Ardını oxu...
İngiltərədən olan 11 yaşlı Kevin Suini IQ-da Stiven Hokinq və Albert Eynşteyni üstələyib.

Məlumata görə, məktəblinin nəticəsi 162 xal olub. Adıçəkilən alimlərdə IQ səviyyəsi 160 xaldır.

Uşağın atası övladı ilə fəxr etdiyini və onu dünyanın ən ağıllı uşağı hesab etdiyini bildirib. Ata, bu nailiyyətinin Kevinin özünə hörmətini yüksəldəcəyinə və daha qətiyyətli edəcəyinə ümidini ifadə edib.

O da bildirilir ki, məktəblinin yüksək performansı valideynləri üçün sürpriz olmayıb: Suini altı yaşında olanda artıq Mendeleyevin dövri cədvəlini əzbər bilib.

“Kevinin həyatda öz problemləri var. Biz ona tam potensialına çatmaqda kömək etmək və həyatda bütün imkanları təmin etmək istəyirik”, - deyə uşağın anası bildirib.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Mənbə: LADBible
 
Ardını oxu...
Haker qrupu internetdə NATO-nun müasir silahları barədə məxfi sənədlərin satışı ilə məşğuldur.

BBC-nin verdiyi xəbərə görə, sənədlərdə müasir silahlar və NATO-ya üzv ölkələrin Pribaltikada manevrləri barədə məlumatlar var.

Hakerlərə mənzil qərargahı Fransada yerləşən böyük silah istehsalı şirkətinin - “MBDA Missile Systems”-nin sənədlərini əldə etmək müyəssər olub. “MBDA Missile Systems” şirkəti informasiyaların oğurlandığını təsdiqləyib.

Hazırda NATO mütəxəssisləri məlumat sızıntısının masştabını və onun nəticələrini proqnozlaşdırırlar.
 
Ardını oxu...
İlk dəfə olaraq Günəş sistemindən kənarda yerləşən planetdə karbon qazı (CO2) aşkar edilib.

Teleqraf.com xəbər verir ki, kabon qazı 700 işıq ili uzaqlıqda Saturn böyüklüyündə olan bir planetin atmosferində müəyyən olunub.

ABŞ-ın Milli Kosmos Agentliyinin (NASA) “Ceyms Uebb” teleskopu tərəfindən edilən kəşf planetin necə əmələ gəldiyinə dair ipucları da verir. Nəticə həm də “Uebb”in planetin həyat üçün potensial imkanlarını göstərə bilən metan və ammonyak kimi bir sıra digər qazları nə qədər tez müəyyən edə bildiyini də göstərir.

Astronomlar yeni teleskopla ilk ekzoplanet müşahidələri üçün ulduzunun Merkuridən daha dar orbitində hər 4 gündə bir dövr edən isti qaz nəhəngi WASP-39b-ni seçiblər. Uzun müddətdir bu planeti tədqiq edən komanda teleskopdan ilk məlumatları iyulun 10-da alıb. Məlumatlar tədqiq edildikdə, planetdə karbon qazının olduğu anlaşılıb.

Ardını oxu...

Tədqiqat üçün “Ceyms Uebb”in infraqırmızı spektroqrafından (NIRSpec) istifadə edərək, komanda 4.1-4.6 mikron dalğa uzunluğu arasında spektrdə karbon qazına uyğun gələn bir qabarıqlıq aşkar edib. “Uebb”in yeni müşahidələri bir ekzoplanet üçün indiyə qədər ölçülən 3-5.5 mikron arasındakı rənglər üçün xas olan parlaqlıqlardakı ən kiçik fərqləri tuta bilir.

Qaz buluduna görə WASP-39b planetində Yer kürəsindəkinə bənzər həyat formasının olmadığı düşünülür. Yenə də elm adamları başqa bir planetin atmosferində CO2 kəşfinin yerdənkənar həyatın kimyəvi bioizləyicilərini tapmaq yolunda mühüm addım olduğunu düşünürlər.

“Ceyms Uebb” daha kiçik, məsələn, Neptun boyda və potensial olaraq Yerə bənzər ölçüdə olan torpaqlı planetlərdə daha çox qaz aşkar edəcəyini vəd edir, amma texniki cəhətdən həyatın olub-olmadığını təsdiqləmək hələlik mümkün deyil.
 
Ardını oxu...
Hazırda oxunan: 200 000 qatlanma. “Samsung”un yeni qatlana bilən smartfonları nə qədər davamlıdır?
Qatlanan smartfon həvəskarlarının ən böyük narahatlıqlarından biri həmişə ekranın davamlılığı olub. Bu başa düşüləndir: qatlanan smartfonların daimi istifadəsi ilə tez sıradan çıxma, ekranın zədələnməsi və digər oxşar problemlər riski var. Buna görə də bu yaxınlarda təqdim olunan yeni devayslar - Samsung Galaxy Z Fold4 və Galaxy Z Flip4-də işlərin necə olduğunu öyrənmək maraqlı idi.

Galaxy Z Fold4 üzərində işləyərək, Samsung, smartfondan planşetə çevrilmə üçün məsul olan menteşənin təkmilləşdirilməsi işinə daha çox diqqət yetirdi. 200.000-dən çox bükülmə və açılma testi smartfonun konstruksiyasının nə qədər mükəmməl olduğunu bir daha nümayiş etdirdi.

Galaxy Z Flip4-ə gəlincə, Samsung iddia edir ki, o, təxminən beş il ərzində hər gün 100 qata bərabər olan "200.000 qatlamaya" dözə bilir. Hamar açılışa baxmayaraq, menteşə hələ də zəif hiss etməmək üçün kifayət qədər müqavimətə malikdir. Müqavimət də cihazı müxtəlif bucaqlarda yerləşdirmək üçün kifayətdir.



Həm Galaxy Z Fold4, həm də Galaxy Z Flip4, Armor Aluminium və Corning© Gorilla© Glass© kimi materiallardan hazırlandıqları üçün Galaxy cihazlarından ən davamlısıdır. Bu, zədə və cızıqlardan narahat olmadan telefonunuzu bütün hallarda istifadə etməyə imkan verir.

Galaxy Z Fold və Galaxy Z Flip 4 IPX8 reytinqinə malikdir və dünyada yeganə suya davamlı qatlanan smartfonlardır.



Təbii ki, həm Galaxy Z Fold4, həm də Galaxy Z Flip4 açılmamış halda mümkün qədər funksional və işləkdir, lakin bu smartfonlarla qarşılıqlı əlaqədən tam həzz almaq üçün onlardan maksimum istifadə etmək lazımdır. Məhz bu amil, eləcə də əvvəlki modellər - Galaxy Z Fold3 və Galaxy Z Flip3 üzərində iş təcrübəsi yeni modellərin funksional təkmilləşdirilməsi üçün əsas bünövrəsi oldu.

Bununla belə, heç kim xoşagəlməz hadisələrdən tam olaraq sığorta oluna bilməz, çünki ən ideal texnika belə sıradan çıxa bilər. Buna görə də Galaxy Z Fold4 və Galaxy Z Flip4 modellərini öncədən sifariş edən hər kəs (öncədən sifarişlər sentyabrın 2-nə kimi Azərbaycanda Samsung-un rəsmi distribyutorlarında edilə bilər) Samsung Care+ Eksklyüziv Daxili Displeyin Zəmanətini əldə edəcək.

Bu, bir ilə qədər ekranın mexaniki zədələnməsinə qarşı qorunma proqramı seçimi ilə standart zəmanətdən kənar əlavə cihaz qorunmasıdır. Dəstək və xidmət Samsung-un səlahiyyətli xidmət mərkəzləri şəbəkəsi və Samsung-un vahid dəstək xidməti tərəfindən təmin edilir. Bu zəmanət sayəsində siz hissələr üçün deyil, yalnız xidmətin özü üçün ödəyirsiniz. Bundan əlavə, öncədən sifariş edən hər kəs hədiyyə olaraq, Galaxy Watch4 smart saatını əldə edəcək.

Yeni Samsung cihazları haqqında daha ətraflı məlumatı Samsung Azərbaycan şirkətinin rəsmi internet saytından – www.samsung.com/az-da əldə etmək olar.

"Samsung Azərbaycan” YouTube kanalında Samsung Galaxy Z Fold4 və Z Flip4 telefonlarının təqdimatı

 
Ardını oxu...
ABŞ Aerokosmik Agentliyi NASA-nın “James Webb” teleskopu Günəş sistemindən kənardakı ekzoplanetdə karbon qazı (CO2) aşkarlayıb.

Lent.az-ın “Figaro”ya istinadla xəbərinə görə, atmosferində qaz olan bu ekzoplanetdə temperatur yüksək olduğu üçün həyat mümkün deyil. Lakin tapıntı astronomlarda şərait baxımından Yerə bənzəyən planetlərin aşkarlanması ümidini artırır.

Sözügedən ekzoplanet 2011-ci ildə aşkar edilib və şərti adı “WASP-39 b”dir. Bu səma cismi Yerdən 700 işıq ili məsafədə yerləşir və vaxtaşırı olaraq öz günəşinin qarşısından keçir. Müşahidələr də məhz bu zaman aparılır.

“Hubble” və “Spitzer” kosmik teleskopları ekzoplanetin atmosferində su buxarı, natrium və kalium aşkar etmişdi. Lakin “James Webb”in həssaslığı daha yüksək olduğundan karbon qazını aşkar etməyə müvəffəq olub.

Cons Hopkins Universitetinin əməkdaşı Zəfər Rüstəmqulov bildirib ki, sonuncu tapıntı astronomiyada yeni bir mərhələyə keçildiyini xəbər verir.
 
 
 
Ardını oxu...
“Google”a məxsus “YouTube” videohostinqi Rusiyanın “KamAZ” avtomobil istehsalçısının rəsmi hesabını silib.

Bu barədə avqustun 24-də KamAZ-ın Telegram kanalında məlumat verilib.

“Təəssüf ki, bizdən asılı olmayan səbəblərə görə, platforma administrasiyası tərəfindən hesabımızı bloklaması ucbatından “YouTube” video hostinqindəki fəaliyyətimizi dayandırmaq məcburiyyətindəyik”, - deyə şirkətdən yayılna məlumatda bildirilib.

Qeyd olunub ki, “YouTube” sözügedən kanalı ixrac məhdudiyyətləri və sanksiyalarla bağlı hostinq qaydalarına uyğun olaraq bərpa imkanı olmadan silib.

Mənbə: iz.ru
 
 
 
Ardını oxu...
ABŞ-ın yüksək texnologiyalar şirkəti “Apple” Hindistanda “iPhone 14” smartfonlarını istehsal etməyi planlaşdırır. Bu isə sonuncunun Çinlə texnologiya fərqinin azaldığını nümayiş etdirir.

Bu barədə “Bloomberg” xəbər verir.

Agentliyin məlumatına görə, korporasiya “iPhone”larının əksəriyyətini uzun müddətdir Çində istehsal edirdi, lakin ABŞ və Çin hökumətləri arasında yaranan problemlərə görə alternativlər axtarır. Şirkətin qərarına, həmçinin Çinin bəzi bölgələrində koronavirusla bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi ilə əlaqədar iqtisadi fəaliyyətin pozulması risklərinin artması da təsir göstərib.

Şirkət Hindistanda istehsalı artırmaq və yeni “iPhone” istehsalındakı gecikməni 6-9 aya qədər endirmək üçün təchizatçılarla işləyir.

“TF International Securities”in analitikləri “Apple”ın növbəti “iPhone” modelini hər iki ölkədən eyni vaxtda tədarük edəcəyini gözlədiklərini və bunun şirkətə tədarük zəncirini şaxələndirməyə imkan verəcəyini söyləyiblər.

Əsas “iPhone” istehsalçısı olan “Foxconn Technology Group” şirkəti Çindən komponentlərin çatdırılması və “iPhone 14” cihazının Hindistanın cənubundakı Çennai yaxınlığındakı fabrikdə yığılması prosesini araşdırıb.

Şirkətin ən son smartfonlarının satışına sentyabrın 16-da başlayacağı planlaşdırılır.
 
Ardını oxu...
“Google Pay” yerli bankların sisteminə inteqrasiya olunub.
Hazırda “Google Pay” funksiyası tam işləkdir və yaxın günlərdə banklar tərəfindən xidmətin istifadəyə verilməsinə dair məlumatlar təqdim ediləcək.

Qeyd edək ki, “Google Pay” nağdsız ödənişlərin aparılması üçün istifadə olunan proqram təminatıdır.
Sistem 2015-ci ilin sentyabrın 11-də yaradılmış ödəmə sistemidir və “Android” platformasında olan mobil telefonlar, planşetlər və digər ağıllı cihazlarda çalışır.
 
Ardını oxu...
“Aston Martin Valkyrie” hiperkarının sınaqları 2020-ci ilin yazında başlayıb.

Buna baxmayaraq artıq ikinci əl bazarında onun satışları barədə elanlar peyda olub.


“Red Bull Advanced Technologies” və “Formula 1” dizayneri Adrian Nyui ilə birgə yaradılmış avtomobili Tom Hartli adlı şəxs satışa çıxarıb.

Hiperkar istehsalı planlaşdırılan 150 avtomobildən biridir və 139 şassi nömrəsinə malikdir. Onun kapotu altında 1146 at gücü olan 6,5 litrlik V12 mühərrinə əsaslanan hibrid güc aqreqatı quraşdırılıb. 7 pilləli robot sürət qutusu olan avtomoblin yürüşü cəmi 121 kilometrdir.

Artıq özünə yeni alıcı tapan “Aston Martin Valkyrie”nin təkrar bazarda hansı qiymətə satıldığı açıqlanmayıb.
Ardını oxu...
motor.ru
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Anonsundan təxminən iki il yarım sonra “Cadillac” nəhayət ki, brendin seriyasındakı ən bahalı və dəbdəbəli avtomobil olan “Celestiq” elektrobilini sınaqdan keçirməyə başlayıb.

Flaqmanın istehsaldan əvvəlki versiyası test yollarında görünüb.

Avtomobilin kuzovu xüsusi rəng örtüyünün altında tamamilə gizlədilib.

“Cadillac Celestiq”in ilkin istehsal versiyası əsasən iyul ayında təqdim edilən prototiplə eynilik təşkil edir. Yalnız bəzi xırda detallarda fərqliliklər müşahidə olunub.

Təxminən 300 min dollarlıq elektomobilin texniki parametrləri gizli saxlanılır.

Mənbə: motor.ru
 
 
 

Dünyapress TV

Xəbər lenti