Əməkdar incəsənət xadimi, məhşur bəstəkar Cavanşir Quliyev Şimali Kipr Türk Cümhuriyyətindən Azərbaycana köçüb.
DİA.AZ xəbər verir ki, bu barədə "Report"a bəstəkar özü məlumat verib.
19 ildir Şimali Kiprin Yakın Doğu Universitetində çalışan professor C.Quliyev bundan sonrakı həyat və yaradıcılığını yenidən doğma vətəndə davam etdirmək qərarına gəlib.
O, son illər yazdığı irihəcmli əsərləri ifa etdirmək və lentə yazdırmaq zərurəti ilə qarşılaşdığından yenidən Vətənə qayıtdığını bildirib: "Mən Azərbaycan vətəndaşıyam, ölkədən də birdəfəlik getməmişdim. Haraya getsək də, hamımızın sonda dönəcəyi bir ünvan var – Azərbaycan. Sözsüz ki, Vətən müharibəsindəki tarixi qələbədən sonra qalib ölkədə yaşamağın və yaradıcılıq planlarımı həyata keçirməyin zövqü başqa olacaq".
Qeyd edək ki, C.Quliyev son vaxtlar ölkəyə qayıdan ilk nüfuzlu diaspor nümayəndəsi deyil. Bundan əvvəl də xaricdə yaşayan dəyərli ziyalılarımızdan bir neçəsi birdəfəlik vətənə geri dönüb
İranın mobil operatorlarında internetə çıxış kəsilib.
APA-nın Tehran bürosunun məlumatına görə, paytaxt Tehranda və bir neçə böyük şəhərdə mobil operatorlarda internetə çıxış kəsilib. Mobil internet istifadəçiləri yalnız yerli saytlara daxil ola bilirlər.
Müdriklər deyib "El bir olsa, dağ oynadar yerindən"...
Elin-obanın, xalqın birliyi də əsasən dar günlərdə bilinir. Çox təəssüflər olsun ki, sərvətlərindən dolayı ölkəmizin başı üzərində qara buludlar vaxtaşırı tarix boyu olubdur. Bu gün də var. Lakin, sevindirici hal da budur ki, həmişə belə zamanlarda xalqımız özü birlik, həmrəylik nümayiş etdirməklə bu cür uğradığımız haqsızlıqların öhdəsindən gəlməyi bacarıb. Bunun bariz nümunəsi kimi elə uzağa getmədən, 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən vətən müharibəsini və hazırda mütəmadi olaraq, məruz qaldığımız düşmən təxribatlarını xatırlada bilərik. Əslində minlərcə və onlarla şəhid verdiyimiz bu olayları xatırlatmağa gərək yoxdur, çünki, qədirbilən xalqımız özü bütün bunları ürək ağrısı ilə hər gün xatırlayır, eyni hadisələri düşüncələrdə hər gün yaşayır. Elə bu acılar oldu bizi bir daha birləşdirən, daha da güclü edən...
Müharibə gedə-gedə az olmadı öz əlləri ilə çörəklər, xörəklər bişirib cəbhə xəttinə aparan analar, şəxsi büdcəsi ilə avtomobilini ərzaqla doldurub hərbi hissələrə daşıyan atalar, oğullar...
Bir sözlə kimin əlindən nə, necə gəlirdisə, o cür dəstək olurdu. İndi də dəstək olurlar.
Yeri gəlmişkən bu günlərdə "DogruXeber.az"a belə bir maraqlı görüntülər daxil olub.
Gördüyünüz bu görüntülərin hər biri Ermənistanda lentə alınıb.
Baxın! Görüntülərdə satış mərkəzi, ofis, həyət və evin içi belə yer alır.
Bütün bunları lentə alan "Zero" ləqəbli hakerdir.
Zero Azərbaycanlıdır. O bütün bu görüntüləri öz bacarığı sayəsində əldə edib. Hətta, gördüyünüz kimi erməni evində Azərbaycanımızın himnini belə səsləndirməklə onların acizliyini bir daha özlərinə sübut edib.
Və budur Azərbaycanın himnini evində eşidən qadın təşvişlə gah həyətə, gah küçəyə qaçır. Azərbaycan himninin evinin içindən gəldiyinin fərqində deyil. Erməni qadının bu təşvişi bunu göstərir ki, onlar illərdir ki, içlərində bu qorxu ilə yaşayıblar. Bəlli ki, bir gün Azərbaycan oğullarının onlardan qisas alacaqlarını və geriyə, doğma Azərbaycan torpaqlarına qayıdacaqlarına əmin, eyni zamanda qorxu və həyəcanla gözləyirdilər. Elə himnimizi eşidəndə də yəqin o günün gəlib çatdığını anladı ki, birinci qaçdığı küçə oldu.
Zero ləqəbli Azərbaycan oğlu bununla da mənfur haylara qorxmaqda doğru etdiklərini və qorxduqları günün uzaqda olmadığını diqqətlərinə çatdırmış oldu.
Sözsüz ki, Zero bu qayda ilə lazım olan vacib məlumatları da əldə etmişdir.
Zeronun bu cür yüksək bacarığı ilə əldə etdiyi vacib məlumatlar, onun da haqq mübarizəmizin müsəlləh əsgəri olduğunu sübut edir.
Bəli, ön cəbhələrdə düşmənlə üzbəüz vuruşan milli ordumuzun arxasında bütün xalq bir ordu şəklində dayandığı, Zero kimi Azərbaycan övladlarının əlindən gəldiyi bacarığı ilə düşmənlərə qarşı mübarizəyə qatıldığı üçün bu gün Azərbaycan qalibdir.
Və bu danılmazdır ki, xalq həmişə bir olduqca onu heç bir xarici qüvvə yıxa bilməyəcək.
Tanrı xalqımızı, birliyimizi, bütövlüyümüzü qorusun.
Bu ilin avqust ayında Azərbaycanın mobil rabitə operatorlarının şəbəkələrində giriş internet trafikinin sürəti 30,9 Mbit/s təşkil edib.
Bu göstərici iyul ayı ilə müqayisədə 1% azalıb.
Cari ilin avqustunda ölkənin mobil şəbəkələrində çıxış trafikinin sürəti iyul ayının göstəricisi ilə müqayisədə 3,1% azalaraq 8,92 Mbit/s olub.
Qeyd edək ki, hesabat ayında dünya üzrə mobil trafikinin giriş və çıxış sürəti müvafiq olaraq 30,79 Mbit/s və 8,62 Mbit/s təşkil edib. Avqust ayının nəticələrinə görə, Azərbaycan bu göstərici üzrə 140 ölkə arasında 1 pillə geriləyərək 61-cı yerdə qərarlaşıb.
Mobil internet sürətinə görə liderlərin ilk üçlüyünə Norveç (122,77 Mbit/s), BƏƏ (118,42 Mbit/s) və Qətər (114,28 Mbit/s) daxil olub.
Reytinqə əsasən, bu ilin avqust ayında Azərbaycanda sabit genişzolaqlı internet trafikinin giriş sürəti 22,15 Mbit/s, çıxış sürəti isə 22,89 Mbit/s təşkil edib. İyul ayı ilə müqayisədə giriş sürəti 6,3%, çıxış sürəti isə 3,6% artıb.
Bu ilin avqust ayının nəticələrinə görə, sabit internetin sürəti reytinqində Azərbaycan 182 ölkə arasında iyun ayına nisbətdə 1 pillə geriləyərək 122-ci yerdə qərarlaşıb.
Dünyada ən sürətli sabit interneti olan ilk üç lider ölkə Sinqapur– 219,01 Mbit/s, Çili– 211,43 Mbit/s və Tayland – 188,75 Mbit/s olub.
Bu ilin avqustunda qlobal sabit internetin giriş və çıxış trafikinin orta sürəti isə müvafiq olaraq 69,14 Mbit/s və 29,09 Mbit/s təşkil edib.(apa)
Türkiyənin İstanbul şəhərində “Airtaxi” Dünya Konqresi keçirilib.
Konqresin son günündə İnformasiya Texnologiyaları Vadisində pilotsuz “Airtaxi” nümayiş olunub.
Şaquli şəkildə havaya qalxan avtomobilin nümayişi maraqla izlənilib. Eyni zamanda ərazidə yükdaşımalarında istifadə olunacaq hava taksiləri də sərgilənib.
Türkiyə sənaye və texnologiya naziri Mustafa Varank avtomobillə yaxından tanış olub.
“Gələn il 23 apreldə Qalataportdan Üsküdara sərnişinlə uçuş edə biləcəklərinə inandıqlarını söylədilər. Dostlarımız aprelin 23-nə qədər bunu çatdıra bilsələr, Türkiyədə ilk uçan taksi 23 apreldə boğaz üzərindən uçaraq keçəcək”, - deyə nazir qeyd edib.
Bir neçə gün öncə Xalq artisti Ənvər Həsənovun qızı atasının vəziyyətinin pis olduğunu açıqlamışdı.
DİA.AZ xəbər verir ki, lent.az aktyorun vəziyyəti ilə yenidən maraqlanıb. Aytən Həsənova əsəbi halda bildirib ki, onun adından bəzi saytlar atasının vəziyyətinin yaxşı olduğunu yazırlar.
“Mən nə zaman demişəm ki, atamın vəziyyəti yaxşılaşıb? Bir onu demişəm ki, başında hemotoma yoxdur. Həkimi deyir ki yıxılarkən başı qanamasaydı beyninə qan sızardı. Onun hazırda beynində iki damar zədəlidir. Nə yemir, nə yatmır, bütün günü baş ağrısından şikayətlənir. Bu bəyəm yaxşı olmaq deməkdir?
Hamı bizim üzərimizdən reytinq qazanır. Mədəniyyət Nazirliyindən zəng vuruldu, bir dəfə maraqlandılar, iş bununla bitdi. Onun müalicələri, həkimləri hamısı xərcdir. Heç kim bizə yardım etmir. Sabah evə yenə həkim gələcək. Ənvər Həsənovun bu dövlət üçün xidmətləri olub, niyə yada salan yoxdur? Axı o da umur, gözləyir, inciyir”.
Aytən xanımdan atasının nə üçün xəstəxanda müalicə almadığını soruşduq. O bildirdi ki, Ənvər Həsənov bir qədər kaprizlidir, evdən başqa heç yerdə qalmaq istəmir.
“Elə nazirliyin əməkdaşlarını qoyasan bizim adımızdan danışalar, müsahibə verələr, yalandan danışalar, heç biri bir iş görmürlər, əsəbimizi oynadırlar”.
BD əsaslı texnologiya nəhəngi Apple çoxdan gözlənilən yeni iPhone seriyasını təqdim edib. Şirkət yeni iPhone-larla ABŞ-da yeni dövrə başlayıb.
Qaynarinfo Hurriyet.com.tr-yə istinadla xəbər verir ki, təqdimatla iPhone 14-ün xüsusiyyətləri rəsmi status almış olub.
Şirkətin açıqlamasına görə, iPhone 14 və iPhone 14 Plus ABŞ-da SİM kart yuvası olmadan satılacaq.
Sentyabrın 9-da əvvəlcədən sifariş veriləcək iPhone 14 və 14 Plus, fiziki SİM kart əvəzinə eSIM ilə rəflərdə yerini alacaq. eSIM ilə nə dəyişəcək?
eSIM sayəsində istifadəçilər operatorları dəyişmək üçün mağazalara getməyə məcbur olmayacaqlar. Bu dəyişiklik telefonla edilə biləcək. iOS 16 ilə siz hətta eSIM-inizi Bluetooth vasitəsilə iPhone-lar arasında köçürə biləcəksiniz.
Kibertəhlükəsizlik üzrə ekspertlər bildirirlər ki, eSIM-lər həmçinin operatorlara və ya cihaz istehsalçılarına boşluqlar aşkar edildikdə proqram yeniləmələrini buraxmağa imkan verir.
eSIM proqram təminatı şirkəti Amdocs-un texnologiya qrupunun başçısı və strategiya rəhbəri Antoni Goonetilleke yeni dövr üçün aşağıdakı qiymətləndirməni dilə gətirib:
"Əgər problem yaranarsa, birdən bütün dünyada milyonlarla insana təhlükəsizlik yenilənməsi göndərə biləcəksiniz".
Lakin bu yenilik bəzi istifadəçiləri sevindirməyib. Bəzi Twitter istifadəçilərinin qeyd etdiyi kimi, xaricə səyahət edən iPhone istifadəçiləri üçün işlər bir az daha çətinləşib.
Yeni modeldən istifadə edən ABŞ istifadəçiləri ölkədən kənara səyahət etdikdə, rouminq ödənişlərindən qaçmaq üçün həmin ölkədə SİM kart ala bilməyəcəklər.
Xaricdə iPhone istifadə etməyə davam etməyin ən asan və nisbətən ucuz yolu olaraq görülən bu üsul Apple-ın eSIM qərarı ilə tarixə qovuşmuş olub.
“OceanGate Expeditions” dəniz ekspedisiyasının üzvləri yüz ildən artıqdır batmış “Titanik” gəmisini yeni üsulla görüntülərini təqdim ediblər.
Gəmi 8000 piksel təsvir ölçüsü ilə lentə alınıb ki, bu da tamaşaçıya qəzaya uğramış gəminin göyərtəsində bütün detalları görməyə imkan verir.
Ekspedisiyanın tərkibinə sualtı dalğıc mütəxəssisləri, tədqiqatçı alimlər daxil olub.
Həmçinin macəra həvəskarları da okeanın dibinə səyahət edib gəmini canlı izləyə bilərlər. Bunun üçün bilet 250 min dollar təşkil edir.
“OceanGate” gəminin tədqiqinin qısa videosunu çəkib. Kadrları 8000 piksel təsvir ölçüsündə izləmək olar ki, bu da gəmini detallı şəkildə görməyə imkan verir. Məsələn, lövbərin kiçik detallarını, bir vaxtlar sahildəki dayaqlara yanalma kəndirlərini, “Titanik”in altı yük anbarından birincisini və gəminin nəhəng bürünc qüllələrini görmək mümkündür.
Alimlər və dəniz arxeoloqları həmçinin “Titanik”in “fenomenal rəng”lərə malik olduğunu qeyd ediblər.
Növbəti videoların isə 2023-cü ildə çəkilməsi planlaşdırılır.