Ardını oxu...
Amerikanın “Google” şirkəti ilk dəfə olaraq “Pixel Watch” smart saatlarının ilk modelini rəsmi olaraq təqdim etdi.

Qeyd olunur ki, qadcet dəyirmi forma və paslanmayan polad korpusa malikdir. Onu idarə etmək üçün digər şirkətlərin ağıllı saatları kimi çarx və düymədən istifadə olunur.

Cihazın daxilində 2 GB RAM ilə Exynos 9110 çipi quraşdırılıb.

“Pixel Watch” “Wear OS 3.5” ilə işləyir və daxili səs köməkçisinə malikdir. Yenilik Fitbit xidmətləri ilə inteqrasiya, həmçinin sahibinin fiziki fəaliyyətini izləmək imkanı əldə edib.

Saatın daxili batareyası 24 saat fasiləsiz işləməyə imkan verir. Sürətli doldurma yarım saat ərzində enerjinin 50%-ni bərpa edir.

Mənbə: gazeta.ru
 
Ardını oxu...
Сənubi Koreya 1100 metr dərinlikdə unikal laboratoriya inşa edib. Burada alimlər kainatın sirlərini araşdırmağa hazırlaşırlar.

Koreyanın Əsas Elmlər İnstitutu yeni laboratoriyanın ölkənin ən dərin yeraltı tədqiqat mərkəzi olduğunu bildirib. Laboratoriya Şərqi Qanqvon-do əyalətindəki Yemi dağının altında yerləşir. Lakin mərkəz yalnız gələn il açılacaq.

Laboratoriya 3000 kvadratmetr sahəyə malikdir. Burada eyni vaxtda 10-dan çox eksperimental tədqiqat apara bilir.

21,8 milyon dollarlıq layihə 2017-ci ildə başlayıb. Onun inşası qaranlıq maddəni aşkar edərək, eləcə də neytrinoların kütləsini ölçməklə kainatın yaradılmasını və tərkibini araşdırmaq məqsədi daşıyır.

Alimlər izah ediblər ki, yeraltı laboratoriya tədqiqatçılara bu az tanınan materiallardan gələn siqnalları fon səs-küyü və ya kənardan gələn şüalar olmadan aşkar etməyə kömək edəcək. (Mənbə: rbc.ua)
 
 
 
Ardını oxu...
“Orion” kosmik gəmisi ilə "Space Launch System" (SLS) super ağır raket-daşıyıcının Aya buraxılması üçün daha bir cəhd “İan” qasırğası səbəbindən təxirə salınıb.

TED.az-ın məlumatına görə, bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyasının (NASA) saytında yerləşdirilən melumatda bildirilib.

Məlumata əsasən, buraxılışın yeni cehdi noyabrın 12-dən gec olmayaraq həyata keçirilə bilər:

"NASA noyabrın 12-də açılan və noyabrın 27-də bağlanan buraxılış pəncərəsindən yararlanaraq, missiyanın işə salınması üçün hazırlıqlara diqqət yetirmək qərarına gəlib. Yaxın günlərdə rəhbərlik şaquli quraşdırma binasında [Vertical Assembly Building, VAB] tamamlanacaq işlərin həcmini qiymətləndirəcək və növbəti buraxılış cəhdi üçün dəqiq tarix təyin edəcək".
 
Ardını oxu...
“Konyaspor”un ev oyunlarını keçirdiyi Konya Böyükşəhər Bələdiyyəsi stadionunda azarkeşlər oyunu fərqli şəkildə izləyə biləcək.

Belə ki, təmir işləri başa çatan stadionda lojaya cakuzi qoyulub.

Loja sahiblərinə təklif edilən cakuzi imkanı da Türkiyədə bir ilk olaraq qeydə alınıb.

Azarkeşlər matçı cakuzidə izləyə biləcəklər. Bu xidmət Türkiyədə bir ilk olacaq.

Mənbə: Sondakika
 
 
 
Ardını oxu...
“Bu, nə birbaşa itkilər, nə də başqa ölkənin ərazisinə hücumdur, ona görə də Qərbin birbaşa hərbi reaksiyasına səbəb ola bilməz”

Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən, dünya hər iki tərəfin yaxın günlərdə atacağı addımlarla bağlı proqnozlar verir. Daim Rusiya ilə bağlı kəşfiyyat məlumatları toplayan Britaniyanın Silahlı Qüvvələrinin ən yüksək səviyyəsindən gələn iddia ortalığı daha da qarışdırır.

Putinin “Şimal axını 1” və 2-ci boru kəmərlərində dörd sızma və sualtı partlayışlar törətməkdə ittiham edilməsindən sonra danışan ingilis komandan Rusiyanın növbəti hücum hərəkəti barədə xəbərdarlıq edib və diqqəti qurudakı müharibədən başqa səmtə yönəldib.

Admiral ser Toni Radakin Putinin kosmosda hücumlara başlaya biləcəyi ilə bağlı dünyaya xəbərdarlıq edib. Onun iddiasına görə, Rusiya həm yeraltı, həm də səmada Ukraynada müşahidə olunan ənənəvi quru müharibəsinin istiqamətini dəyişə bilər.

“Rusiyanın nüvə potensialı var, Rusiyanın sualtı imkanları var. Və onların kosmosda imkanları var. Biz bunun nümunəsini keçən ilin sonunda Rusiyanın kosmosda böyük miqdarda dağıntılar yaradan obyekti partlatması zamanı gördük”, - deyə komandan bildirib.

“Ukraynada atdığı addımlar, enerji sahəsində və diplomatik münasibətlərdə gördükləri işlərlə yanaşı, Rusiyanın digər sahələrdə də imkanları var. Və bunun ən mühüm sütunlarından biri informasiya müharibəsidir”, - deyə o vurğulayıb.

Keçən ilin noyabrında Rusiya yerdən təxminən 300 mil yüksəklikdə olan peyklərindən birini vuran yerüstü raketi sınaqdan keçirdi. Moskva həmçinin Böyük Britaniya və ABŞ tərəfindən 2020-ci ildə kosmosa silaha bənzər raket buraxmaqda ittiham edilib.

“Royal United Services Institute” beyin mərkəzinin baş direktorunun müavini Prof. Malcolm Çalmers bildirib ki, Rusiya peykləri məhv edərsə, bütün dünyada təsiri hiss olunacaq: “Rusiya həm hərbi, həm də mülki GPS sistemlərinə dünyanın hər yerində hücum edə bilər. Telefonlarımızın və avtomobillərimizin əksəriyyətində istifadə edilən peyk naviqasiya sistemləri kimi mülki xidmətlərdə müəyyən fasilələr ola bilər”.

Çalmers qeyd edib ki, boru kəmərlərinin təxribatı kimi, peyklərin məhv edilməsi də “nə birbaşa itkilər, nə də başqa ölkənin ərazisinə hücumu” əhatə edir və buna görə də Qərbin birbaşa hərbi reaksiyasına səbəb ola bilməz.

Bununla belə, admiral Radakin təkid edir ki, əgər Rusiya dünya informasiyasının 95 faizindən çoxunun yayıldığı sualtı dəniz kabelləri vasitəsilə və ya kosmosda kritik infrastruktura hücum etsə, NATO ölkələrinin sərt reaksiyasına səbəb olacaq.

Bu ayın əvvəlində Putin Ukraynadakı müharibəni öz xeyrinə çevirmək üçün 300 000 ehtiyatda olan əsgərin qismən səfərbər edilməsi əmrini verərkən, eyni zamanda nüvə silahından istifadə ilə bağlı blef etmədiyini də bəyan etmişdi.

Lakin Putinin bütün ritorikasına baxmayaraq, ser Toni "Rusiya nüvə müharibəsi istəmir" deyə düşünür: “Rusiya NATO ilə müharibə istəmir. Rusiya beynəlxalq ictimaiyyəti öünə qarşı indi olduğundan daha artıq qaldırmaq istəmir. Çünki bu, Rusiya üçün daha böyük problemlər yaradır”.

Mənbə: “Hurriyet”

Tərcümə AYNA-ya məxsusdur

Müəllif: İsmayıl Məmmədli
 
 
 
Ardını oxu...
Sentyabrın 29-da Azərbaycanın qədim və zəngin tarixini, mədəniyyətini təbliğ edən yeni layihə ictimaiyyətə təqdim edilib. Heydər Əliyev Fondu və bp şirkətinin birgə tərəfdaşlığı ilə hazırlanan “Dünya xəzinələri – Azərbaycan” (“Treasures of the World – Azerbaijan”) filminin Heydər Əliyev Mərkəzində premyerası olub.

Publika.az xəbər verir ki, Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva filmin premyerasını izləyib.

Bakı, Şuşa, Qobustan və Şəkinin ecazkar və əsrarəngiz tarixini, mədəni xəzinələrini təqdim edən film Azərbaycanın zəngin mədəni irsinin beynəlxalq miqyasda təbliğinə yönəlib.

Təqdimat mərasimində çıxış edən bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz ekran əsərinin çox sayda insanın dəstəyi ilə ərsəyə gəldiyini deyib. Qəri Counz Azərbaycanın mədəni irsinin bu cür tədqiq olunması və dünya ictimaiyyətinə mükəmməl şəkildə təqdim edilməsində əməyi olan şəxslərə minnətdarlığını bildirib: “Azərbaycandakı fəaliyyətimizin 30-cu ildönümündə Azərbaycanın beynəlxalq miqyasda təbliğinə yönələn bu böyük töhfəni verə bilməyimizdən qürur və şərəf duyuruq. Ümid edirik ki, Azərbaycanı dünyanın mədəniyyət xəzinəsinin bir incisi kimi təqdim edən filmdən milyonlarla insan böyük zövq alacaq”.

Qəri Counz, həmçinin vurğulayıb ki, bu film bp üçün Azərbaycanın qonaqpərvərliyinin dünyaya nümayiş etdirmək baxımından gözəl fürsətdir. Heydər Əliyev Fonduna minnətdarlığını bildirən Q.Counz bp və Fondun birgə bir sıra sosial layihələr ərsəyə gətirdiyini deyib. O, Arzu Əliyevaya və Bakı Media Mərkəzinə filmin ərsəyə gəlməsindəki yüksək texniki dəstəyə görə təşəkkürünü bildirib.

Premyeradan öncə filmin müəllifi, tarixçi, yazıçı, aparıcı və məşhur “Dünya xəzinələri” sənədli filmlər silsiləsinin ssenari müəllifi və təqdimatçısı professor Bettani Hyuz da çıxış edib.

“Burada sizinlə olmaq çox xoşdur. Heydər Əliyev Fondu bizi inanılmaz dərəcədə dəstəklədi”, - deyən professor Bettani Hyuz Azərbaycan kimi gözəl diyar haqqında film paylaşmağın gözəl bir iş olduğunu vurğulayıb.

İlk dəfə Azərbaycana tarixçi kimi gəldiyini deyən Bettani Hyuz dünyada ən qədim rəvayətlərin hamısının Cənubi Qafqaza gətirib çıxardığını söyləyib.

“Azərbaycan xalqı qonaqpərvərdir. Azərbaycan qonaqpərvərliyin əsl diyarıdır. Azərbaycanın təbiəti və mədəniyyəti çox zəngindir. Budur insan və təbiət dünyasının möcüzələri: gözəllik, sülh və qonaqpərvərlik”, - deyə Bettani Hyuz fikrini yekunlaşdırıb.

Qeyd edək ki, professor Bettani Hyuz Azərbaycanın tarixini və mədəniyyətini araşdırmaq və geniş auditoriyanın marağına səbəb olan filmlərindən birini ölkəmizin möcüzəvi mədəniyyət xəzinəsinə həsr etmək üçün 2022-ci ilin iyun ayında Azərbaycana səfər etmiş və çəkilişlər aparmışdı.

Sonra ekran əsəri nümayiş etdirilib.

Film boyunca Bettani Hyuz Azərbaycanın möhtəşəm təbiətini, mədəniyyətini heyranlıqla təqdim edir: yerin altından çıxan qazın alovlarından tutmuş on min illərlə yaşı olan qədim qayaüstü rəsmlərədək. Onun fikrincə, əfsanəvi İpək yolunun möcüzələri bu diyarın təkcə ticarət deyil, həm də fikir mübadiləsinin aparıldığı yer olmasındadır. Qafqazın unikal mədəni irsini burada kəşf etmək mümkündür.

Qeyd edək ki, tamaşaçılar filmdə Şuşanın gözəlliyinin əks olunduğu kadrları alqışlarla qarşıladılar. Müəllif bir tərəfdən Xurşidbanu Natəvanın humanist motivli poeziyasına diqqət çəkir, digər tərəfdən Vaqifin muzey-məqbərə kompleksinin gözəlliyindən, onun inşa edilməsi tarixindən söz açır, eləcə də şairin poeziyasına toxunur. Cıdır düzünü əks etdirən kadrlar isə Qarabağ atları, çövkən oyunu haqqında maraqlı məlumatlarla müşayiət olunur.

Azərbaycanın özəlliklərindən heyranlıqla danışan müəllif filmin sonunda “Azərbaycanın dünyada misli-bərabəri yoxdur” qənaətinə gəlir.

Qeyd edək ki, film artıq BBC telekanalı vasitəsilə “İpək yolu” və “Odlar Yurdu” adlanan iki hissədə beynəlxalq ictimaiyyətə çatdırılıb. “İpək yolu” adlanan hissənin çəkilişləri Qobustan və Şəkini, “Odlar Yurdu”nun çəkilişləri isə Bakı və Şuşanı əhatə edib.

Film Böyük Britaniyanın “Sandstone Global Productions” şirkəti tərəfindən Bakı Media Mərkəzinin dəstəyi ilə ərsəyə gəlib.

Heydər Əliyev Fondu və bp Azərbaycan auditoriyası üçün filmin Azərbaycan və ingilis dillərində 60 dəqiqəlik tam versiyasını da hazırlayıb. Filmin yerli telekanallarda yayımı nəzərdə tutulur.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
"AppStore" platforması ötən gün VK Holdinqə daxil olan bir çox resursları silib".
Bakupost.az bildirir ki, bu barədə "Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz məlumat paylaşıb.
O bildirib ki, baş verənlər gözlənilən idi:
"Hazırda bu holdinqə daxil olan "Vkontakte" sosial şəbəkəsi, "VK Play", "VK Музыка", "VK Клипы" "VK Мессенджер", "VK Админ", "Почта Mail․ru" və "Облако Mail.ru" mobil servisləri "AppStore" platformasında görünmür.
VK özünün bir çox mobil tətbiqlərinin silinməsini təsdiqləyib. Eyni zamanda əvvəldən yüklənənlərin hələlik işlədiyini bildirib.
Qlobalda monitorinq aparan "Netblocks" da VK mobil tətbiqlərinin dünyanın heç bir yerində artıq əlçatan olmadığını təsdiqləyib.
Düşünmək olar ki, "Apple"dən sonra qısa müddətdə "Google" da bu addımı atacaq, "Play market"dən də adı çəkilən resurslar silinə bilər".
Ekspert vurğulayıb ki, belə olan halda bu resurslardan istifadə edən vətəndaşlarımızı da ciddi problem gözləyəcək:
"Onlar üçün bu resurslar sadəcə əlçatan olmayacaq, datalar itəcək, bu emailə bağlı olan digər servislərdə problem yaranacaq və s. Bildiyim qədər Azərbaycanda hələ də xeyli sayda insan "Mail.ru" servisindən istifadə edir. Həm də bu emaildən istifadə edərək müxtəlif servislərdə (Facebook, Instagram, TikTok və s.) qeydiyyatdan keçənlər var. Baxmayaraq ki, hələlik "Google" bu addımı atmayıb, adı çəkilən servislərin veb versiyası işləkdir, amma tövsiyə ondan ibarətdir ki, "Mail.ru"dan istifadə edənlər ləngimədən digər servislərə (Gmail və s.) keçsinlər.
Məktubların daşınmasını "Mail.ru"ya etibar etməyin nəticəsini biz hələ 2008-də Rusiyanın Gürcüstana hücumu zamanı görmüşük. "Mail.ru" datanı və kontaktları yeni "Gmail" ünvana köçürmək elə də problem yaratmır. "Gmail"də belə imkanlar nəzərdə tutulub. Amma gərək bu addım zamanında atılsın".
Osman Gündüzün sözlərinə görə, müharibə başlayandan bəri "AppStore"dən Rusiyaya məxsus 7 000 mobil tətbiqin silindiyi bildirilir.
"Rusiya hökuməti və VK rəhbərliyi baş verənlərlə bağlı Apple şirkətinə sorğu göndərib. VK Holdinqin rəhbəri Vladimir Kiriyenkodur. O isə hazırda Ukraynanın işğal olunan ərazilərində keçirilən referenduma rəhbərlik edən Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenkonun oğludur. Ata da, oğul da sanksiya altındadır. Holdinqin London Fond Birjasında fəaliyyəti də Rusiyaya tətbiq edilən sanksiyalar çərçivəsində dayandırılıb.
Bir neçə gün öncə "Apple" və "Google" şirkətlərinin keçmiş rəhbərləri Ukrayna Prezident Administrasiyasında görüşlər keçirmişdilər. Baş verənlərdə güman ki, bu görüşlərin də " izi" olmamış deyil", - deyə ekspert qeyd edib.
 
 
 
Ardını oxu...
2022-ci ilin avqustunda Monreal Universitetinin alimləri TOI-1452b adlandırılan ekzoplanet kəşf ediblər. O, Yerə mövcud ekzoplanetlərin hamısından çox bənzəyir və nisbətən yaxındadır - 100 işıq ili məsafəsində. Elm adamları TOI-1452b-ni Yerdən 70% böyük olduğu üçün “super Yer” kimi qiymətləndirirlər. Super Yerin kütləsi Yerinkindən böyük, lakin qaz nəhənglərindən azdır.

Planet Əjdaha bürcündə yerləşir və “qırmızı cırtdan”ın ətrafında fırlanır. Bu tip ulduzlar Günəşdən daha kiçik və tutqundurlar.

TOI-1452b öz ulduzu ətrafında hər 11 gündən bir dövr edir və Venera ilə eyni miqdarda günəş radiasiyası alır.

Alimlər TOI-1452b-nin su dünyası olduğunu irəli sürürlər. Hesablamalara görə, su bu planetin kütləsinin təxminən 22%-ni təşkil edə bilər. Müqayisə üçün qeyd edək ki, Yerdə bu göstərici cəmi 0,022%-dir. Əgər hesablamalar düzgündürsə, o zaman TOI-1452b Yerdəkindən daha dərin okeanla örtülüb.

İlkin kimyəvi analizlər planetdə hidrogen və helium kimi elementlərin, eləcə də su buxarının mümkün mövcudluğunu göstərir.
Kosmosun insan üçün daha bir təhlükəsi aşkarlandı
Günəş sistemindən kənarda olan bütün planetlərə ekzoplanetlər deyilir. Son 30 ildə 4 mindən çox ekzoplanet kəşf edilib. Kəşf edilən planetlər əsasən Günəş sistemi planetləri ilə eyni elementlərdən ibarətdir, sadəcə kimyəvi elementlərin birləşməsi və nisbəti fərqlidir. Bununla belə, heç bir planet Yerlə və ya Günəş sistemindəki hər hansı digər obyektlə eyni deyil.

Ekzoplanetlərin bir neçə növü var: qaz nəhəngləri, Neptun ekzoplanetləri, super Yerlər və s. Ən məşhur Super Yer “Barnard's Star b” və “GJ 15 A b” -dir. O, altı işıq ili məsafəsində yerləşir və Yerdən 3,2 dəfə böyükdür. GJ 15 A b Yerdən 11 işıq ili uzaqlıqda yerləşir.

Məlum qaz nəhəngləri arasında 51 Pegasi b və KELT-9 b seçilir. 2022-ci ilin avqustunda James Webb Kosmik Teleskopu Yerdən 700 işıq ili məsafəsində yerləşən qaz nəhəngi WASP-39 b-də karbon qazı aşkar etdi. Bu, Günəş sistemindən kənarda ilk dəfə CO₂-nin qeydə alınması idi.
Alimlər Günəş sisteminin necə əmələ gəldiyini, kainatda ona oxşar planet qruplarının olub-olmadığını, Yerə bənzər və məskunlaşdırmağa yararlı planetin olub-olmadığını daha yaxşı başa düşmək üçün ekzoplanetləri axtarır və tədqiq edirlər.
Ardını oxu...
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) kosmik gəminin sentyabrın 27-nə planlaşdırılan Aya buraxılışını qeyri-müəyyən müddətə təxirə salıb. Qərar “İan” tropik qasırğasının raketin qalxacağı Floridaya yaxınlaşması ilə əlaqədar qəbul edilib.

Bu barədə NASA-nın şənbə günü yaydığı məlumatda deyilir.

Qeyd edək ki, təşkilat avqustun 29-u və sentyabrın 3-də “Orion”u kosmosa çıxarmağa cəhd edib. Hər iki dəfə raketə yanacaq doldurarkən hidrogen sızması aşkar edildikdən sonra uçuş ləğv edilib.

NASA ekspertləri hesab edir ki, sızıntılar raketin özündə deyil, yanacaqdoldurma avadanlığında yaranan problemlərlə bağlı olub. Ona görə də uçuşa heç bir maneə yoxdur.
 
Ardını oxu...
“Əksər MTK binalardakı internet xidmətinin təşkili ilə bağlı açıq-aşkar haqsız rəqabət mühiti formalaşdırıblar. “Bir bina bir provayderindir” prinsipi ilə işləyirlər”.

Bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, provayderlər heç nədən çəkinmirlər: “Nə qədər inanılmaz olsa da, reallıq odur ki, adi bir MTK rəhbəri o nəhənglikdə Antiinhisar Dövlət Xidmətindən çəkinmir. MTK-lar yeni yaşayış binasını təhvil verməzdən öncə yalnız bir provayderi dəvət edərək separat sövdələşmə edirlər. Bu sövdələşmə ilə adətən hər bir müştəriyə görə MTK sahibi provayderdən 2 manat alır. Vəssalam. Bununla da MTK sahibi provayder və ya kabel operatoru qarşısında öhdəlik götürür ki, həmin binaya yer-göy dağılsa da başqa provayderi buraxmayacaq”.

O. Gündüz qeyd edib ki, bununla da həmin binada yalnız bir provayderin xidmətini almaq imkanı yaranır və orada yaşayanların seçim imkanları süni şəkildə məhdudlaşdırılır, xidmətin keyfiyyəti üçün stimul formalaşmır: “MTK-lar bu cür haqsız davranışla həm də provayderlər arasında sərbəst və azad rəqabəti pozmuş olurlar. Antiinhisar Dövlət Xidmətinin, RİNN-in və digər aidiyyəti qurumların bundan xəbəri varmı? Əlbəttə, var. Lakin bunun qarşısını almaq üçün heç bir real addımlar müşahidə olunmur. Antiinhisar Dövlət Xidməti və RİNN monitorinq aparmalıdır. Yeni yaşayış binalarındakı internet inhisarçılığının, haqsız rəqabətin qarşısını almaq üçün ciddi ahtiinhisar tədbirləri görülməlidir. Problemi kökündən həll etmək üçün qanunvericilikdə müvafiq dəyişikliklər edilməlidir”.

Osman Gündüzün sözlərinə görə, yeni tikilmiş yaşayış kompklekslərində, biznes mərkəzlərində öncədən ən azı 3 provayderin və ya kabel operatorun fəaliyyəti üçün imkanlar yaradılmalıdır. Binaların istismara verilməsindən öncə digər kommunal xidmətlərin təhvilində olduğu kimi, aidiyyəti qurum, məsələn, RİNN binanın telekommunikasiya infrastrukturuna münasibət bildirməlidir. Antiinhisar Dövlət Xidməti bu qaydaları pozan MTK sahiblərinə qarşı sərt tədbirlər görməlidir.
 

Dünyapress TV

Xəbər lenti