadlıq uğrunda vuruşanlardan başqa Fransa aşiqi olan yüz minlərlə Əlcəzairli azadlıq hərəkatına qarşı Fransanın yanında oldular. Bu "kollaborantlar"ı yerli xalq alçaldıcı şəkildə "Xarki" adlandırırdı.
Savaş bitdikdən sonra Əlcəzairdəki milyonlarla Fransız ölkəni tərk etdi. Onlarla birlikdə satqın Xarkilər də qaçmaq istədilər. Lakin bir çoxunun Fransaya getməsinə Fransa imkan yaratmadı. Əlcəzairdə qalan həmin Xarkilər yerli milli hökümət və xalq tərəfindən repressiyalara və alçaldılmalara məruz qaldılar.
Xarkilərin bir qismi Əlcəzairi tərk edən Fransızlarla birlikdə Fransaya girə bildilər. Fransa höküməti Əlcəzairdən gələn Fransızlara "repatriant" (yəni öz ata yurduna geri dönən şəxs) statusu verdi. Fransa uğrunda öz xalqına qarşı çıxmış Ələczairli Xarkiləri isə Fransa dövləti lagerlərə saldı. Xarkilər düz 9 il, 1971-ci ilə qədər Fransa lagerlərində süründülər.
Yalnız 1971-ci ildə yeni qanunla lagerdən buraxılıb Fransa vətəndaşlığı aldılar.
Şəkildə Fransanın Sen-Moriz-L'Arduaz şəhərindəki lagerdə qalan Əlcəzair Xarkiləridir.
Ardını oxu...
Huseyn Həsənli
Teref.az
 
 
 
Ardını oxu...
“Rusiya İrəvanı dəstəkləməyi dayandırdığı anda Ermənistan məhv olacaq”.

Bunu rusiyalı şərqşünas, “Yaxın Şərq İnstitutu” elmi mərkəzinin yaradıcısı və prezidenti Yevgeni Satanovski deyib: “Azərbaycanın Laçın dəhlizini bağladığı və öz maraqlarını müdafiə etdiyi indiki şəraitdə Ermənistan rəhbərliyi sual verməlidir – Qarabağ Ermənistana lazımdır, ya yox?” – Satanovski vurğulayıb.


“Azərbaycan və Türkiyə münasibətlərini strateji müttəfiqliyə çatdıran bir çox sənədlər imzalayıb. Bu yaxınlarda onlar “Şuşa Bəyannaməsinə” də imza atıblar. Hazırda Laçın dəhlizində baş verənlərə gəlincə, bu barədə ilk növbədə Ermənistanın baş naziri Nikol Paşinyan düşünməlidir. Ona Qarabağ, ümumən Rusiya ilə münasibətlər, KTMT lazımdırmı?” – Yevgeni Satanovski ritorik suallar ünvanlayıb.

Rusiyalı ekspert 2020-ci il müharibəsində məğlub olduqdan sonra Ermənistanda Paşinyanın 2021-ci ilin yayında keçirilən növbədənkənar seçkilərdə yenidən seçildiyinə diqqət çəkib: “Əgər bundan sonra Ermənistan təkcə Qarabağı yox, həm də öz dövlətçiliyini itirərsə, bu, Paşinyanı başçı seçənlərin problemi olacaq. Putin də daxil olmaqla, Paşinyanın əvəzinə heç kim Ermənistana rəhbərlik etməyəcək. Onu Moskvadan da dəyişməyəcəklər, biz Sovet İttifaqında deyilik” – Satanovski deyib.

Satanovski hesab edir ki, Moskva ilə İrəvan arasında münasibətlər inkişaf etmir, çünki Nikol Paşinyan Rusiyanı çərçivəyə salmaqdan başqa heç nə istəmir: “Əgər sabah fransızlar və amerikalılar şəxsən Paşinyana hər şeyin yaxşı olacağına söz versələr, o, böyük məmnuniyyətlə rus sülhməramlılarından qurtulacaq. Amma bundan sonra Ermənistanın mövcud olub-olmayacağı sual altındadır”, – Yaxın Şərq İnstitutunun təsisçisi bildirib.

“Rusiya İrəvanı dəstəkləməyi dayandırdığı anda Ermənistan məhv olacaq. Bu sadə faktı Ermənistanda kiməsə anlayırmı? Hazırda Azərbaycan ordusu Türkiyə sistemində qurulur. Azərbaycan Türkiyə ilə müqavilə bağlamış bir ölkədir və “Bir millət, iki dövlət” Proqramı hazırlanır. Əgər Ermənistan öz gələcəyini Rusiya-Türkiyə müharibəsi üzərində qurmağa hazırlaşırsa, bu, baş verməyəcək. NATO bloku ilə müharibəmiz var, amma Türkiyə ilə ayrıca savaşmayacağıq. Bu bir faktdır. Bunu Putinə təklif etmək mənasızdır” – deyə Satanovski fikirlərini tamamlayıb.
 
Ardını oxu...
“Financial Times” qəzeti Qərbin sanksiyaları altında olan Rusiyanın idxalsız yaşamağa necə öyrəşməsindən yazıb.


“AzPolitika.info” “Azadlıq radiosunun tərcümə etdiyi məqaləyə istinadla xəbər verir ki, Qərb ölkələrindən Rusiyaya idxal azalıb, amma kəsilməyib. Məqalədə kdeyilir ki, bu ilin avqustunda İstanbulda otelə gələn, rusca danışan bir qrup kişinin beş çamadanlıq yükü Avstriyadan alınmış peşəkar elektronika məhsulları idi. Bu məhsulların istehsalçısı olan Qərb brendi Ukraynanı işğal edən Rusiyanı boykot qərarı verib.

Oteldə bu şəxsləri qarşılayan Stanislav deyib ki, həmin malların heç də hamısını şəxsi istifadəsi üçün almayıb. O, çamadanları gətirənlərlə nahar edib, daha sonra yüklə birlikdə Moskvaya yola düşüb.

Qəzet Stanislavın əslində Avropadan daha həssas məhsulları yük maşınları ilə daşımaqla məşğul olduğunu yazır. Söhbət tikinti sektorunda, ağır sənaye üçün maşınqayırmada istifadə olunan materiallardan gedir.

“Financial Times” Stanislav kimi rusiyalı idxal-ixrac mütəxəssislərinin sayının getdikcə artdığını yazır. Onlar boşluqlar taparaq məhsulları gömrükdən keçirirlər.

Bu gizli bazarın iştirakçılarını danışdıran qəzet cəlbedici, ancaq eyni zamanda proqnozlaşdırılması çətin, qeyri-sabit ticarəti üzə çıxarıb. Axı Qərbin sanksiyaları Rusiyanın təchizat zəncirini pozub. Nəticədə bir çox şirkət vacib xarici məhsulları, ehtiyat hissələri əldə etməyin yollarını axtarır.

Qəzet yazır ki, martda çox ağır sanksiyalar açıqlananda bəzi iqtisadçılar Rusiya iqtisadiyyatının sürətlə çökəcəyini, hətta 30 faizədək kiçiləcəyəni proqnozlaşdırırdılar. Ancaq bu baş vermədi, çünki ölkəyə neft-qaz gəlirləri axırdı və rubl tezliklə dirçəldi.

Ancaq qəzet fərqli bir tendensiyanın getdiyini yazır – dramatik azalma olmasa da, Rusiyanın istehsal gücü davamlı deqradasiyaya uğrayır. İqtisadçılar bunun Rusiyanı onillərlə geri atdığını deyirlər. Belə ki, ölkə müasir iqtisadiyyatı idarə etməyə çalışır, asılı olduğu komponentləri, xammalı, texnologiyaları idxal edə bilmir.

Rusiyanın ticarət tərəfdaşlarının datası müharibə başlayandan ölkənin idxalının 20-25 faiz azaldığını göstərir.
Ətraflı

“Dərman, kimyəvi məhsullar istehsalı, maşınqayırma, metallurgiya, mədən sənayesi... Rusiyada elə bir sənaye sahəsi tapmaq olmaz ki, azı 50 faiz idxaldan asılı olmasın”, – Beynəlxalq Maliyyə İnstitutunun iqtisadçısı Elina Ribakova deyib.

Sanksiyalar altında olan bir rusiyalı oliqarxın fikrincə, həyat daha sadə, pul az olacaq, adamlar daha azla işləməyi öyrənəcəklər.

“Sosiskada daha çox kağız olacaq”, – deyən oliqarx belə bir vəziyyətin 15-20 il, “Prezident Vladimir Putin ölənəcən” davam edə biləcəyini söyləyib.

Mayda ötən ilin eyni ayı ilə müqayisədə ABŞ-dan Rusiyaya ixrac 85 azalıb. Bu ilin iyun-avqust aylarında isə Rusiya 2021-ci illə müqayisədə aya 4.5 milyard dollar az idxal gerçəkləşdirib.

Ancaq bütün bunlara baxmayaraq, iqtisadiyyatla bağlı ən bədbin proqnozların düz çıxmaması ixrac gəlirlərinin güclü qalması ilə izah olunur. Rusiya getdikcə öz neftinə alternativ alıcılar tapır.

Bu il Rusiyada ÜDM-də 3.5-5.5 faizlik azalma proqnozlaşdırılır.

Məqalədə Rusiyanın indiki durumu keçmiş Sovet İttifaqı ilə müqayisə olunur. O zaman FSB casusları vasitəsilə, üçüncü ölkələrdə texnologiyanı əldə edirdi. Rusiya hökumətinin qəbul etdiyi qanun isə bəzi texnologiya məhsullarının brendin icazəsi olmadan gömrükdən keçməsinə icazə verir.

Bu il Rusiyaya bu yolla 20 milyard dollarlıq məhsul idxal oldunduğu bildirilir. Onların içində iPhone 14 də var. Sentyabrda buraxılmış bu modelin Rusiyada rəsmi satışına icazə yoxdur.

Ancaq istehsalçılar Ermənistan və Qazaxıstan kimi ölkələrin mikroçip sifarişlərinin artmasından narahatdırlar. Müharibə başlayandan bu ölkələrə böyük sayda rusiyalı IT mütəxəssisləri yığışıb.

“ABŞ-ın bəzi şirkətləri Ermənistana göndərişləri dayandırıblar. Deyirlər ki, bir il qabaq bir lisenziyamız vardı. İndi isə 100 lisenziya istəyirsiz? Cəhənnəm olun!” – bir şirkət rəhbəri söyləyib.
 
 
 

Dünyapress TV

Xəbər lenti