Ardını oxu...
Samvel Şahramanyan separatçı rejimin rəhbərliyini Qarabağdan təhlükəsiz şəkildə çıxarmaq üçün Azərbaycan rəsmiləri ilə danışıqlar aparır.

Teref.az news24.az-a istinadən xəbər verir ki, bu barədə “Hayeli.am” məlumat yayıb.

Nəşrin məlumatına görə, separatçıların keçmiş üç başçısı – Bako Saakyan, Arkadi Qukasyan və Arayik Arutyunyan, “keçmiş xarici işlər naziri” Davit Babayan həbs təhlükəsi ilə üz-üzədir.

“Hazırda həmin şəxslərin Qarabağda olduğu bildirilir. Bundan başqa, “Röyter”in məlumatına görə, Azərbaycanda həbs ediləcək 200-ə yaxın hərbi cinayətkarın siyahısı var. Davit Babayan artıq təslim olacağını dünən bəyan edib. Mənbə digər separatçı – Artak Beqlaryanın isə harada olduğunu bilmir”, – deyə sayt bildirib.
 
Ardını oxu...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərindən qayıdan zaman jurnalistlərə açıqlamasında bildirib ki, Ermənistan Zəngəzur yolunun açılmasına razılıq verməsə, yol İran üzərindən keçəcək və İran bu məsələdə maraqlıdır.

Bu açıqlamadan bir qədər əvvəl verdiyi müsahibələrində isə Ərdoğan dəfələrlə Ermənistanı Zəngəzur dəhlizini açmağa səsləmişdi. Görünür, müsbət cavab almadığının nəticəsidir ki, Türkiyə Prezidenti sonda dəhlizin İrandan keçməsi məsələsini gündəmə gətirib.

Artıq 3 ildir ki, Zəngəzur dəhlizinin açılması məsələsi gündəmdədir. 2020-ci ilin noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında əldə edilən üçtərəfli razılaşmaya əsasən İrəvan Zəngəzur dəhlizini də açmalı idi. Həmin dəhlizə nəzarəti isə Rusiya sərhədçiləri həyata keçirməli idi.

Lakin İrəvan dəfələrlə bildirib ki, dəhlizə nəzarəti yalnız özü həyata keçirməkdə maraqlıdır.Digər tərəfdən, İran Zəngəzur dəhlizini özü üçün “qırmızı xətt” elan edərək, onun açılmasına qarşı çıxdığını bəyan edib.

Görəsən, dəhlizin İrandan keçməsi nə dərəcədə realdır?

Bizim.Media-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev alternativ variant olaraq İran yolunun da reallaşa biləcəyini istisna etməyib:

“44 günlük müharibədən dərhal sonra Ermənistan üzərinə bir sıra öhdəliklər götürdü. Həmin öhdəliklərdən biri də Zəngəzur dəhlizinin açılması idi. Amma sonradan İrəvan həmin yola dəhliz statusu verməkdən çəkindi.

hlizi dalana dirənən kimi, İran Bakıya Araz çayı üzərindən alternativ təklif verdi.Digər tərəfdən, müxtəlif dövlətlər, ABŞ, Avropa Birliyi, Rusiya dəhlizlə bağlı öz maraqlarını diqtə etməyə çalışdı. Amma burada əsas dirəniş nöqtəsi İran oldu. İran birmənalı şəkildə bu dəhlizə qarşı çıxaraq, onu özü üçün “qırmızı xətt” elan etdi. Onun nəticəsidir ki, Zəngəzur də
Bu istiqamətdə müəyyən hərəkətlənmələr də oldu. Belə olan halda Ərdoğanın İran yolu variantının reallaşması fonunda prosesdən daha çox qazanan məhz Tehranın özü olacaq. Hesab edirəm ki, İran yolu variantı alternativ variant kimi reallaşa bilər.

İranı neytrallaşdırmaq, Zəngəzur dəhlizi məsələsində İranın dirənişinin qarşısını almaq üçün alternativ variant kimi həmin layihənin gerçəkləşməsi mühüm addım olardı”.

Ekspert qeyd edir ki, Ərdoğanın həmin təklifi Ermənistana mesajdır və ona Zəngəzur dəhlizini qəbul etdirmək məqsədi güdür:

Zəngəzur dəhlizi açılmasa, ən çox itirən İrəvan olacaq. O yenə də təcrid vəziyyətində qalacaq. Bu baxımdan İrəvan çalışmalıdır ki, Zəngəzur dəhlizi açılsın. Ərdoğanın İran yolu açıqlaması həm də İrəvanı ayıltmağa, başa salmağa hesablanmış addımdır.

Bununla Ərdoğan İrəvana bildirir ki, yolu İran üzərindən keçirməklə Zəngəzur dəhlizi olmadan da keçinə bilərik. Ərdoğan bu açıqlaması ilə İrəvana mesaj verdi ki, Zəngəzur dəhlizi Ermənistan üçün həyatı əhəmiyyət kəsb edən bir yoldur və ondan imtina ermənilərə xeyir verməyəcək”.
 
Ardını oxu...
Məşhur riyaziyyatçı Erik Vaynşteyn bildirir ki, beş ölkənin liderlərinə görə, dünyanın yox olmaq təhlükəsi var.

"DogruXeber.az" xarici KİV-ə istinadən xəbər verir ki, ekspert riyaziyyatçı Erik Vaynşteynin fikrincə, insanlar müasir həyatın sürətli tempinə o qədər qarışıblar ki, hətta nüvə müharibəsindən də kifayət qədər qorxmurlar. Bununla belə, Vaynşteyn xəbərdarlıq edib ki, Ukrayna müharibəsi dünyanı Kuba Raket Böhranından sonra heç vaxt olmadığı qədər nüvə müharibəsinə yaxınlaşdırır.

Vaynşteyn sözlərinə görə, hazırda nüvə münaqişəsi riski 1-5 faiz arasında olsa da, insanların çoxu təhlükəni kifayət qədər ciddi qəbul etmir: “Öyrəndiyim bir şey odur ki, ehtimal 50 faizdən çox deyilsə, böyük əhalinin faizi bunun mümkün olmadığını düşünür”.

Harvard Universitetində fəlsəfə doktoru olan Erik dünyanın beş nəfərin seçimi ilə məhv olmaq riski altında olduğunu vurğulayıb.

“Putin, Bayden, Zelenski, Si və Kim dünyanın sonunu yaxınlaşdırırlar”, - qeyd edib.

Vaynşteyn əlavə edib ki, insanların çoxu Ukraynadakı müharibəni serial kimi izləyir və bunu dünyanın sonunu gətirəcək təhlükə kimi görmürlər.

Bununla belə, o, Ukraynadakı müharibənin mətbuatda gedən xəbərlərdən qat-qat ölümcül olduğunu deyir: “İkinci Dünya Müharibəsinin nizamı indi pozulub. Rusiyanın Ukraynaya təcavüzü 21-ci əsrdə görünməmiş hadisədir. Hər şeyi bir yerdə saxlayan şey indi pozuldu və biz Kuba Raket Böhranına bənzər bir vəziyyəti yaşayırıq".
Ardını oxu...
Azərbaycanın Livandakı səfirliyinin qarşısında Ermənistanın "Daşnaksütyun" partiyasının yerli şöbəsi tərəfindən keçirilən etiraz aksiyasının qarşısı polis tərəfindən alınıb.

Cebhe.info TASS-a istinadən xəbər verir ki, etirazçılardan bəziləri səfirlik binasına daş atmağa başlayıblar.

Polis etirazçıları səfirliyin qarşısından uzaqlaşdırıb. Bununla da ermənilərin növbəti təxribatının qarşısı alınıb.
 

"Azərbaycanlı millət vəkili Qənirə Paşayevaya Allahdan rəhmət diləyirəm , qardaş Azərbaycan xalqına başsağlığı verirəm".

Cebhe.info xəbər verir ki, bunu Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş azərbaycanlı deputat Qənirə Paşayevanın vəfatı ilə bağlı özünün tviter hesabında yazıb.

"O, türk dünyası uğrunda apardığı mübarizə ilə yaddaşlarımızda və tariximizdə bundan sonra da xatırlanacaqdır" - deyə Mansur Yavaş əlavə edib.
Ardını oxu...
 
Ardını oxu...
“Rusiya hərbi bazalarının çıxarılması Ermənistana fəlakət gətirəcək”.

Teleqraf.com xəbər verir ki, bunu erməni hərbi ekspert Hayk Nahapetyan deyib.

“Rusiya rəsmilərinin son bəyanatlarına baxın, demək istəyirlər ki, Ermənistan 102-ci hərbi bazanı çıxarmaq qərarı versə, bu, nə qədər fəlakətli ola bilər. Nə fransız, nə də ingilis gəmiləri heç vaxt dağlara çıxmayıb. İndi 102-ci rus hərbi bazası çıxsa və türk qoşunları 1920-ci il dekabrın 2-də imzalanmış Gümrü müqaviləsi çərçivəsində Ermənistanın 10 000 kvadratkilometr ərazisində yerləşsə, necə olacaq? Fransız gəmiləri dağlara çıxmayacaq, ABŞ da elə. Yeri gəlmişkən, Suriyada ABŞ-ın kürdlərə də münasibəti eynidir. İndi biz də bunun astanasındayıq”, - ekspert bildirib.
 
Ardını oxu...
Qondarma DQMR – Sarsaxın 1995-1999 illərdə “Silahlı Qüvvələr”inin komandanı, “Təhlükəsizlik Şurasının” üzvü olmuş, "Artsax qəhramanı" adına layiq görülən, sonra ad əlindən alınan general Samvel Babayan Yerevanda 1-ci kanala müsahibəsində Azərbaycana 100 tank, 170 top, Qrad qurğuları və cox sayda digər silah və sursat verildiyən danışanda Laçından Ermənistana keçdiyini (!) sərhədçilərin onu tanımadığını (?!) da deyib.
Əyər Babayanın dediyi Ermənistanın yaydığı məqsədli dezo deyilsə, çox maraqlı məqam üzə çıxır, o da hərbi texnikadan qat-qat önəmli olan Babayanın Laçından Ermənistana uğurla keçməsi məsələsidir.
NECƏ ola bilər ki, sərhədçilər onu tanımayıb, saxlamayıb? Onlarda hərbi cinayətlərdə ittiham edilən ya ediləcək şəxslərin adları olan siyahılar, fotolar, üztanıyan aparatlar yoxdu? Varsa necə və niyə buraxıblar? Yoxdusa niyə yoxdu?...
Burada bir sıra ciddi məqam var. Məlumatı götürdüyüm Afqan Muxtarli mənə yazıb ki ki, Birinci kanalın jurnalisti Babayana bu "Necə oldu?" sualını verib. Cavab bu olub ki, "Maşından düşüb 15 metr piyada getdim. Sərhəddə pasport yoxlamayıblar, 30-35 yaşlı gənc sərhədcilər isə onu tanımayıb".
Yalan demirsə, bu necə ola bilər? S.Babayan hərbi cinayətkarlərdə ittiham olunur, olunmalı və həbs olunmalıdı. 1991-də SSRİ DİN DQ tərəfindən həbs olunub, Bakıda 6 ay həbsxanada yatmış adamdı. Yalan demirsə, o sərhəddə həbs edilməli idi. Adamların çoxluğu, tünlük və s. Burada bəhanə ola bilməz...
Olaya ictimai diqqət yetirmək lazımdır ki, məsul şəxslər araşdırıb aydınlıq gətirsin.
Çingiz Sultansoy
Teref.az
Ardını oxu...
Ermənistan Qarabağı tərk edən ermənilərin statistikasını açıqlayıb: 50243 nəfər;
Qarabağda bu qədər erməninin olmadığı, rəsmi İrəvanın rəqəmləri şişirtdiyi bəllidir. Çünki, Azərbaycanın əlində olan faktlar da isbat edir.

Hələ 44 günlük müharibədən sonra Rusiya sülhməramlıları erməniləri Qarabağa qaytarmağa başladı və son açıqladıqları statistika 52 min 700 nəfər idi. Bu rəqəmdən sonra statistika yenilənmədi;

- Ermənistan və separatçılar 120 min erməninin olduğu iddiasından əl çəkməsə də, 2021-ci ilin iyun ayında Araik Arutyunyan Paşinyanla münasibətlərinə görə ona qarşı irəli sürülən ittihamlara “Ermənistanla əlaqələr qurmadan 35 min “vətəndaşın” sosial probleminin həllini necə təsəvvür edirsiniz?” cavabını vermiş, bununla da erməni əhalisinin real sayını etiraf etmişdi;

Digər tərəfdən sual yaranır ki, ermənilərin kütləvi şəkildə köçməsinin və ya köçməyə çağrılmasının arxasıbda nə dayanır?

TEREF.AZ-ın məlumatına görə, hadisəyə münasibət bildirən Türk Ağsaqqalları Birliyinin sədr müavini, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk “Sherg.az”a söyləyib ki, neçə gündür ermənilərin niyə Qarabağdan kütləvi köç etdiklərini düşünür:

“Ola bilər ki, Qarabağ ermənilərindən Paşinyana qarşı ciddi müxalifət formalaşdırmağa çalışacaqlar. Çünki indiki şəraitdə Rusiya Paşinyana qarşı ciddi müxalifət formalaşdıra bilmir. Həmçinin getdikcə, Ermənistanda ruspərəstlərin sosial bazası zəifləyir. Ümid isə Qarabağ ermənilərinə qalıb. Ola bilər ki, burda məqsəd həm də kütləvi köçlə Ermənistanda xaos yaratmağa nail olmaqdır. Yəni Rusiyanın istəyi Paşinyanı kütləvi mitinqlərlə devirməkdir. Həm də Qarabağda Ermənistanın, separatçıların uğursuzluğunu Paşinyanın üstünə atmaq istəyirlər”.
Ardını oxu...
ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton NATO-nun genişlənməsi ilə bağlı danışıb və Rusiya prezidentini günahkar çıxarıb.

Tribunainfo.az xarici agentliklərə istinadən xəbər verir ki, Klinton bu barədə Dövlət Departamentində rəsmi portretinin açılışı münasibətilə təşkil olunan tədbirdə danışıb.

Klinton burada 2016-cı il seçkilərində məğlub olduğu Donald Trampa söz atmağı unutmayıb.

O, Trampı ABŞ-ın dostları və müttəfiqləri ilə bütün körpüləri yandırmaqda ittiham edib. Hillari Klintonun fikrincə, ABŞ prezidenti Co Bayden Obama administrasiyasının bir çox prioritetlərini müdafiə edir.

“Ukraynada demokratiyanı müdafiə etmək, NATO-nu genişləndirmək bunların başına gəlir. Yeri gəlmişkən, Vladimir, buna görə sən özün günahkarsan”, – deyə sabiq dövlət katibi bildirib.

Onun bu sözləri iştirakçılar tərəfindən gülüş və alqışlarla qarşılanıb.

“Biz həmişə demişik: “İnsanlar NATO-ya qoşulmağa məcbur edilmir. İnsanlar NATO-ya üzv olmağı seçir və istəyirlər”, – deyə Hillari Klinton əlavə edib.
 
 
 

Dünyapress TV

Xəbər lenti