Ardını oxu...
"Ukraynalıların yalnız yarısı Polşaya xoş niyyətlə yollanır, qalanları pul dalınca gəlir..."

"Belə nəticə Kiyev və Qərb üçün ən pis ssenaridir və Qərbin həmrəyliyini pozmağa çalışan Kremli heyrətə gətirəcək..."

Polşada sağ avroskeptik Konfederasiya partiyası populyarlıq qazanır

Polşada bu gün, oktyabrın 15-də parlament seçkiləri keçiriləcək. Səsvermə ərəfəsində "Azadlıq və Müstəqillik Konfederasiyası ("Konfederasiya" kimi də tanınır) sağ avroskeptik siyasi partiya polulyarlığını artırır.

Moderator.az xəbər verir ki, bu barədə CNN nəşrinin məqaləsində deyilir.

Bu partiya hakimiyyəti dövlət vəsaitlərinin Ukraynaya yardıma xərclədiyinə görə tənqid edir, onun tərəfdarları isə Polşanın qəbul etdiyi Ukrayna qaçqınlaına əsasən şübhə ilə yanaşır və Ukrayna taxılının ölkəyə tədarük edilməsindən narahatdır.

Konfederasiyanın dəstəyinin əsasını Polşanın kənd yerlərindən olan gənc Polşa kişiləridir. Bu kateqoriyadan olan seçicilərini itirməkdən ehtiyat edərək, "Huquq və Ədalət" (PiS) hakim partiyasının məmurları son aylar ərzində Kiyevə münasibətdə öz ritorikasını kəskinləşdirib, prezident Zelenski və onun hökumətini Volın faciəsi ilə, taxıl idxalı və hətta silah tədarükü ilə bağlı məsələlərdə kəskin tənqid edir.

Konfederasiyanın mitinqlərinin iştirakçıları jurnalistlərlə söhbətlərində Ukrayna və ukraynalılar barəsində müxtəlif neqativ fikirlər səsləndirib.

O cümlədən onlar iddia edib ki, ukraynalıların yalnız yarısı Polşaya "xoş niyyətlə" yollanır, qalanları isə, guya, "pul dalınca" gəlir.

Həmçinin iddia edilir ki, guya, Ukrayna Polşa siyasətinə xeyli təsir göstərməyə başlayıb və ukraynalıları, guya, Varşava tərəfindən göstərilən yardıma görə minnətdarlıqlarını nümayiş etdirməməkdə ittiham edib.

Partiya Polşa siyasətində iri oyunçu olmasa da, son həftələr öz təsirini artırıb. Ekspertlərin dəyərləndirmələrinə görə, əgər Konfederasiya hakim PiS partiya ilə sazişə gələrsə, siyasi qüvvə hakimiyyətə yol əldə edə bilər, o zaman Ukrayna əleyhinə əhval-ruhiyyə Polşada qərarların qəbul edilməsinə daha çox təsir göstərəcək.

Hal-hazırda Konfederasiya iddia edir ki, hər-hansı saziş bağlanılmasında maraqlı deyil, lakin belə bir fikir geniş yayılıb ki, bu partiyanın dəstəyi hakim PiS partiyasına özünün zəifləmiş hökumətinin gücləndirilməsi üçün tələb oluna bilər.

"Belə nəticə Kiyev və Qərb üçün ən pis ssenaridir. Hər yerdə mitinqlərdə hökm sürən ovqat Qərbin həmrəyliyini pozmağa çalışan Kremli heyrətə gətirəcək...

Ötən ilin fevralında təxirə salınmış tarixi travma və qonşuluq rəqabəti geriyə dönür, Konfederasiya öz səsini ölkədə olan 1, 4 milyon Ukrayna qaçqınlarına şübhə ilə yanaşan polyaklara verib", - CNN jurnalistləri qeyd edir.

Polşada 2023-cü ilin seçkiləri-bunları bilmək lazımdır

Bazar günü, oktyabrın 15-də polyaklar öz parlamentinin hər iki palatasını seçəcək.

Ekspertlər Yaroslav Kaçinskinin hakim "Hüquq və Ədalət" mühafizəkar partiyasının öz mövqelərini saxlaya biləcəyini və ya sabiq baş nazir Donald Tuskun müxalif "Vətəndaş mövqeyi" partiyasına uduzacağını birmənalı proqnozlaşdıra bilmir.

Bu iki siyasi qüvvədən başqa, parlamentə daha üç partiyanın-mərkəzçi "Üçüncü yol", sol partiyaların koalisiyası və ifrat sağ "Azadlıq və Müstəqillik Konfederasiyası" partiyasının keçəcəyi proqnozlaşdırılır.

Seçkilər ərəfəsində ölkənin sabiq baş naziri və Polşa müxalifətinin lideri Donald Tusk Kiyevə hərbi yardımı artırmağa çağırış edib.

Eyni zamanda, hakim partiya Ukrayna taxılı ilə bağlı öz ritorikasını kəskinləşdirərək, seçicilərin, xüsusilə fermerlərin səslərini əldə etməyə cəhd edir. Ziddiyyətli fikirlər həm də Ukraynaya silah tədarükü ilə bağlı səsləndirilib.
 
Ardını oxu...
Bu gün jurnalist Fəxriyyə Lilparın təqdimatında Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti süjet hazırlanıb.

Süjetdə bildirilir ki, erməni jurnalist Naira Bulqadaryan Qərbi Azərbaycanın Loru-Pəmbək mahalının Saral kəndindəki qəbiristanlıqdan yazıb.

Sözügedən jurnalist bir neçə beynəlxalq mükafata layiq görülüb və Pəmbək mahalının Qarakilsə şəhərində çalışır.

O, yazdığı məqalədə Qərbi Azərbaycandakı qəbirlərə toxunub: “Ermənistan hökumətinin Azərbaycan qəbiristanlıqlarının bərpası üçün heç bir vəsaiti yoxdur, çünki hökumətin fikrincə, onlar tarixi və mədəni dəyəri təmsil etmir”.

Daha ətraflı süjetdə:

 
Ardını oxu...
DİA.AZ: - Son zamanlar yerli icra hakimiyyətlərinin fəaliyyəti ciddi tənqid olunur. Nöqsanları ilə gündəmə gələn bəzi icra başçıları işdən çıxarılsa, həbs olunsa belə, yenə vəziyyət dəyişmir. Dəfələrlə adları şikayət və tənqid olunanlar siyahısında hallanan icra başçılarının fəaliyyətində dönüş yaranmır.

DİA.AZ bildirir ki, yerli KİV-də əhalinin ən çox narazı qaldığı icra hakimiyyətləri barədə araşdırma materialı təqdim olunub. Aydın olur ki, narazılığa səbəb olan RİH-lərdən biri də Masallı rayon İcra Hakimiyyətidir.

Araşdırma materialında deyilir: "Məlum olub ki, ən çox şikayətlərin olduğu icra hakimiyyəti Lənkərandır. Bu qurumun adı mətbuatda müxtəlif qalmaqallarda çəkilir. Taleh Qaraşovun kadrlarının özbaşınalığı isə yerli KİV-də DASTANA çevrilib... Təsadüfi deyil ki, ən çox məmur özbaşınalığı da məhz bu icra hakimiyyətində baş verir.

Rayonun icraatında olan kəndlərdəki sosial problemlərin qabardılması, təyinatı üzrə olmayan torpaqların bələdiyyə və ərazi nümayəndəliyi tərəfindən satışa çıxarılması, qanunsuz tikintilərin qarşısının alınmaması, vətəndaş şikayətləri və qazi müraciətlərinə məhəl qoyulmaması ilə bağlı faktlar isə icra hakimiyyətinin fəaliyyətsizliyini ortaya qoyur.

Təsadüfi deyil ki, Lənkəran sakinləri Qaraşovu Lənkəranın gününü qaraltmaqda ittiham edirlər.

Hər halda bu iddiaların hər birinin arxasında real faktlar dayanır. Amma nədənsə əlaqədar qurumlar Qaraşovla bağlı hansısa hüquqi ölçünü götürməyə tələsmir. Amma bu heç bir halda istisna hesab oluna bilməz..."

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...



ƏLAQƏDAR YAZI: Masallıda ARAZ BULANIQDIR... - O DA HƏBSDƏN EHİYATLANMIR...
 
Ardını oxu...
ABŞ Dövlət Departamentinin katibi Antoni Blinken Nümayəndələr Palatasının bir qrup üzvü ilə telefon danışığında Azərbaycanın yaxın həftələrdə Ermənistanı işğal edə biləcəyi ehtimalını istisna etməyib.

Ovqat.com xəbər verir ki, məlumatı ABŞ-ın ünlü “Politico” nəşri yayıb.

Nəşrin iddiasına görə, Blinken telefon danışığında həmçinin bildirib ki, Vaşinqton heç bir halda Bakıya hərbi yardım göstərilməsini qadağan edən "Azadlığa Dəstək" Aktına 907-ci düzəlişə yenidən qayıtmağı planlaşdırmır.

ABŞ Dövlət Departamentinin rəhbərinin ötən həftə bir qrup konqresmenlərlə söhbətində bu barədə bildirdiyi iddia olunur. Dövlət katibi söhbət zamanı vurğulayıb ki, Vaşinqton Azərbaycanın Zəngəzuru işğal etmək ehtimalını diqqətlə izləyir.

Söhbətdə iştirak edən iki qaynaq Politico-ya açıqlamasında bu faktı təsdiqləyib.

Nəşr bildirib ki, Blinkenin bu çağırışı Azərbaycanın qərbindəki separatçı bölgəyə qarşı əməliyyatları və münaqişənin genişlənməsi ehtimalı ilə bağlı ABŞ administrasiyasının narahatlıq keçirdiyini göstərir.

“Azərbaycan prezidenti İlham Əliyev bundan əvvəl Ermənistanı cənub sərhədi boyunca materik Azərbaycanı Türkiyə və İranla həmsərhəd olan eksklavla birləşdirən “dəhliz” açmağa çağırıb. Əliyev məsələni “zorla” həll edəcəyi ilə hədələyib”, - Politico məlumatı şərh edərkən vurğulayıb.

İddiaya görə, oktyabrın 3-də Nümayəndələr Palatasının üzvləri ilə keçirilən telefon danışığı zamanı millət vəkilləri Blinkenə “Qarabağın işğalı” iddiası ilə Azərbaycana qarşı mümkün tədbirlər barədə təzyiq göstəriblər.

Nəşrin sorğusuna cavab verən Dövlət Departamenti bu iddianı şərh etməyib, lakin departamentin “Ermənistanın suverenliyi və ərazi bütövlüyü”nə və münaqişənin “birbaşa danışıqlar” yolu ilə həllinə sadiqliyini vurğulayıb.

Xəbərdə o da vurğulanıb ki, Prezident İlham Əliyevin xarici siyasət üzrə baş müşaviri Hikmət Hacıyev çərşənbə günü verdiyi bir müsahibəsində Azərbaycanın Ermənistan ərazisində hər hansı iddiasının olmadığını bildirib. Onun sözlərinə görə, münaqişə riski azdır, çünki “son iki həftə Ermənistan-Azərbaycan münasibətləri tarixində ən sakit həftələr olub – Qarabağdakı əməliyyatlardan sonra artıq səngərlərdə bir-birinə baxan əsgərlər yoxdur”.

Hikmət Hacıyev əlavə edib ki, Azərbaycan regionda özünün “antiterror” əməliyyatı ilə hüquqi, tarixi və mənəvi cəhətdən özünə məxsus olanı bərpa edib və de-yure erməni ərazilərinə daxil olmaq niyyətində deyil.
Ardını oxu...
Rusiya Prezidenti Vladimir Putin ötən şənbə günü ad gününü necə keçirdiyindən danışıb.

Putin bu barədə “SHOT” “Telegram” kanalının müxbirinin müvafiq sualını cavablandırarkən bəhs edib.

Rusiya prezidenti doğum gününü ölkəyə səfərə gələn Qazaxıstan və Özbəkistan prezidentləri ilə qeyd etdiyini deyib.

“Onlar ayın 7-si tarixinə qaldılar, üçümüz “atışıb” oturduq...”, - deyə o bildirib.

Qeyd edək ki, həmin gün Qazaxıstan və Özbəkistan prezidentləri Rusiyaya işgüzar səfərə gəliblər. Putinin sözlərinə görə, dövlət başçıları iş məsələlərini müzakirə ediblər, daha sonra birlikdə nahar etməyə gediblər və “üçü birlikdə oturublar”.
Xatırladaq ki, oktyabrın 7-də Vladimir Putin, Qasım-Jomart Tokayev və Şavkat Mirziyoyev Rusiyadan Qazaxıstan vasitəsilə Özbəkistana qaz nəqlinə başlayıblar.

Bundan sonra Rusiya prezidenti Özbəkistanın rəhbərinə özünün “Aurus” avtomobilini nümayiş etdirib və həmkarını gəzdirmək üçün sükan arxasında özü əyləşib.

Mənbə: “SHOT” “Telegram”
 
Ardını oxu...
“Qarabağ nəticə etibarı ilə indi deyil, ötən ilin oktyabrında Praqada görüşdə Ermənistan Baş naziri Paşinyanın Qarabağla bağlı bəyanatından sonra yekun olaraq Azərbaycanın tərkib hissəsi oldu.
Hansı ki, həmin bəyanatla Qarabağın statusu köklü şəkildə dəyişdi. Yəni ki, Ermənistan Qarabağın statusunu müəyyən etdi. Ermənistan etiraf etdi ki, Qarabağ Azərbaycan Respublikasının tərkib hissəsidir”.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin MDB Dövlət Başçıları Şurasının iclasının yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ötən onilliklər ərzində hər şey Qarabağın statusu məsələsinin ətrafında dövrə edib: “Mən indi detallara varmayacam.
Lakin demək istəyirəm ki, biz ötən onilliklər ərzində dəfələrlə Qarabağla bağlı sazişin imzalanmasına yaxın olmuşuq. Problem hər zaman nədə olub?
Razılaşmışıq ki, referendum keçirilməlidir. Lakin bir tərəf deyib ki, referendumun vaxtını deyə bilmir. Bu, Azərbaycan idi.
Ona görə ki, həmin şərtlərdə referendum keçirilsəydi, referendumun nəticəsi göz qabağında olacaqdı. Ona görə də, təklif olunurdu ki, referendumun keçirilməsi gələcək nəsillərə saxlanılsın.
Ermənistan tərəfi isə təkid edirdi ki, referendumun keçirilmə vaxtı müəyyən olunsun və həmin referendumla Qarabağın status müəyyən olunsun. Onlar hesab edirdilər ki, Qarabağın həmin dövrdəki əhalisi ilə nəticələr göz qabağında olacaq. Bütün problemin məğzi bu idi.
Hər şey bunun, statusun müəyyən edilməsinin ətrafında dövr edirdi. Ötən il isə Praqada Ermənistan rəhbərliyi mövzunu bağladı, dedi ki, Qarabağ Azərbaycanın hissəsidir və kvadrat kilometrlərlə göstərdi.
Eyni zamanda 1991-ci ilin müqaviləsinə (Almatı Bəyannaməsi-red.), hansı ki, həmin müqavilədə keçmiş SSRİ respublikalarının inzibatı sərhədləri dövlət sərhədləri kimi müəyyən edilirdi, istinad elədi. Bitdi. Mövzu bağlandı.
Ona görə də, 2020-ci ildə biz sülhməramlılarımızın bu əraziyə yeridilməsi barədə razılaşanda, birincisi, onların mandatı ancaq atəşkəs rejimini müşahidə etmək idi, ikincisi isə, Qarabağın yekun status müəyyən edilməmişdi.
Ermənistan Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu etiraf edəndən sonra bizim sülhməramlılarımızın şübhəsiz Azərbaycan ərazisində olduğu məlum oldu. Əlbəttə ki, erməni əhalinin köçündən sonra vəziyyət kardinal şəkildə dəyişdi. Formal olaraq sülhməramlılarımız 2025-ci ilin noyabrında kimi oradadırlar.
Biz tərəfdaşlarımızla dialoqdayıq və əlbəttə ki, yaxın vaxtlarda nəyi necə edəcəyimiz müəyyənləşdirəcəyik. Bunu danışıqlar prosesində həll edəcəyik”.
Putin Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanma perspektivi ilə bağlı sualı da cavablandırıb. Bildirib ki, Rusiya sülh müqaviləsinin imzalanmasına yardım etməyə hazırdır:
“Moskvada həmkarlarımızın görüş keçirməsini təklif etdik. Paşinyan bu barədə bilir. Mən ona demişəm. Azərbaycan prezidenti bu barədə bilir.
Mənə elə gəlir ki, bu tamamilə mümkündür. Mən Qarabağdakı hadisələrdən sonra Ermənistanla Azərbaycan arasında indi sülh müqaviləsinin bağlanmasına maneə olan hansısa problem görmürəm.
Sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı sadəcə texniki xarakterli problemlər mövcuddur. Məncə, bu texniki məsələdir, 100 metr bu tərəfə, kilometr o tərəfə… Bu elə də vacib deyil. Tərəflərin iradəsi ilə hər şeyi etmək mümkündür”.
 
Ardını oxu...
Ermənistanda ağılsız revanşistlər peyda olub.

“Ayakve” təşəbbüs qrupu “Qarabağ heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq” adlı petisiya üçün imza toplamağa başlayıb.

Erməni KİV-in məlumatına görə, müvafiq sənədi 58 min erməni imzalayıb.

İndi revanşistlər Qarabağın Azərbaycan ərazisi kimi tanınmasına görə ölkədə cinayət məsuliyyətinə cəlb ediləsini təklif edən layihəni parlamentə təqdim ediblər.

TEREF.AZ-ın mlumatına görə, Cebhe.info-ya açıqlamasında politoloq Natiq Miri bildirib ki, əslində bu, həm də söz və fikir azadlığına ziddir:

“Çox marağlıdır ki, hüquq və demokratiya adına iddia edən, qərb dünyasında da bu cür tendensiya mövcuddur. Fransada belə bir qanun var ki, qondarma erməni soyqırımını inkar edənlərə cinayət işi açılsın. Bu qərərlar əslində, insan haklarının kobud pozulmasıdır".

Həmsöhbətimiz bildirib ki, müqqədəs Quran kitabını yandıranlar, elədikləri qeyri insani əməllərə, fikir azadlığı adı altında don geyindirənlər belə qərarlardan danışırlar:

“Vətəndaşın istənilən məsələni təksib etmək və təstiq etmək hüququ vardır. Belə məsələdə nədənsə fərqli davranmağa çalışırlar. Necə olur ki, 2 milyarddan çox müsəlmanın hissi ilə oynayırlar, müqqədəs Quran kitabını yandıraraq.

Adına da fikir azadlığı deyib qələmə alırlar. Qondarma erməni soyqırımı kimi, bu məsələdə də heç bir nəticə əldə edilməyəcək. Çünkü ortada nə fakt var, nə də sübüt. Sadəcə bəzi insanlar maraqlarını təmin etmək istəyirlər. Bununla da yeni konfliktə zəmin yaratmaq istəyirlər, ancaq bu alınmayacaq”.
Ardını oxu...
1813-cü il yanvar ayında Kutlerovski Lənkəranı işğal etsə də Abbas Mirzə müharibəni davam etdirir, sülhü qəbul etmirdi.
Təbrizdə silah istehsal edir, topları hazırlayır, yeni ordu qururdular. Baharın əvvəlində Abbas Mirzənin ordusu hücuma keçərək rusları geri oturtdu.
Ancaq yayın əvvəlində vəziyyət gözlənilmədən dəyişdi.
Ucana gələn Şah burada dincəlib yeni hücuma hazırlaşdığı bir vaxtda Xorasandan ağır xəbərlər gəlir. Türkmən xanları mərkəzi hakimiyyətə qarşı üsyan qaldırırlar.
Vəziyyət pisləşdiyi üçün Şah sülh bağlanması üçün tapşırıqlar verərək Azərbaycanı tərk edir. Ruslarla sülh danışıqlarında vasitəçiliyi isə daha əvvəl olduğu kimi Britaniya səfiri edəcəkdi..
Milli Kimlik
Teref.az
Ardını oxu...
“HƏMAS-ı qızışdırıb İsrailin üstünə göndərən İranın “İslam İnqilabı Keşikçiləri Korpusu”dur (SEPAH)”.

Bunu Türkiyənin təhlükəsizlik məsələləri üzrə eksperti Abdullah Ağar deyib.

Onun iddiasına görə, bu savaşda konkret hədəf Türkiyədir. Ekspert qeyd edib ki, bu səbəbdən Türkiyə strateji olaraq soyuqqanlı və təmkinli hərəkət etməlidir.

Ağar vurğulayıb ki, bu, İsrail və HƏMAS arasındakı müharibə kimi görünsə də, məsələ belə deyil:

“Bu savaş İsraillə HƏMAS-dan istifadə edənlər arasında gedir. Bu mərhələdə Ərəb-İsrail yaxınlaşması, IMEC dəhlizi, yəni Hindistan – Bəsrə körfəzi – Səudiyyə Ərəbistanı – İordaniya – İsrail – Şərqi Aralıq dənizi – Avropa xətti zibil qutusuna atıldı. Eləcə də ABŞ-ın Səudiyyə Ərəbistanı ilə İsraili yaxınlaşdırmasına alternativ olaraq, Çinin Ər-Riyada bir sıra təhlükəsizlik vədləri verərək İranla yaxınlaşdırması səyləri pozuldu. Bunlarla yanaşı, bir çox məsələlər də var. Məsələn, Türkiyə-İsrail münasibətlərinə təsir etmək. Türkiyə bu nöqtədə son dərəcə sakit hərəkət etməlidir. Bu durum qəsdən cızılır, açıq deyirəm ki, gördüklərimin arxasında “Qüds” briqadası, İsmayıl Qəni, yəni İranın “İnqilab Keşikçiləri” dayanır.

Məsələ Qəzzə ilə məhdudlaşacaq, yoxsa İordan çayının qərb sahilinə sıçrayacaq? Livan hansısa yolla işə qarışacaqmı? Asimetrik müharibə, yəni vəkalət savaşı Suriya və İraqdakı şiə yaraqlıları vasitəsilə davam edəcəkmi? Yəni bu, İsraillə İran arasında müharibəyə çevriləcəkmi və bütün coğrafiyanı bürüyəcəkmi? Bununla bağlı böyük risk var.

Bir daha vurğulayıram; bu müharibənin konkret hədəfi Türkiyədir. Bunu niyə deyirəm? Baxın, Ukrayna-Rusiya müharibəsində balans siyasəti və strategiyası hazırlamışıq. Bunun nə qədər çətin olduğunu gördük. Amma düzgün iş gördük. Çünki hər iki tərəfin hesablamaları, hiylələri, əsaslandırmaları, haqsızlıqları var. Türkiyə nə etdi? NATO üzvü olsa da, neytral mövqedə dayandı, balans siyasəti və strategiyasını izlədi, bununla da özünü qəbul etdirdi. İndi Türkiyənin daha mürəkkəb parametrlərin, insan faciələrinin, dini ehtirasların və həssaslığın, geosiyasi hiylə və tələlərin meydana çıxdığı nöqtədə son dərəcə soyuqqanlı və ağıllı hərəkət etməlidir. Strateji zehni inkişaf etdirmək lazımdır. Çünki Türkiyə son vaxtlar çox mühüm addımlar atıb. Bunlardan ən mühümlərindən biri İsraillə münasibətlərin yaxşılaşdırılması idi”./teleqraf.com
 
Ardını oxu...
"İsrail HƏMAS-la heç bir danışıqlara getmir".

APA xəbər verir ki, bu barədə İsrail XİN-in sözçüsü Lior Haiat xarici media üçün təşkil olunan onlayn konfransında deyib.

Türkiyəli jurnalistin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi ilə HƏMAS-la mümkün danışıqların olması ilə bağlı sualı cavablandırarkən XİN sözçüsü deyib ki, onun ölkəsi hazırda radikal təşkilatla danışıqlara getmir:

"Biz hazırda ölkəmizə girməyə çalışan, vətəndaşlarımızı hədəf alan terrorçularla mübarizə aprarırıq. Heç bir danışıqlar və vasitəçilikdən söhbət getmir", - deyə İsrail rəsmisi deyib.
 
 
 

Dünyapress TV

Xəbər lenti